Alınma sözlərin bir çoxu nitqimizi zənginləşdirir, onu dəqiq və ifadəli edir. Lakin onlardan yerli-yersiz istifadə etmək dili korlamağa gətirib çıxarır
Alınma sözlərin bir çoxu nitqimizi zənginləşdirir, onu dəqiq və ifadəli edir. Lakin onlardan yerli-yersiz istifadə etmək dili korlamağa gətirib çıxarır.
Dilimizə müxtəlif dillərdən söz keçdiyi kimi, başqa dillərə də Azərbaycan sözləri daxil olmuşdur. Məsələn, fars dilində ordu, bağ, boran, boşqab sözləri; rus dilində işlənən kərpic (ruscada kirpiç), karandaş, ütü (utyuq), sandıq (sunduk) və s. sözlər bizim dilimizdən keçmişdir.
Ümumişlək və ümumişlək olmayan sözlər
Dilimizdəki sözlər işlənmə dairəsinə görə 2 qrupa bölünür: ümumişlək sözlər və ümumişlək olmayan sözlər.
Mənası hamı tərəfindən anlanılan sözlərə ümumişlək sözlər deyilir.
Dilimizdə işlənən sözlərin böyük əksəriyyəti hamı üçün anlaşıqlı olan ümumişlək sözlərdir. Məsələn: od, su, hava, torpaq, vətən, şən, azad və s.