Dinc və müharibə dövrlərində Mülki Müdafiə qərargahlarında işin təşkili


MM qərargahlarında aşağıdakı əsas sənədlər işlənib hazırlanır



Yüklə 117,74 Kb.
səhifə2/2
tarix11.04.2022
ölçüsü117,74 Kb.
#55176
1   2
referat 5977 (2)

MM qərargahlarında aşağıdakı əsas sənədlər işlənib hazırlanır:

1.Mülki Müdafiənin təşkili və aparılması barədə sərəncam və ya əmr.

2.Mülki Müdafiə planı.

3.İllik planlaşdırma sənədləri.

4.Fövqəladə Hallar Komissiyasının sənədləri.

5.MM qüvvələrinin sənədləri.

6.Təcili məlumatlar cədvəli üzrə hesabat sənədləri.

7.Arayış sənədləri:hesabatlar, sxemlər, arayışlar, aktlar, məlumatlar və s.

Təqdim olunan sənədlərə olan əsas tələblər:

1.Sənədlərin vaxtında düzgün, qısa və aydın tərtib olunması və icraçılara çatdırılması.

2.Sənədlərin tərtibatında qərargah mədəniyyəti və səliqəlik.

3.Sənədlərin məxfilik dərəcəsi:(«xüsusi əhəmiyyətli»;«tam məxfi»;«məxfi»; «xidməti istifadə üçün» və məxfi olmayan sənədlər və s). Sənədin məxfilik dərəcəsi sənədi hazırlayan şəxs tərəfindən sağ tərəfdən, yuxarıda qeyd olunur. 4.Sənədlər yazılı, qrafik formada, səs lentinə yazılmış və fotoşəkilli ola bilər və zəruri nüsxədə hazırlana bilər. Bir neçə ünvana göndərilən sənədlərin nüsxələrinin sayı qərargahda qalan nüsxədə göstərilir. 5.Açıq üsulla göndərilən sənədlərdə ünvanın əvəzinə idarəetmə məntəqələrinin şərti adları yazılır. 6.«Məxfilik dərəcəsinin» aşağı hissəsində sənədin nüsxəsi və tərtib olunma tarixi yazılır. Sənəd bir neçə ünvana göndərilirsə, ümumi ünvan göstərilir və aşağıda bilavasitə hansı ünvana göndərildiyi yazılır. 7.Sənədlərdə olan bütün düzəlişlər, sənədi imzalayan və yaxud onu hazırlayan şəxslərlə razılaşdırılmalıdır.

İş və ya hesabat xəritələrini hazırlayanda qeyd etmək lazımdır:

-məxfilik dərəcəsi;

-nüsxə nömrəsi;

-sənədin adı; -qərargahın yerləşdiyi yer; -sənəd tərtibatının başlanma saatı və tarixi; -sənəd tərtibatının qurtarma saatı və tarixi; -mövcud şərait: -Mülki Müdafiə qüvvələrinin yerləşdiyi rayon(ərazi) ən azı 3 nöqtə ilə, saat əqrəbi istiqamətində; -hərəkət marşrutları ən azı 3 nöqtə ilə, birinci nöqtədə-qüvvələr haradan çıxır, ikinci nöqtədə-marşrut haradan keçir və üçüncü nöqtədə-toplanış yeri və yaxud dağıntı ocaqları; -xəritəni hazırlayan şəxsin vəzifəsi, imzası və soyadı; -xəritənin miqyası. Xəritənin əks tərəfində nüsxələrin sayı, göndərilmə ünvanları, sənədlərin uçotu jurnalında qeydiyyata alınma tarixi və qeydiyyat nömrəsi yazılır. İş və ya hesabat xəritələrini hazırlayanda bu tələblərə əməl olunmalıdır: 1.Düşmən basqınından sonra yaranmış vəziyyəti dəqiq məlumatlara əsaslanmaqla göstərmək. Əgər məlumat dəqiq deyilsə, hökmən onu yenidən dəqiqləşdirərək göstərmək . 2.Yaranmış vəziyyəti topoqrafik və qısaldılmış işarələrlə yazmalı(xəritənin topoqrafik əsasını qaralamadan). 3.İşarə və yazıların ölçüləri xəritənin miqyasına və tövsiyəyə uyğun olmalıdır. 4.Nizamnamədə qeyd olunmayan işarələr başqa formada yazılmalı və əlavə şərti işarələrdə göstərilməlidir. 5.Rənglər nizamnamədə olduğu kimi yazılmalıdır. 6.Kəşfiyyat xilasetəmə, yanğına qarşı, ərzaq və sənaye təminatı, heyvanları mühafizə, dəniz nəqliyyatı MM qüvvələri–qırmızı, qalan qüvvələr və yazılar-qara rənglə yazılmalıdır. 7.Xəritədə əyaniliyə nail olmaq məqsədilə müəyyən işarələr xəritədə göstərilmiş rəngə uyğun qatı(tünd) xətlərlə(hərflərlə) yazılır. 8.Xəritədə işləyərkən işi tezləşdirmək üçün əlavə əlaltı vasitələrdən istifadə edilir. 9.Şərait və qərarlar obyekt rəhbərlərinin, MM qərargahlarının rəislərinin iş xəritələrində tam şəkildə göstərilir. Bütün sənədlər məxfi sənədlərin mövcud əsasnaməsinə uyğun olaraq göndərilir və saxlanılır.



Xidmət rəisləri, kiçik şöbə və qərargah işçiləri öz xəritələrində onlara bilavasitə aid olan şərait və qərarları göstərirlər. Nəticə: MM qərargahlarının vəzifələri fasiləsiz olaraq genişlənir və onların rolu daim artır. Bu günbəgün məhdudlaşan vaxt amilindən, iş həcminin artmasından və onun idarə olunmasının çətinləşməsindən irəli gəlir. Bu isə, işçilərin savadlı, intizamlı və yığcam olmalarını, əsas diqqəti hansı tədbirə yönəldəcəklərini bilmələrini və nəhayət, işin məqsədi ardıcıllıqla aparılmasını tələb edir.
Yüklə 117,74 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin