- 1 -
dos. Nuralı Çələbiyev
AMİ-nin Şəki filialı
“DEVİANT” DAVRANIŞ FORMALARI VƏ ONLARIN ELMİ İZAHINA
YANAŞMALARIN MÜXTƏLİFLİYİ
Açar sözlər: deviant davranış, sosial norma, deviasiya, addiksiya, delikvient davranış.
Ключевые слова: девиантное поведение, социальная норма, девиация, аддуикция,
дeкликвентное поведения
Key words: Deviant behaviors, social norm, deviously, addiksiya, deficient behaviors.
“Deviant”
davranış
(latınca-“deviation”-“kənara
çıxma”)
elmi
ədəbiyyatlarda XX əsrin 60-cı illərindən sonra işlənməyə başlanılmış, XX əsrin
sonlarında isə sosiologiya, korreksiyaedici psixologiya və pedaqogika elmlərinin
sərhəddində “deviantologiya” adlı müstəqil elm sahəsi meydana gəlmişdir.
R.K.Merton, E. Dyurkheym, Ç.Lombrozzo, Z.Freyd, Q.Tard, V.V.Kovalev,
F.Rataki, T.P.Korolenko, T.A.Donskix, V.H.İvanov, Y.A.Kreyberq, E.V.Zma-
novskaya, N.V.Maysak, İ.S.Kon və bir sıra digər alimlər “deviant” davranış
problemini sosioloji, tibbi, pedaqoji və psixoloji aspektlərdə tədqiq etmiş və bir
sıra əsərlər yazmışlar.
Müasir elmi pedaqoji və psixoloji ədəbiyyatlarda (M.İ.Rojkov, M.A.Koval-
çuk, V.Q.Bajenov, M.İ.Buyanov, V.Klayn, A.İ.Zaxarov və b.) uşaq və yeniyet-
mələrin rəftar və davranışında müşahidə olunan normadankənar, qusurlu
davranışın bütün təzahürlərini “deviant davranış” adlandırırlar. “Deviant” davranış
dedikdə insanın əməl və hərəkətlərinin onun yaşadığı cəmiyyətdə faktiki olaraq
bərqərar olmuş norma və standartlara uyğunsuzluğu nəzərdə tutulur. “Deviant”
davranış (o cümlədən sosial deviasiya) müəyyən cəmiyyətlərdə və onların
inkişafının müəyyən dövrlərində ümumi qəbul edilmiş və daha çox geniş yayılmış
davamlı davranış normalarından yayınmadır. Bir qrup alimlər deviant davranışın
subyektləri sırasına gənc asketləri, inqilabçıları, qedonistləri (həyatda zövq-səfa ilə
yaşamağı üstün tutanları – N.Ç.), psixi xəstələri, müqəddəsləşdirilən şəxsləri,
dahiləri və s. də aid edirlər.
Neqativ deviant davranış cəmiyyətdə müəyyən (təcrid etmə, müalicə,
davranış normalarını pozanın reablitasiyası, korreksiyası, cəzalandırılması və s.)
formal və qeyri-formal sanksiyaların tətbiqinə gətirib çıxarır. Neqativ deviant
davranışın addiktiv (asılı) və delikvient (hüquqa zidd) kimi formaları fərqləndirilir.
Onlara sərxoşluq və alkoqolizm, narkomaniya, cinayətkarlıq, intihar, fahişəlik,
korrupsiya, terrorizm, habelə oğurluq və qarət, kimyəvi və sosial asılılığa səbəb
olan (məsələn, sosial şəbəkələrdən, qumar oyunlarından asılılıq) davranışlar aid
edilir.
Deviasiya özündə 3 elementi birləşdirir: 1. İnsanın dəyərlərə və normalara
(siyasi, mənəvi, hüquqi) münasibəti; 2. İnsanı qiymətləndirən qrup və ya təşkilat;
3. İnsanın davranışı.
“Deviant” davranış problemi sosiologiya elminin meydana gəlməsinin
başlanğıc mərhələsində diqqət mərkəzində olmuşdur. Fransız sosioloqu Emil
Dyurkheym 1897-ci ildə yazdığı “Özünəqəsd” adlı klassik əsəri ilə müasir
- 2 -
deviantologiyanın əsasını qoymuş alimlərdən biri hesab edilir. O, sosiologiya
elminə “anomiya” anlayışını daxil etmiş və bununla cəmiyyətdə böhranlar və
radikal sosial dəyişikliklər zamanı yaranan qarışıqlıq və çaşqınlıq vəziyyətlərini
ifadə etmişdir. Dyurkheym bunu cəmiyyətdə gözlənilməz iqtisadi tənəzzül və
yüksəliş dövrlərində intiharların sayının artması nümunəsində təhlil etmişdir.
Dyurkheymin davamçısı, amerikan sosioloqu Robert Merton özünün struktur
funksionalizm nəzəriyyəsi çərçivəsində insanın davranış reaksiyalarının sosioloji
təsnifatlarından birini yaratmışdır.
Deviant davranışların motivasiyasını sosial və psixoloji amillərlə bağlayan
rus alimi M.İ.Rojkov onları 4 əsas qrupa ayırır: “1) huquqi və əxlaqi şurdakı
qüsurlar; 2) şəxsiyyətin tələbatlarının məzmunu; 3) xarakterin xüsusiyyətləri; 4)
iradi-emosional aləmin xüsusiyyətləri”. [1,s.12]
Müxtəlif elmlər “deviant” davranışa fərqli mövqelərdən yanaşırlar. Sosial
elmlər “deviant” davranışa insanın sosial mühitdə, yaxın sosial əhətədə,
kollektivdə fiziki və sosial mövcudluğuna real təhlükə kimi baxır, sosial–mənəvi
normaların, mədəni dəyərlərin, habelə insanın mənsub olduğu cəmiyyətdə həmin
norma və dəyərlərin mənimsənilməsinə və yaradılmasına, özünüinkişaf və
özünüreallaşdırma prosesinin pozulmasının nəticəsi hesab edirlər. Onların fikrincə,
“deviant” davranışlar fərdlərin həyatında müəyyən xüsusiyyətləri ilə səciyyələnən
və sosial sferaya heç də yad olmayan davranışların məcmusudur. Deviantizmin
əsas mənbəyi geniş sosial spektrə malik sosial sistem. Sosial sistem yeniləndikcə,
köhnəsi yenisi ilə əvəzləndikcə, yaranan transformasiyaların fərdlərin psixikasına,
şüuruna təsiri də böyük olur. Müasir Azərbaycan cəmiyyətində narkomaniyanın,
korrupsiya, intihar, oğurluq və qarət hallarının, habelə mənəviyyata zidd
hərəkətlərin artmasının səbəblərini məhz qeyd olunan amillərdə axtarmaq lazımdır.
Hollandiya alimi M.de Vinter qeyd edirdi ki, “1970-1990-cı illər ərzində
müxtəlif davranış qüsurları olan uşaq və yeniyetmələrin sayı xeyli artmışdır, indi
də durmadan artır və onlar 18 yaşadək yeniyetmə və gənclərin 20%-ni təşkil
edirlər”. [1,s.6]