“Deviant” davranış və onun elmi izahına fərqli yanaşmalar



Yüklə 213,39 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix17.04.2022
ölçüsü213,39 Kb.
#55593
1   2   3   4   5   6   7
deviasiyalara  isə  (patoloji  və  qeyri-patoloji);  şəxsi-dinamik  deviasiyalara  isə 

“reaksiyaları”, inkişafı və vəziyyətləri aid etmişdir.  




 

- 4 - 


 F.Patakinin  öz  təsnifatında  deviant  davranışın  “nüvəsini”  təşkil  edən 

davamlı  formaların  sırasına  cinayətkarlığ,  alkoqolizm,  narkomaniyan,  intihar 

(özünəqəsd),  “deviantöncəsi  sindrom”lara  insanı  davamlı  deviant  davranış 

formalarına  sürükləyən  affektiv  davranış  tipini,  ailə  konfliktlərini,  aqressiv 

davranış tipini, ilkin antisosial davranış formalarını, təlimə mənfi münasibəti, aşağı 

intellekt səviyyəsini aid etmişdir.  

Rus  sosioloqu  T.P.Korelenko  və  T.A.Donskix  davranış  deviasiyalarının 

aşağıdakı təsnifatını təklif etmişlər: 

- qeyri-standart davranış (sosial davranış stereotipləri çərçivəsindən kənara çıxan,  

    lakin cəmiyyətin  inkişafında  pozitiv rol oynayan hərəkətlər); 

-  zahiri destruktiv davranış (sosial normaların pozulmasına yönəlmiş destruktiv  

   davranış) . 

-  addiktiv  davranış  (hər  hansı  kimyəvi  və  ya  qeyri  kimyəvi  maddədən  və  ya 

xüsusi  aktivlik  yaradan  vasitələrdən  istifadə  etməklə,  reallıqdan  qaçmağa  və 

arzu edilən emosiyanı əldə etməyə yönəlmiş davranış). 

-  antisosial davranış (qanunların və başqa adamların hüquqlarının pozulması) 

-  daxili  destruktiv  (öz  şəxsiyyətinin  dezinteqrasiyasına  (suisidal,  konformist, 

narsistik, fanatik, autistik) yönəlmiş davranış; 

V.N.İvanov  isə,  insan  və  cəmiyyət  üçün  təhlükəlilik  səviyyəsinə  görə 

deviasiyanın iki səviyyəsini fərqləndirir: 

-  kriminallığaqədərki  səviyyə  -  əxlaq  normalarının    və  davranış  qaydalarının 

ictimai yerlərdə kiçik pozulması halları; ictimai-faydalı fəaliyyətdən yayınma, 

psixikaya  dağıdıcı  təsir  göstərən  alkoqollu,  narkotik,  toksiki  maddələrdən 

istifadə və ciddi ictimai təhlükə törətməyən digər davranış formaları; 

-  kriminogen səviyyə -  cinayət-cəza tandemində əks olunan cinayətkar əməl və 

hərəkətlər. 

Y.A.Kreyberq  deviasiyaları  neqativ  (məsələn,  narkotiklərdən  istifadə), 


Yüklə 213,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin