- 1 -
dos. Nuralı Çələbiyev
AMİ-nin Şəki filialı
“DEVİANT” DAVRANIŞ FORMALARI VƏ ONLARIN ELMİ İZAHINA
YANAŞMALARIN MÜXTƏLİFLİYİ
Açar sözlər: deviant davranış, sosial norma, deviasiya, addiksiya, delikvient davranış.
Ключевые слова: девиантное поведение, социальная норма, девиация, аддуикция,
дeкликвентное поведения
Key words: Deviant behaviors, social norm, deviously, addiksiya, deficient behaviors.
“Deviant”
davranış
(latınca-“deviation”-“kənara
çıxma”)
elmi
ədəbiyyatlarda XX əsrin 60-cı illərindən sonra işlənməyə başlanılmış, XX əsrin
sonlarında isə sosiologiya, korreksiyaedici psixologiya və pedaqogika elmlərinin
sərhəddində “deviantologiya” adlı müstəqil elm sahəsi meydana gəlmişdir.
R.K.Merton, E. Dyurkheym, Ç.Lombrozzo, Z.Freyd, Q.Tard, V.V.Kovalev,
F.Rataki, T.P.Korolenko, T.A.Donskix, V.H.İvanov, Y.A.Kreyberq, E.V.Zma-
novskaya, N.V.Maysak, İ.S.Kon və bir sıra digər alimlər “deviant” davranış
problemini sosioloji, tibbi, pedaqoji və psixoloji aspektlərdə tədqiq etmiş və bir
sıra əsərlər yazmışlar.
Müasir elmi pedaqoji və psixoloji ədəbiyyatlarda (M.İ.Rojkov, M.A.Koval-
çuk, V.Q.Bajenov, M.İ.Buyanov, V.Klayn, A.İ.Zaxarov və b.) uşaq və yeniyet-
mələrin rəftar və davranışında müşahidə olunan normadankənar, qusurlu
davranışın bütün təzahürlərini “deviant davranış” adlandırırlar. “Deviant” davranış
dedikdə insanın əməl və hərəkətlərinin onun yaşadığı cəmiyyətdə faktiki olaraq
bərqərar olmuş norma və standartlara uyğunsuzluğu nəzərdə tutulur. “Deviant”
davranış (o cümlədən sosial deviasiya) müəyyən cəmiyyətlərdə və onların
inkişafının müəyyən dövrlərində ümumi qəbul edilmiş və daha çox geniş yayılmış
davamlı davranış normalarından yayınmadır. Bir qrup alimlər deviant davranışın
subyektləri sırasına gənc asketləri, inqilabçıları, qedonistləri (həyatda zövq-səfa ilə
yaşamağı üstün tutanları – N.Ç.), psixi xəstələri, müqəddəsləşdirilən şəxsləri,
dahiləri və s. də aid edirlər.
Neqativ deviant davranış cəmiyyətdə müəyyən (təcrid etmə, müalicə,
davranış normalarını pozanın reablitasiyası, korreksiyası, cəzalandırılması və s.)
formal və qeyri-formal sanksiyaların tətbiqinə gətirib çıxarır. Neqativ deviant
davranışın addiktiv (asılı) və delikvient (hüquqa zidd) kimi formaları fərqləndirilir.
Onlara sərxoşluq və alkoqolizm, narkomaniya, cinayətkarlıq, intihar, fahişəlik,
korrupsiya, terrorizm, habelə oğurluq və qarət, kimyəvi və sosial asılılığa səbəb
olan (məsələn, sosial şəbəkələrdən, qumar oyunlarından asılılıq) davranışlar aid
edilir.
Deviasiya özündə 3 elementi birləşdirir: 1. İnsanın dəyərlərə və normalara
(siyasi, mənəvi, hüquqi) münasibəti; 2. İnsanı qiymətləndirən qrup və ya təşkilat;
3. İnsanın davranışı.
“Deviant” davranış problemi sosiologiya elminin meydana gəlməsinin
başlanğıc mərhələsində diqqət mərkəzində olmuşdur. Fransız sosioloqu Emil
Dyurkheym 1897-ci ildə yazdığı “Özünəqəsd” adlı klassik əsəri ilə müasir
- 2 -
deviantologiyanın əsasını qoymuş alimlərdən biri hesab edilir. O, sosiologiya
elminə “anomiya” anlayışını daxil etmiş və bununla cəmiyyətdə böhranlar və
radikal sosial dəyişikliklər zamanı yaranan qarışıqlıq və çaşqınlıq vəziyyətlərini
ifadə etmişdir. Dyurkheym bunu cəmiyyətdə gözlənilməz iqtisadi tənəzzül və
yüksəliş dövrlərində intiharların sayının artması nümunəsində təhlil etmişdir.
Dyurkheymin davamçısı, amerikan sosioloqu Robert Merton özünün struktur
funksionalizm nəzəriyyəsi çərçivəsində insanın davranış reaksiyalarının sosioloji
təsnifatlarından birini yaratmışdır.
Deviant davranışların motivasiyasını sosial və psixoloji amillərlə bağlayan
rus alimi M.İ.Rojkov onları 4 əsas qrupa ayırır: “1) huquqi və əxlaqi şurdakı
qüsurlar; 2) şəxsiyyətin tələbatlarının məzmunu; 3) xarakterin xüsusiyyətləri; 4)
iradi-emosional aləmin xüsusiyyətləri”. [1,s.12]
Müxtəlif elmlər “deviant” davranışa fərqli mövqelərdən yanaşırlar. Sosial
elmlər “deviant” davranışa insanın sosial mühitdə, yaxın sosial əhətədə,
kollektivdə fiziki və sosial mövcudluğuna real təhlükə kimi baxır, sosial–mənəvi
normaların, mədəni dəyərlərin, habelə insanın mənsub olduğu cəmiyyətdə həmin
norma və dəyərlərin mənimsənilməsinə və yaradılmasına, özünüinkişaf və
özünüreallaşdırma prosesinin pozulmasının nəticəsi hesab edirlər. Onların fikrincə,
“deviant” davranışlar fərdlərin həyatında müəyyən xüsusiyyətləri ilə səciyyələnən
və sosial sferaya heç də yad olmayan davranışların məcmusudur. Deviantizmin
əsas mənbəyi geniş sosial spektrə malik sosial sistem. Sosial sistem yeniləndikcə,
köhnəsi yenisi ilə əvəzləndikcə, yaranan transformasiyaların fərdlərin psixikasına,
şüuruna təsiri də böyük olur. Müasir Azərbaycan cəmiyyətində narkomaniyanın,
korrupsiya, intihar, oğurluq və qarət hallarının, habelə mənəviyyata zidd
hərəkətlərin artmasının səbəblərini məhz qeyd olunan amillərdə axtarmaq lazımdır.
Hollandiya alimi M.de Vinter qeyd edirdi ki, “1970-1990-cı illər ərzində
müxtəlif davranış qüsurları olan uşaq və yeniyetmələrin sayı xeyli artmışdır, indi
də durmadan artır və onlar 18 yaşadək yeniyetmə və gənclərin 20%-ni təşkil
edirlər”. [1,s.6]
Tibbi-bioloji yanaşmada “deviant” davranış cəmiyyətdə qəbul edilmiş
şəxsiyyətlərarası qarşılıqlı təsir formalarını - əməlləri, hərəkətləri, mühakimələri
psixi sağlamlıq səviyyəsində, habelə, sinir-psixi patologiya, səviyyəsində
normadan kənaraçıxma kimi qiymətləndirilir. Deviantizmin mahiyyətinə tibbi-
bioloji mövqedən yanaşan italyan həkim-psixiatrı Çezare Lombrozzo qeyd edirdi
ki, deviantlar cinayətkarlardır, deviantizm cinayətkarlıqdır. Cəmiyyətin bu və ya
digər, düz və ya dalğavari xətt üzrə inkişafı zamanı ortaya çıxan atavizmlərdir.
Onlar ya anadan belə doğulur, ya da bu, onlarda mühitin təsiri altında formalaşır.
Deviantlığı şəxsiyyətin tipi ilə əlaqələndirən ABŞ psixiatrı Vilyam Şeldona görə,
şəxsiyyətin tipi ilə cinayətin tipi arasında bu və ya digər formada əlaqə mövcuddur.
Deviantizmin kökündə şəxsiyyətin daxilindən, bəlkə də onun genindən
qaynaqlanan bəzi məsələlər durur.
Psixoloji yanaşmada sosial-psixoloji və mənəvi normalardan kənaraçıxma
ya konfliktin həllinin yanlış, antisosial həlli nümunəsində, ya da ictimai və şəxsi
rifaha əngəl olan davranış normalarının pozulması kimi izah olunur və
“deprivasiya” termini ilə ifadə olunur.
- 3 -
“Psixoloji çətinliklərə, habelə müvəqqəti emosional və davranış
pozğunluqlara uşaqların əksəriyyətində təsadüf olunur. Bu, inkişafın ayrılmaz
tərkib hissəsidir”. [8,s.45]
Deviantlığı psixoloji aspektdə izah edən Avstriya psixiatrı Ziqmund Freyd
özünün psixoanalizinə əsaslanaraq yazırdı ki, cinayətin əsasında onu törədənin zəif
“eqo”su dayanır. Bu, insanı normal sosial davranışlardan kənara sapmalara sövq
edir. Burada digər psixoloji faktların da rolu vardır. Bunlar insanın idrak
qabiliyyəti, cəmiyyət həyatından “görüb-götürdüyü” mənfiliklər və şəxsiyyətindən
qaynaqlanan xüsusiyyətləridir.
Rus psixoloqu V.V.Korolyov belə nəticəyə gəlmişdir ki, “yeniyetmə və
gənclər tətəfindən törədilən cinayətlərin 33,1 %-i baş beyndə pozğunluqlar olan,
20,1 %-i xəstə oliqofrenlər , 4,1 %-i xarakter potologiyası olanlar, yalnız 2,6 %-i
nevrozlu xəstələr tərəfindən törədilir”. [ 1,s.11]
Mürəkkəblik dərəcəsinə və məzmun baxımından da deviant davranışın
təsnifatına fərqli yanaşmalar mövcuddur. Həmin təsnifatlardakı fərqlər əsasən
onunla bağlıdır ki, sosiologiya, psixologiya, tibb, kriminologiya və s. kimi elm
sahələri və elmi məktəblər davranışın hansı formalarının deviasiya hesab
olunduğuna eyni mənada yanaşmır, normanın deviasiyadan fərqləndirilməsinə və
ya davranış deviasiyasının konstruktiv (müsbət) və ya yalnız destruktiv (dağıdıcı)
xarakterdə olması məsələsini eyni kriteriyalardan izah edirlər.
“Gərginlik” nəzəriyyəsinin banisi, ABŞ sosioloqu Robert Merton qeyd
edirdi ki, deviant hərəkətlər bir növ şəxsin bloklaşdırılan hərəkətləridir. İnsan fərd
olaraq cəmiyyətə uyğunlaşır və bu zaman onun deviant hərəkətləri ictimai qınaq
obyektinə çevrilir. Deviant hərəkətlərə ən çox gənclər arasında təsadüf olunur.
Onun modelində fərdin cəmiyyət həyatına adaptasiyasının 5 üsulu qeyd
olunmuşdur. Merton öz yanaşmasında irəli sürdüyü həmin kriteriyaların hər
birində fərdin cəmiyyətdə öz məqsədlərinə çatmasının vasitələrini xarakterizə
etmişdir ki, bu reyaksiyaların da bir hissəsi öz mahiyyətinə görə deviant davranış
tipindədir.
- Tabeçilik (öz məqsədlərini cəmiyyətin məqsəd və vasitələrinə tabe
etmək);
- İnnovasiya – (fəaliyyəti cəmiyyətin məqsədlərinin əldə edilməsi
vasitələrinə deyil, öz məqsədlərinə tabe etmək);
- Ritualizm ( məqsədə çatmağın ənənəvi üsulları mümkünsüz hesab edilir,
lakin ənənələrin izləri qalır);
- Retretizm (cəmiyyətdən qaçma, məqsədə çatmağın vasitələrini qəbul
etməmək);
- Qiyam (yeni sosial qaydaları tətbiq etmək, məqsəd və vasitələri
dəyişdirmək cəhdi).
Rus psixoloqu V.V.Kovalev öz təsnifatında deviasiyanın 3 tipini
fərqləndirir. O, sosial-psixoloji deviasiyalara antidistiplinar davranışı, asosial
davranışı, hüquqa zidd davranışı, autoaqressiv davranışı; kliniki – psixopatoloji
deviasiyalara isə (patoloji və qeyri-patoloji); şəxsi-dinamik deviasiyalara isə
“reaksiyaları”, inkişafı və vəziyyətləri aid etmişdir.
- 4 -
F.Patakinin öz təsnifatında deviant davranışın “nüvəsini” təşkil edən
davamlı formaların sırasına cinayətkarlığ, alkoqolizm, narkomaniyan, intihar
(özünəqəsd), “deviantöncəsi sindrom”lara insanı davamlı deviant davranış
formalarına sürükləyən affektiv davranış tipini, ailə konfliktlərini, aqressiv
davranış tipini, ilkin antisosial davranış formalarını, təlimə mənfi münasibəti, aşağı
intellekt səviyyəsini aid etmişdir.
Rus sosioloqu T.P.Korelenko və T.A.Donskix davranış deviasiyalarının
aşağıdakı təsnifatını təklif etmişlər:
- qeyri-standart davranış (sosial davranış stereotipləri çərçivəsindən kənara çıxan,
lakin cəmiyyətin inkişafında pozitiv rol oynayan hərəkətlər);
- zahiri destruktiv davranış (sosial normaların pozulmasına yönəlmiş destruktiv
davranış) .
-
addiktiv davranış (hər hansı kimyəvi və ya qeyri kimyəvi maddədən və ya
xüsusi aktivlik yaradan vasitələrdən istifadə etməklə, reallıqdan qaçmağa və
arzu edilən emosiyanı əldə etməyə yönəlmiş davranış).
-
antisosial davranış (qanunların və başqa adamların hüquqlarının pozulması)
-
daxili destruktiv (öz şəxsiyyətinin dezinteqrasiyasına (suisidal, konformist,
narsistik, fanatik, autistik) yönəlmiş davranış;
V.N.İvanov isə, insan və cəmiyyət üçün təhlükəlilik səviyyəsinə görə
deviasiyanın iki səviyyəsini fərqləndirir:
-
kriminallığaqədərki səviyyə - əxlaq normalarının və davranış qaydalarının
ictimai yerlərdə kiçik pozulması halları; ictimai-faydalı fəaliyyətdən yayınma,
psixikaya dağıdıcı təsir göstərən alkoqollu, narkotik, toksiki maddələrdən
istifadə və ciddi ictimai təhlükə törətməyən digər davranış formaları;
-
kriminogen səviyyə - cinayət-cəza tandemində əks olunan cinayətkar əməl və
hərəkətlər.
Y.A.Kreyberq deviasiyaları neqativ (məsələn, narkotiklərdən istifadə),
pozitiv (məsələn, sosial yaradıcılıq) və sosial-neyteral (məsələn, dilənçilik)
olmaqla üç əsas qrupa ayırmışdir.
Müxtəlif davranış deviasiyalarının tipologiyalarını ümumiləşdirən rus
psixoloqu – E.V. Zmanovskaya normaların pozulması növlərinin və normadan
kənar davranışın neqativ nəticələrinin əsas meyarlarını müəyyənləşdirmişdir.
Onun təsnifatında normadankənar, qüsurlu davranışın üç əsas qrupu diqqəti cəlb
edir:
-
antisosial (delikvient) (hüquq normaları ilə ziddiyyət təşkil edən, sosial asayişi
və ətrafdakı insanların əmin-amanlığını pozmağa yönəlmiş davranış);
-
asosial (amoral, əxlaqi-mənəvi normaları yerinə yetirməkdən yayınan,
şəxsiyyətlərarası münasibətləri korlayan davranış);
-
autodestruktiv (özünü məhv etməyə yönəlmiş), (suisidal, fanatik, autik,
viktim, riskli, qida asıllığı, kimyəvi asillıq yaradan davranış və s.)
Sosial deviasiyaların matrisini tərtib edən N.V.Maysak çoxsaylı nümunələr
əsasında deviant davranışın öz daxilində bir-biri ilə kəsişən ikiölçülü və çoxsaylı
formalarını fərqləndirmişdir:
-
istiqamətinə və təzahür xüsusiyyətlərinə görə deviasiyalar: konstruktiv,
yaradıcı davranış (bədii, elmi, texniki, təşkilatçılıq, kompyuter yaradıcılığı);
- 5 -
-
autodestruktiv davranış: addiktiv (qeyri-kimyəvi və kimyəvi asılılıq),
suisidal, parasuisidal davranış və suisid);
-
zahiri destruktiv, hüquqazidd davranış (inzibati hüquq pozğunluğu,
delikvient, kriminal davranış);
-
kommunikativ deviasiyalar: sosial cəhətdən təqdir edilmə dərəcəsinə görə:
sosial cəhətdən bəyənilən və prososial davranış (müəyyən sosial qrupun
normalarına uyğunlaşmış);
-
sosial-neyteral davranış (ictimai cəhətdən təhlükə doğurmayan və ya
birqiymətli dəyərləndirilməyən);
-
sosial cəhətdən bəyənilməyən: asosial (mənəvi-etik normalardan kənara
çıxan) və antisosial (hüquq normalarından kənara çıxan) davranış.
“Deviant” davranış anlayışına münasibət bildirən rus psixoloqu İ.S.Kon
yazırdı: “Deviant davranış ümumən qəbul edilmiş və ya nəzərdə tutulan psixi
sağlamlıq, hüquq, mədəniyyət və ya əxlaq kimi normalardan kənara çıxmanı əks
etdirən hərəkətlər sistemidir. İ.S.Kon deviant davranışı iki əsas kateqoriyaya
ayırmış və onlara birincisi, psixi sağlamlıq normalarını, ikincisi, hər hansı sosial
və mədəni normaları, xüsusilə hüquq normalarının pozulması ilə müşayət olunan
antisosial davranış formalarını aid etmişdir. “Sərxoşluq, narkotika qəbulu,
aqressivlik və hüquqa zidd davranışlar vahid blok yaradırlar. Belə ki, gəncin
deviant davranışın bir formasına cəlb edilməsi onun digərlərinə də cəlb ediləcəyi
ehtimalını yaradır”. [5,s.251]
Beləliklə, qeyd etmək olar ki, şəxsiyyətin davranış qüsurları və ya
deviantizm cəmiyyətdə ümumən qəbul edilmiş və ya rəsmən qəbul edilmiş sosial
normalardan kənaraçıxma hallarıdır. Adətən, deviant davranışlı şəxsin əməlləri bir
qayda olaraq, ətrafdakı digər adamlar tərəfindən neqativ qiymətləndirilir, onların
sosial sanksiyaları ilə üzləşir. Deviant davranış yalnız şəxsiyyətin özünə deyil,
ətrafdakı adamlara da real zərbə vurur. Bu cəhətdən qeyd etmək olar ki, “deviant”
davranış ilk növbədə destruktiv və ya autodestruktiv davranışdır.
“Psixi inkişafda ləngimələr adətən, davranış qüsurları ilə çulğalaşır... belə
uşaq və yeniyetmələr pedaqoji korreksiyaya yetərincə davam gətirmirlər”. [7,s.187]
Deviant davranışı dayanıqlı, dəfələrlə və uzun müddət təkrarlanan davranış
tipi kimi də səciyyələndirmək olar. Belə davranış şəxsiyyətin istiqaməti, sərvət
meyli və ya motivlər sahəsi ilə sıx şəkildə bağlıdır və onun təzahürüdür.
İstifadə olunmuş ədəbiyyat:
1.
Воспитание трудного ребенка. Дети с девиантными поведениями./Под
ред. М.И.Рожкова М: «Владос», 2003,239 стр.
2.
Глинский Я.И. Девиантология – 2-е изд. исп. и доп. – СПЬ: М;
Издательство Р. Асанова «Юридических центр Пресс», 2007, 528 стр.
3.
Змановская
Е.В.
Девиантология.
(Психология
отклоняющего
поведения) Учеб. пособие для студентов высших учеб. заведений, 2-ое
изд. исп. – М; Издательский центр «Академия» 2004, 288 стр.
- 6 -
4.
Ковальчук М.А. Профилактика девиантного поведения старшеклас-
сников: Монография, Ярославль:, Изд.- во ЯГПУ им К.Д.Ушинского,
2002, 242 стр.
5.
Кон И.С. Психология ранней юности. М., «Просвещение»,1989,255 стр.
6.
Остапенко Т.С., Остапенко Р.И. Анализ особенностей личности
подростков с девиантным поведением. M.,//Перспективы науки и
образования – 2013, №1. стр. 54-60.
7.
Педагогика здоровья. М., «Педагогика-Пресс», 1992, 288стр.
8.
Раттер М. Помощь трудным детям. М., «Педагогика», 1987, 246 стр.
Н.З.Чалабиев
«Девиантные формы поведения и разные подходы к их научным объяснениям.
Резюме
В статье обсуждается проявление будучи социально негативные поведения людей
а обществе, разные девиантные формы поведения и особенный подходы к их научным
объяснениям.
N.Z.Chalabiev
“Deviant” behaviors forums and their diver city of Scientific explanation approaches.
Summary
This article deals with the negative appearance of social behaviors’ of the-people in
society and the deterrent forms of deviants behaviors, their classification and diver city of
scientific explanation approaches.
Dostları ilə paylaş: |