Bakı
Bakı Azərbaycanın paytaxtıdır. O, Xəzər dənizinin sahilində yerləşir. Bu şəhər keçmişdə çox kiçik və çirkli idi. İndi isə Bakı gündən-günə böyüyür və gözəlləşir. Cürbəcür maşınlarla dolu prospektlər, böyük və yaşıl parklar, yaraşıqlı binalar Bakıya gözəllik verir. Dənizin sahilində gözəl park salınmışdır. Bu, Milli Park adlanır. Adamlar hər gün işdən sonra orada dincəlirlər. Dənizin sərin və təmiz havası adama ləzzət verir.
Bakıda tikinti işləri gündən-günə genişlənir. Evlər çox sürətlə tikilir. Bakıda uşaqlar və gənclər məktəblərdə, texnikumlarda, institut və universitetlərdə oxuyurlar.
Adamlar istirahət günlərində muzeyə, sərgiyə, heyvanat parkına, teatra, kinoya və sirkə gedirlər. Vaxtlarını məzmunlu və şən keçirirlər.
-
Mövzunun genişləndirilmiş variantı
Bakı Azərbaycanın paytaxtıdır. Şərqin ən böyük və gözəl şəhərlərindən biridir. Qədim İpək yolu bu şəhərdən keçir. Bakı keçmişdə çox kiçik və çirkli idi. O zaman Bakı iki hissədən: İçəri şəhər və onun ətrafından ibarət idi. Qız qalası içəri şəhərdə yerləşir. İndi Bakı gündən-günə böyüyür və gözəlləşir. Cürbəcür maşınlarla dolu prospektlər, böyük və yaşıl parklar, yaraşıqlı binalar Bakıya gözəllik verir. Bakıda tikilən binalar çox mərtəbəli olmaqla milli və qərb sitilində tikilir. Xəzər dənizinin sahilində gözəl park salınmışdır. Bu, Milli Park adlanır. Adamlar hər gün işdən sonra orada dincəlirlər. Parkda uşaqlar üçün atraksionlar qurulmuşdur. Musiqili fəvvarələr parka gözəllik verir. Dənizin sərin və təmiz havası adamlara ləzzət verir.
Bakıda tikinti işləri gündən-günə genişlənir. Evlər çox sürətlə tikilir. Bakı indi “göydələnlər şəhəri” kimi də adlandırılır. Bakıda müasir məktəblər tikilir. Uşaqlar belə məktəblərdə oxuyurlar. Bakıda çoxlu universitet, institut və texnikumlar vardır.
Adamlar istirahət günlərində muzeylərə, sərgilərə, heyvanat parkına, teatra, kino və sirkə gedirlər. Onlar vaxtlarını çox məzmunlu və şən keçirirlər. Bakıda çoxlu idman qurğuları tikilmişdir. Burada məşğul olan gənclərin adı dünya arenalarından gəlir.
b) Mövzunun qısaldılmış variantı:
Bakı Azərbaycanın paytaxtıdır. Xəzər sahilində yerləşən Bakı yeni-yeni tikililəri, parkları, küçə və prospektləri ilə gözəlləşir. Dəniz sahilində salınmış Milli park insanların istirahət yerinə çevrilmişdir. Bakıda yeni məktəblər tikilir. Burada çoxlu institut və universitetlər vardır. Bakıdakı kino-teatrlar, muzeylər, heyvanat parkı, sirk insanların istirahət yerləridir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.
5.Tədqiqat hesabatları
Qruplara verilmiş mövzu ətrafında şagirdlərin topladığı ədəbiyyatlardan istifadə edərək yeni məlumatların necə əldə edilməsini nümayiş etdirən üsuldur. Tədqiqat hasabatlarında əqli hücum əsas vasitədir. Bu zaman nəzəri məlumatlar (kitablardakı) həyat təcrübəsi ilə əlaqələndirilmiş olur. Tədqiqat hesabatlarında əlaqə formaları və alınmış nəticə öz əksini tapmalıdır.
Məsələn, “Qış aylarında aranjeriyada iş” mövzusu qruplara tədqiqat obyekti kimi tapşırıla bilər. Mövzunun əsas mahiyyətlərindən biri aranjeriyadakı bitgilərə qış aylarında necə su verməkdir. 100 S-dən aşağı temperaturlu su bitgilərin inkişafını ləngidir, çox aşağı temperaturlu su isə bəzi otaq bitgilərinin tələf olmasına səbəb ola bilər. Bu zaman şagirdlər qarşısında belə bir problemin həll edilməsi qoyulur. Soyuq və isti sulardan otaq temperaturunda (18-200S) olan suyu necə almaq olar?
Qruplar 1 kq 20S-də, 1 kq 500S-də olan su götürür, qarışdırırlar. Qarışığın temperaturunu termometrlə ölçürlər, təqribən 270S su alındığını müşahidə edirlər. 500S-də olan suyun kütləsini iki dəfə azaltmaq və çoxaltmaqla təcrübəni təkrar edərkən məlum olur ki, isti suyun kütləsi azaldıqca qarışığın temperaturu azalır. Bu azalma isti və soyuq suyun kütlələri nisbətindən və ilk temperaturlarından asılıdır. Tədqiqat hesabatları yuxarıdakı kimi nəticə ilə yekunlaşmalıdır. Tədqiqat hesabatları şagirdlərin yaradıcılıq qabiliyyətini formalaşdıran vasitələrdən biridir.
6.Təqdimatlar
Təqdimat dedikdə, adətən, qrupun problemlə əlaqədar müəllimə təqdim edəcəkləri yazı başa düşülür. Qrupun təqdimatının hazırlanmasında bütün qrup şagirdləri yaxından iştirak etməli, səy göstərməlidirlər. Bunun üçün qruplara tapşırılmış problemlə əlaqədar hər bir qrup üzvü öz təqdimatını hazırlayaraq liderlərə təqdim etməlidir. Qrup lideri təqdimatları öyrənir, təhlil edir, nəticəni sinfə təqdim edəcəyi təqdimatda əks etdirir. Təqdimatlar elmi dildə, məntiqi ardıcıllıqla yazılmalıdır. Göstərilən qaydada təqdimat hazırlamağa qrupları hazırlamaq və formalaşdırmaq lazımdır.
Başqa xarakterli təqdimatlar da ola bilər. Müəllimin ev tapşırığı, şagirdlərin müstəqil müşahidəsi və s. bağlı təqdimatlar da hazırlamaq olar.
6. Təlim prosesində informasiya, kommunikasiya texnologiyalarından (İKT)
istifadə.
Bəzi pedaqoji ədəbiyyatda informasiya, kommunikasiya texnologiyalarına, əgər onlardan tədrisdə istifadə edilirsə, təlim vasitələri kimi yanaşılır. Əgər kitab bilik mənbəyidirsə, kitab üzərində məqsədə uyğun şəkildə şagird işləyib özü üçün bilik əldə edirsə, onda kitab üzərində işin bir təlim metodu (üsulu) kimi qəbul edilməsini məqbul saymaq lazımdır, bir çox ədəbiyyatda da şagirdin kitab üzərində işinə bu aspektdən yanaşılmışdır. İKT-dən bazis rolunda çıxış edən kompyuterdən də şagird müəyyən (bəlkə də çox) bilik əldə edə bilirsə və bu biliklər rasionallığı etibarı ilə bəzi hallarda kitabdan çox geniş sferada və praktika ilə əlaqələndirilmiş bilik verirsə nə üçün kompyuteri, İKT-nin digər formalarını təlim üsulu adlandırmayaq? Artıq kompyuter müəllimi müvəffəqiyyətlə əvəz etməkdədir.
İndiki halda kompyuter şagirdlərin maraq dünyasıdır. Belə olan halda şagirdlərin maraq sahəsini təlim prosesi ilə əlaqələndirmək olar. Kitabdan bilik əldə etmənin də özünəməxsus texnologiyası olduğu kimi İKT-dən istifadə edərək bilik əldə etmənin də özünəməxsus texnologiyası vardır.
İKT ilə bağlı bir çox problemlərə diqqət yetirək.
Şəxsiyyətyönümlü təlim şagirdlərin müstəqil fəaliyyəti ilə yanaşı əməkdaşlıq şəraitində biliklərin əldə edilməsini dəstəkləyir. Belə halda şagirdlər əvvəl öyrəndiklərini cari təcrübə və biliklərlə əlaqələndirə bilirlər. Həm də şagirdlər seçdikləri vasitə və resurslardan istifadə etmək imkanı əldə edirlər. Bu şagirdlərə kompyuter köməklik edə bilər.
Kompyuterlər şagirdlərin öz şəxsi anlayışlarını formalaşdırmaq üçün istifadə etdikləri üsulları daha da inkişaf etdirə bilər. İnternetdən məlumat toplayan şagirdlər fəaliyyətlərini istiqamətləndirməkdə müstəqil olurlar, yəni bilikləri özləri əldə edirlər. Şagirdlər mənbələr seçərək onlar arasında əlaqə yaratmaqla sanki öz yaradıcılıqlarını inkişaf etdirirlər. Onlar müəllimlərin verdiyi parametrləri nəzərə alaraq mövzuların məzmununa uyğun araşdırmalarına tam nəzarət edə bilirlər. Şagirdlər kompyuter fəaliyyətlərini istiqamətləndirməkdə müstəqil olurlar, yəni bilikləri özləri əldə edirlər. Şagirdlər kompyuter fəaliyyətlərini adi iş qaydasında həyata keçirə bilirlər. Ənənəvi siniflərdə, məsələn 25 nəfərlik, bir tapşırıq üzərində bütün şagirdlərin işlədiyi halda kompyuterlə hər bir şagird müstəqil şəkildə fəaliyyət göstərir. Müəllim geridə qalan şagirdlərə kömək edərkən digər şagirdlər daha mürəkkəb problemlərlə məşğul ola bilirlər. Kompyuter proqramları öyrənənlər üçün çeşidli seçimlər təmin etmək məqsədilə mətnləri, təsvirləri, səsləri və hərəkətləri birləşdirmək imkanına malikdir. Multimedia proqramları da sinifdə istifadə olunan resurs rolunu oynamalı, şagirdlərin işini zənginləşdirməli, müxtəlifliyinə imkan yaratmalıdır.
Şagirdlər kompyuterlərdən təlim vasitəsi kimi, fərdi şəkildə bilik əldə etmə mənbəyi kimi, öz fikirlərini digər öyrənənlərlə paylaşmaq vasitəsi kimi istifadə edə bilərlər. Şagirdlər öyrəndikləri biliklərin və təcrübələrin məzmununun Milli Kurikulumla uzlaşmasına diqqət verməlidirlər. Şagirdlərin kompyuterin köməyi ilə fərdi şəkildə əldə etdiklərini müəlllim onların təlim fəaliyyətinə necə təsir etdiyini müəyyənləşdirməli və gələcək inkişaf perspektivlərini müəyyən etməlidir.
Kompyuterlərdən aşağıdakı kimi təlimlə bağlı fəaliyyət sahələrində də istifadə etmək olar: 1) əyani vasitələrin öyrənilməsində, 2) həmyaşıdları ilə söhbətlərində, 3) çətin məsələlərin həllində, 4) mühakimələrin təhlilində. Məsələn, e-poçt vasitəsilə onlarla söhbət etmək fəal əməliyyat hesab edilir. Belə söhbətlər sürətli mühakimə yürütməyi tələb edir, şagirdlərə ideyaları haqqında düşünmək və öz anlayışlarını yoxlamaq imkanı verir.
Texnologiyaların təlim prosesində tətbiq edilməsi müştərək öyrənmə prosesini və əməkdaşlığı inkişaf etdirir. Kompyuterdən təlim prosesində istifadə edilməsi şagirdlərə o dərəcədə təsir edir ki, onlar boş vaxtlarında belə öz kompyuter işləri haqqında danışır, strategiyaları haqqında bir-birinə məlumat verirlər. İstər kompyuterlə, istərsə də kompyutersiz işçi qrupların təşkili üçün fəaliyyətin planlaşdırılması və məqsədli müdaxilələrin edilməsi zəruridir, lakin kompyuterdən istifadə edən qruplar müştərək fəaliyyətə əlverişli şəkildə başlayır.
Kompyuter şəbəkəsi şagirdlərə dünyanın müxtəlif yerlərində olan mütəxəssis- lərlə, şagirdlərlə əlaqə saxlamaq, əməkdaşlıq etmək imkanı verir. E-poçt, listservis- lər, bülletenlər, çat qrupları müəllimlərə öz dərs planlarını, tədris strategiyalarını mübadilə etməyə, peşəkar birliklər yaratmağa imkan verir.
Canlı həyatdan, müvafiq təcrübələrdən, məlumatlardan istifadə sinif-şagird fəaliyyətinin əsasında durur. Təhsil müəssisələrinin vəzifələrindən biri peşəkar vətəndaş yetişdirməkdir. Belə vətəndaşlar (məzunlar) istehsal prosesində məişətdə işlədilən cihaz və alətlərdən, xam materialdan istifadə etmək bacarıqlarına malik olmalıdırlar. Texnologiya ilə tanışlıq, ondan istifadə göstərilən problemlərin həllində şagirdlərə kömək edə bilər.
Texnologiyalar fiziki cəhətdən qüsurlu olan insanlara daha çox kömək edə bilər. Səs tanıma sistemləri, dinamik Breye ekranları, nitq sintezatorları və danışan kitablar kimi yardımcı texnologiya vasitələri onların karına çata bilər. Göstərilənlər onlar üçün öyrənmə və ünsiyyət vasitələrinə çevrilir. Tədqiqatlar göstərir ki, kompyuterin yardımı ilə həyata keçirilən ünsiyyət fiziki qüsurları olanların üzləşdiyi sosial tədricolunmanın qarşısını qismən ala bilər. Kompyuterlərin motivasiyanı artıran, yetirməyən şagirdlərdə təlimə maraq yaradan vasitə olduğu sübut olunmuşdur.
Tədrisin texnologiyalarla aparıldığı siniflərdə şagird və müəllimin özlərinə məxsus funksiyaları vardır.
Texnologiyalardan istifadə olunan siniflərdə şagirdlərin məlumatı toplamaq, həmkarları ilə məsləhətləşmək, əldə etdikləri nəticələri təqdim etmək üçün daha yaxşı imkanları vardır. Şagirdlərin müəllimlərdən asılılığı azaldıqca, təşəbbüskarlığı artdıqca onların müstəqilliyi və özünə inam hissi artır. Texnologiya şagirdlərə məlumatlardan istifadə etmək imkanı verir ki, bu da onların anlama qabiliyyətini yaxşılaşdırır, mühakimə bacarıqlarını inkişaf etdirir. Şagirdlər canlı həyatda məlumatları əldə edib bunları sinifdə əldə edəcəkləri biliklərlə əlaqəli şəkildə öyrəndikcə inkişaf etmələri bir o qədər yaxşı təşkil olunmuş olur. Texnologiyalar müəllimlərin öz şagirdlərinə təklif edə biləcəyi resurslarla zənginləşdirilməsinə imkan yaradır, tədris prosesinin ancaq dərsliklərlə deyil orijinal təlim vasitələri ilə təmin edilməsinə səbəb olur. CD-lərdə təklif olunan istinad materialları və kurikulum üzrə yüksək keyfiyyətli proqramlar bir çox dərsliklərin və ya məktəb kitabxanalarının verə biləcəyi resurslardan daha çox vəsaitlər təklif edir.
Məlumatların bu qədər əhatəli olması özü problemlərsiz ötüşmür. İnternetin məzmunu dərslikdə verilmiş materialdan daha sadə və konkretdir. Ona görə də şagirdlər internetdən tapdıqları məlumatlara tənqidi yanaşmalı, onu dəyərləndirməlidirlər. Bir çox internet səhifələrində işlənilməmiş (elmi cəhətdən) məlumatlar verilir: kosmosdan çəkilmiş şəkillər, siyahıyaalma ilə bağlı rəqəmlər, məhkəmə işinin nəticəsi və s. Belə materiallardan istifadə edilməsi üçün onlar kontekstə uyğun olmalı, biliklərin əldə edilməsi zamanı şagirdlərin məlumatlardan ağıllı, səmərəli şəkildə istifadə etməsi tələb olunur.
Bir çox müəllimlər kompyuterdən istifadə etməkdə çətinlik çəkirlər. Bu çətinliklər ayrı-ayrı fənlərə aid biliklərin kompyuterin köməyi ilə verilməsində daha çox özünü göstərir. Bu çətinlikləri aradan qaldırmaq üçün nə etməli?
1. Qarşınıza orta səviyyəli məqsədlər qoyun. Böyük imkanlarına baxmayaraq kompyuter sinifdəki bütün problemləri həll edə biləcək universal vasitə deyildir. Sinifdə kompyuteri tətbiq etməyə başlayarkən öncə kiçik həcmli tapşırıqdan başlamaq lazımdır: Məsələn, şagirdlərə hər hansı hesabatı Word proqramından istifadə etməklə yazmaq tapşırığını verməklə işə başlamaq olar. Bu işdə rahatlıq hiss etdikcə kompyuterdən istifadə edən sinfin fəaliyyət çeşidini artırmaq olar.
Müəllimlik sənətinə kompyuterlərdən geniş istifadə edildiyi indiki zamandan əvvəl gəlmiş müəllimlər texnologiyalardan istifadə etməkdə çətinlik çəkirlər. Bu belə müəllimləri ruhdan salmamalıdır. Onun ətrafında kompyuteri bilən çox təcrübəli təhsil işçiləri vardır. Onlardan istifadə etmək lazımdır. Hazırda dərs dediyimiz şagirdlərdən də yararlanmaq olar. Texnologiya əsrində yaşayan bu şagirdlər kompyuterlə əlaqədar kifayət qədər məlumata malikdirlər. Bundan çəkinmək lazım deyil, şagirdlərdən nə isə öyrənməyi səmimi qəbul etmək lazımdır.
2. Texnologiyalardan bütün dərslərdə istifadə etməyə ehtiyac yoxdur. Dərsin məqsədindən asılı olaraq texnologiyadan istifadə etmək olar. Əgər kompyuter öyrənmə prosesini zənginləşdirəcəksə, genişləndirəcəksə, asanlaşdıracaqsa onda texnologiyadan istifadə etmək olar.
Sinif kompyuterlərində aşağıdakı proqramlardan istifadə edərək bilik və bacarıqların zənginləşdirilməsinə nail olmaq olar: Word, məlumat bazası, Excel, prezentasiya və simulyasiya proqramı, internet, e-poçt, multimedia CD-lərı.
Mətn proqramları şagirdlərə fikirlərini və mövqelərini müstəqil şəkildə dərc etməyə imkan verir. Başqa proqramlar da əlavə olunduqda Word proqramı güclü öyrənmə vasitəsinə çevrilir. Qrafiklərdən istifadə müəlliflərə öz hekayələrini təsvir etmək imkanı verir. E-poçt isə “həmkarların təhlili” və qrup şəkildə redaktə işi ilə məşğul olmaq üçün imkan yaradır. İnternet isə şagirdlərə öz yaradıcı materiallarını dərc etmək və araşdırmalarının nəticələrini başqaları ilə paylaşmaq imkanı verir.
Kompyuterdən istifadə edərək məlumatların toplanaraq ümumiləşdirilməsinə aid bir neçə nümunəyə diqqət yetirək.
Esse yazmaq.
Müəllim beşinci sinif şagirdlərinə adı qeyd edilən tapşırıq verir. Şagirdlər dərsdən kənar vaxtlarda toplaşaraq (həftədə iki dəfə) internet vasitəsilə dünyanın
müxtəlif dövlətlərində yaşayan xalqlar tərəfindən yaradılmış nağıllar toplayırlar, hər dəfə bir nağıl tapdıqda dünya xəritəsində o dövlətin mənsub olduğu yer rəngli nişanla qeyd edilir. Əldə etdikləri məlumatlar əsasında şagirdlər Apple Works vasitəsilə özlərinin şəxsi Esse-lərini yazırlar. Esseyə əl ilə çəkilmiş təsvirlər əlavə edilir. Sonra sinif şagidləri e-poçt vasitəsilə özləri yazdıqları Esseni digər məktəblərdəki həmkarlarına göndərirlər. Onlar Esse ilə tanış olduqdan sonra rəylərini bildirir, öz əlavələrini edirlər.
Regionun faunası haqqında məlumatın əldə edilməsi.
Müəllim coğrafiya və ya təbiətşünaslıq dərsində şagirdlərə məktəbin ətrafında və regionda yaşayan quşlar və heyvanlar haqqında məlumat toplamağı tapşırır. Şagirdlər mətbuat, təbiətdən bəhs edən kitablardan, internetdən istifadə edərək regionda yaşayan quş və heyvanların növlərini, adını, yaşayış tərzini, bəzi xüsusiyyətlərini öyrənirlər, onların şəkillərini əldə edirlər. Sonda şagirdlər regionun faunası haqqında izahlı-illustrativ material hazırlayır, hazırladıqları materialı internet saytında yerləşdirirlər.
İndiki orta ümumtəhsil məktəblərində tədris edilən tarix, coğrafiya, biologiya, Azərbaycan dili və ədəbiyyat, mədəniyyət və incəsənət və s. kimi fənlərə aid materiallarla internet zəngindir. Fənlərin tədrisi prosesində kompyuterdən, internetdə verilən materiallardan istifadə etmək olar. Bu da təlimin səmərəliliyini artırmaqla şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürlərinin inkişaf etməsinə səbəb olar. X sinifdə ABŞ və Kanada dövlətlərinin ərazisi, iqtisadiyyatı haqqında şagirdlərə kompyuterdən istifadə edərək informasiya toplamaq tapşırmaq olar. Tapşırıq alan sinif şagirdləri internet vasitəsilə ABŞ və Kanada dövlətlərinin müvafiq Departamentləri ilə əlaqəyə girir və ya onların internetdəki məlumatlarından istifadə edərək informasiya toplayırlar.
Sinif şagirdləri ABŞ dövlətinin ərazisi, iqtisadiyyatı ilə əlaqədar aşağıdakı kimi məlumat toplayırlar. Ərazisi 9,3 milyon km, əhalisi 255 milyon (təxminidir) nəfər, əhalisinin etnik tərkibi: ingilislər, emeqrantlar, yerli (alorogenlər), ərazisinin tərkibi: əsas hissə - 7,8 milyon km, Alyaska – 1,5 milyon km, Havay adaları – 16,7 min km. İki okeanla – Sakit, Atlantik əhatələnib; dövlət quruluşu – 50 ştat, federal respublika, dövlət başçısı prezidentdir, qanunverici orqan konqresdir; dövlət dili ingilis dilidir; əhalinin sıxlığı 27 kvadrat kilometrə bir nəfər; inkişaf etmiş ölkədir. İqtisadiyyatında sənaye, fermer təsərrüfatı üstünlük təşkil edir; təbii sərvətlərlə zəngindir (daş kömür, neft, qaz, dəmir filizi, sink, uran və s.); aparıcı yeri tutan sənaye sahələri - emaledici sənaye, energetika, maşınqayırma, hərbi, elektronika, kimya və s. ; kənd təsərrüfatında üstünlük təşkil edən sahələr – buğda, qarğıdalı, çəltik, pambıq, şəkər qamışı, tütün, lumu, portağal; nəqliyyatı – su, dəmiryolu, hava, avtomobil.
Kanada dövləti ilə bağlı aşağıdakı məlumatları əldə edirlər:
Sahəsi – 9976 min km, əhalisi 27 milyon, əhalisinin etnik tərkibi – ingilislər, fransızlar; ərazisi – 10 əyalətdən, 2 ərazidən ibarətdir; ərazi üç okeanla əhatə olunub; federal dövlətdir; dövlətə baş nazir rəhbərlik edir; dövlət dili ingilis və fransız dilləridir; əhalinin sıxlığı çox azdır; inkişaf etməkdə olan ölkədir; hasilatda üstün dövlətdir (kənd təsərrüfatı üzrə); təbii resurslarla zəngindir (əlvan, nadir metallar, dəmir filizi, uran, neft, qaz, daş kömür); sənaye xammalı və arzaq tədarü-
künə görə öndə durur, hidroenerji, metallurgiya, maşınqayırma inkişaf etmişdir; heyvandarlıq və taxıl istehsalına görə öndə gedir; boru və su nəqliyyatı yüksək səviyyədə inkişaf etmişdir.
İnternetdən göstərilən məlumatları əldə etdikdən sonra sinif şagirdləri Venn dioqramından istifadə edərək bu ölkələri müqayisə edir, oxşar və fərqli cəhətlərini müəyyən edirlər. Aldıqları nəticəni internet saytında yerləşdirməklə digər məktəb şagirdlərinin rəylərini öyrənirlər.
İstifadə edilmiş ədəbiyyat
1. Azərbaycan Respublikasının Konstitutsiyası. Bakı: Azərbaycan,1996.
2. Azərbaycan Respublikasının Təhsil İslahatı Proqramı. Azərbaycan
Respublikası Nazirlər Kabineti 168 №li sərəncamı, 15 iyun 1999-cu il.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının materialları.
Bakı:Təhsil, 2003.
4. Ağayev Ə.A. Yeni təlim metod və texnologiyalarından istifadənin nəzəri və praktik məsələləri. // Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun Elmi əsərləri. Bakı: 2006, №1. səh. 29-44.
-
Beynəlxalq konfransın materialları. Bakı: 2006.
6. Bədiyev S.R.. Fəal təlim metodları. Fizikanın tədrisində şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafında onlardan istifadə. Bakı: ADPU, 2005.
7. Bədiyev S.R.. Yeni təlim texnologiyaları dərslərdə. Şəki; 2006.
8. Dialektik və tarixi materializim.II nəşr. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı,1970.
9. Delta Kappan. Konstruktivizm nəzəriyyəsi. /Beynəlxalq konfransın materialları. Bakı: fevral, 2004.
10. Əhmədov B.A., Rzayev A.Q. Pedaqogikadan mühazirə konspektləri. Bakı: Maarif, 1983.
11. Əbdəl-Həqq, İsmət. Müəllim hazırlığında konstruktivizm. Təcrübəni nəzəriyyə ilə əlaqələndirmək üçün düşüncələr. / Beynəlxalq Konfransın materialları. Bakı: fevral, 2004.
12. Əhmədov A. 2009/2010-cu tədris ilində I siniflərdə dərs deyəcək müəllimlər üçün yeni təlim kurslarının tətbiqi üzrə təlim kursunun materialları. // Kurikulum. №2, 2009, səh. 35-54.
13. Hacıyeva T. Məktəbdaxili qiymətləndirmənin aparılması yolları.// Kurikulum. №2, 2009, səh. 11-21.
14. Hacıyev Z. Fəlsəfə. Bakı: Adiloğlu, 2001.
15. İsmayılov F.Q. Müasir Qərb fəlsəfəsi. Bakı: Azər.Dövlət nəşriyyatı, 1991.
16. İsmayılov F.Q. XX əsr qərb fəlsəfəsi tarixi. Bakı: Təhsil, 1999.
17. İsmixanov M.A. Dərsdə şagirdlərin idrak fəaliyyətinin və yaradıcı müstəqilliyinin artırılması yolları.// Azərbaycan məktəbi. Bakı: 1983, №7, s.21-27
18. Kərimov Y.S. Ana dilinin tədrisi metodikası. Bakı: Naşir, 2005.
19. Qədimova X. İnteraktiv təlim metodlarının tətbiqi yolları. Bakı: Nur, 2003.
20. Li. Eybrəhəmsn. İnteraktiv təlim nədir? /Beynəlxalq konfrans materialları. Bakı: fevral, 2004.
21. Marksizm – Leninizm fəlsəfəsinin əsasları. Bakı: Maarif, 1980.
22. Mehrabov A.O. Təlim prosesində konstruktiv öyrənmə modeli, idraki və sosial münasibətlərin formalaşma xüsusiyyətləri.// Azərbaycan məktəbi. 2005, №3, səh.24-34
23. Mehrabov A.O. və b. Pedaqoji texnologiyalar. Bakı: Mütərcim, 2006.
24. Müəllim hazırlığının və orta təhsilin perspektivləri (Qərb təhsil sisteminin təcrübəsi əsasında). Bakı: Adiloğlu, 2005.
25. Məktəbdə vətəndaş təhsili. Metodik vəsait. Bakı: Nur, 2002.
26. Paşayev Ə.X., Rüstəmov F.Ə.Pedaqogika. Bakı: Çaşıoğlu, 2002.
27. Şorn F. və b. Fəal təlim. Bakı: 2003.
28. Talıbov Y.K. və b. Pedaqogika. Bakı: Maarif, 1993.
29. Təlimdə yeni metodlardan istifadə. Metodik tövsiyə. Bakı: 2003.
30. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun,2010
31. Veysova Z. Məktəb müəllimləri üçün fəal təlim kuslarına giriş kursu. Uniseflə birgə layihə. Bakı: “Meqa-Print”, 2004.
32. Veysova Z. Fəal (İnteraktiv) təlim. Müəllimlər üçün vəsait.Unicef,2009.
33. Varella F., D.RL. İnteraktiv tədris üçün təlim nəzəriyyələri. /
Beynəlxalq Konfransın materialları. Bakı: fevral, 2004.
34. Topçiyeva Ş.Ə. və b. Həyati bacarıqlara əsaslanan təhsil. V-XI siniflər. Bakı; Mütərcim, 2006.
35. Ситаров В.А.Дидактика. М.: Acadeмa, 2002.
36. Сластенин В.А., Исаев И.Ф., Шиянов Е.Н. Педагогика. М.: Академа.
2002.
Dostları ilə paylaş: |