III qrup dielektriklərin (məsələn, NaCl, KCl, KBr və s.) molekulları ion quruluşuna malikdirlər. İon kristallarının fəza qəfəsi düyünlərdə bir-birini əvəz edən müxtəlif işarəli ionlardan təşkil olunur. Belə dielektriki xarici elektrik sahəsinə daxil etdikdə kristal qəfəsin qismən deformasiyası baş verir, bu isə dipol momentinin yaranmasına gətirir.
Beləliklə, bütün ( hər 3 qrup) dielektrikləri xarici elektrik sahəsinə daxil etdikdə onlarda sıfırdan fərqli yekun elektrik momenti yaranır, yəni dielektrik polyarlaşır. Elektrik dipollarının istiqamətləndirilməsi prosesinə, yaxud elektrik sahəsinin təsiri altında sahə boyunca yönəlmiş dipolların meydana çıxması hadisəsinə dielektrikin polyarlaşması deyilir. Dielektriklərin üç qrupuna uyğun 3 cür polyarlaşma var:
Qeyri-polyar molekullara malik dielektriklərin elektron, yaxud deformasiya polyarlaşması: bu zaman atomlarda elektron orbitlərinin deformasiyası hesabına dipol momenti yaranır.
Polyar molekullara malik dielektriklərə yönəlmə (istiqamətlənmə), yaxud dipol polyarlaşması: bu halda molekulların malik olduqları dipol momentləri sahə boyunca istiqamətlənir.
İon kristallarında müşahidə olunan ion polyarlaşması: bu halda müsbət yüklərdən təşkil olunmuş alt qəfəsin sahə istiqamətində, mənfi yüklərdən təşkil olunmuş alt qəfəsi isə sahənin əksinə yerdəyişməsi, dipol momentlərinin yaranmasına səbəb olur.
Dielektriklərin vahid həcminin dipol momenti ilə təyin olunan kəmiyyətə polyarlaşma vektoru deyilir:
(2)
Burada - dielektrikin polyarlaşmasını kəmiyyətcə xarakterizə edir, isə dielektrikin V həcmindəki molekullarının dipol momentlərinin cəmidir. Polyarlaşma vektorunu molekulların konsentrasiyası ilə ifadə etmək olar:
(3)
Burada n - molekulların konsentrasiyası, isə bir molekulun orta dipol momentidir. Əksər dielektriklərdə (seqnetoelektriklərdən savayı) polyarlaşma vektoru elektrik sahəsinin intensivlik vektorundan xətti asılıdır. Zəif elektrik sahəsində izotrop dielektriklər üçün
(4)
Burada - maddənin dielektrik qavrayıcılığı adlanır, o -dən asılı olmayıb, dielektrikin öz xassələrini xarakterizə edir. həmişə sıfırdan böyükdür və adsız ədəddir. Bir çox dielektriklərdə kiçikdir, amma spirtdə , suda isə .