İSMAİLİYYƏ NAKAM İSMAYILIN ADIN YAŞATOI
Bir gün Zeynalabdin Tağıyev Bakı milyonçusu
Musa Nağıyevdən soruşur:
-Ağa Musa, Allah rəhmət eləsin oğlun Ağa İsmayıla.
Onun xatirəsini əbədiləşdirmək istəyirsən?
-Əlbəttə, istəyirəm.
-Odur, mənim açdığım qız məktəbinin alt tərəfi
boşdur. Orada bir müik tikdir, admı qoyaq “İsmailiyyə”.
Heç olmasa yazığın adı yaddan çıxmasın. İstəyirsən,
Musa?
-Əlbəttə istəylrəm.
Söhbəti eşidənlər Ağa Musanı təbrlk edir, ona
uğur diləyirlər. Səhər Ağa Musa başılovlu gəlir Tağıyevin
evinə, başlayır giley-güzara:
-Ay Hacı, bu nə işdi sən mənim başıma açdın?
Məni müflis edib, küçələrə salmaq istəyirsən?
-Nə olub a kişi, açıq danış.
-Atam, atam daha nə olacaq, o bina bir neçə min
manata başa gələcək! Məndə o qədər pu! hardan?
-Ağa Musa, varidatını 2 milyona almaq istəyirəm.
Sat alım.
-Atam, atam, mənim 50 miiyon manatlıq varidatımı
2 miiyona almaq istəyirsən?-deyə hirslənir və Hacının
evini tərk edir.
“İsmailiyyə” binası tikildi. Bu gün istiqlaliyyət
küçəsində yeriəşən Elmlər Akademiyasının binasına bir
çox bakılılar indi də köhnə adı iiə “Ismayiliyyə” deyirlər.
Milyonçu Musa Nağıyevin vaxtsız vəfat etmiş oğlu İsmayıl
xalqımızın yaddaşında m əhz bu binaya görə qaiıb.
Dostları ilə paylaş: |