Dildə iki cür söz birləşməsi mövcuddur: sərbəst söz birləşməsi və sabit söz birləşməsi.Sabit söz birləşmələrinə frazeoloji birləşmələr deyilir.
Bütövlükdə bir leksik mənanı bildirən söz birləşmələrinə frazeoloji birləşmələr deyilir.
Frazeoloji birləşmələr tərkibcə dəyişməyən və məcazi mənada işlənən sabit söz birləşmələridir. Məsələn: qulaq asmaq (dinləmək), başa düşmək (anlamaq), ürəyinə xal düşmək ( şübhələnmək), başa çatdırmaq (qurtarmaq), əldən düşmək (yorulmaq) və s. söz birləşmələri frazeoloji söz birləşməlidir. Belə birləşmələrin tərkib hissələri olan sözlər özhəqiqi mənasından uzaqlaşır və bütövlükdə cümlənin bir üzvü olur. Məsələn: Şagirdlər diqqətlə müəllimə qulaq asırdılar cümləsindəki frazeoloji birləşmə nə edirlər? sualına cavab verir, deməli, cümlənin xəbəridir.
Frazeoloji birləşmələr dildə hazır şəkildə olur. Onların çoxunu bir sözlə əvəz etmək olar. Məsələn: ürəyinə xal düşmək – şübhələnmək, qulaq asmaq – dinləmək, ağzına su aləb oturmaq – susmaq və s.
Frazeoloji birləşmələr əsas və asılı tərəf olunur.
Frazeoloji birləşmələr omonimlik, sinonimlik və antonimlik xüsusiyyətlərinə malik olur.
Frazeoloji omonimliyə aid nümunələr: can vermək, üz vermək, ürəyi yanmaq, işə düşmək, başa vurmaq və s. Məsələn: Elə bil yağış susuz torpaqlara can verdi. – Döyüşçü yaralanaraq meydanda can verdi; Susuzluqdan ürəyi yanır. – Ananın qocaya ürəyi yanır; Əvvəllər də bədbəxt hadisələr üz verirmiş. – Üz verirsən, astar istəyir.
Frazeoloji sinonimlik dedikdə eyni və ya yaxın mənaları bildirən frazeoloji birləşmələr nəzərdə tutulur. Məsələn: qulaq asmaq – qulaq vermək, qılığına girmək – qəlbinə yol tapmaq və s.
Frazeoloji antonimlik dedikdə mənaca bir-birinə əks olan frazeoloji birləşmələr nəzərdə tutulur. Məsələn: xoşu gəlmək – zəhləsi getmək, ağzına su alib oturmaq – dilotu yemək və s. Frazeoloji birləşmələr omonimlik, sinonimlik və antonimlik xüsusiyyəti daşıyarkən hər iki tərəf mütləq Frazeoloji birləşmə olmalıdır.
Frazeoloji birləşmələrdə əsas və asılı tərəf olmadığı üçün onlara bir tərəfdən digər tərəfə sual vermək olmur.
Frazeoloji birləşmələr nitqə xüsusi ifadəlilik, canlılıq gətirir. Onlar daha çox bədii üslubda və məişət üslubunda işlənir