Diqqət: Müəllif və tərcüməçi hüququ qorunur!



Yüklə 0,78 Mb.
səhifə16/27
tarix21.04.2017
ölçüsü0,78 Mb.
#15067
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

Məsciddə alver etmək



295- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Kiminsə məsciddə alverlə məşğul olduğunu gödüyünüz zaman ona deyin: Allah ticarətini faydalı-səmərəli etməsin.318
21/8

Məsciddə meyid namazı qılmaq



296- Əl-Kafi: Əbu Bəkr ibn İsa ibn Əhməd Ələvi rəvayət edir: Məsciddə idim. Bu zaman oraya bir cənazə gətirdilər. Mən ona namaz qılmaq istədikdə, İmam Kazim (əleyhis-səlam) yanıma gılib, əlini sinəmə qoyaraq məni məsciddən çıxana qəbər itələyib, apardı. Və buyurdu: Ey Əbu Bəkr! Məsciddə meyid namazı qılınmaz.319
22/8

Məsciddə hədd icra etmək (günahkarları cəzalandırmaq)



297- Sünəni-İbn Macə: Əmr ibn Şüeyb babalarının vasitəsilə nəql edir: Allahın elçisi (səlləllahu əleyhi və alih) məsciddə hədd icra etməyi (günahkarları cəzalandırmağı) qadağan etmişdir.320

298- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Günahkarları məscidlərdə cəzalandırmaq olmaz.321

23/8

Digər məkruh olan əməllərin toplumu


299- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Məsciddə qılınclar qınından çıxmaz və oxlar atılmaz. Allaha and içilməz. Yarım günlük istirahət etmək istəyən qonaqlara mane olmaq olmaz. Məscidlər nəqqaşlıq olunmuş və şüşə ilə bəzədilmiş bina şəkilində tikilməz. Ümumiyyətlə, məscidlər əmin-amanlıq məkanıdır. Səxavət və kəramətlə şərəf tapmışdır.322

300- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Bəzi işlər məscidə layiq deyil: Məscidi keçid yoluna çevirmək və orada qılınclar qınından çıxarmaq olmaz... orada günahkarları cəzalandırmaq qadağandır. Orada kimdənsə qisas almaq olmaz. Məscidi bazar etmək yasaqdır.323

301- İmam Əli (əleyhis-səlam): Allahın rəsulu (səlləllahu əleyhi və alih) məsciddə günahkarları cəzalandırmağı, uca səslə danışmağı, itirdiyini tapmaq üçün elan verməyi, qılıncları qınından çıxarmağı, ox atmağı, alver etməyi, qiblə tərəfdə silah asmağı və nizə düzəltməyi qadağan etmişdir.324

302- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Körpə uşaqları və dəlilərinizi məsciddən uzaqlaşdırın. Məsciddə ticarət etməyin.325

303- Əl-Kafi: Məhəmməd ibn Müslim rəvayət edir: İmam Baqir (əleyhis-səlam) (ya İmam Sadiq (əleyhis-səlam) ) buyurdu: Peyğəmbər (səlləllahu əleyhi və alih) məsciddə qılınc cəkməyi, nizə düzəltməyi qadağan etdi. O Həzrət (səlləllahu əleyhi və alih) buyurdu: Şübhəsiz, məscidlər belə işlər üçün deyil, başqa məqsədlər üçün inşa edilmişdir.326

304- Sünəni-Əbi Davud: Əmr ibn Şüeyb babalarından belə nəql edir: Allahın rəsulu (səlləllahu əleyhi və alih) məsciddə alver etməyi, itirilən şeylər üçün elan verməyi və şer oxunmasını qadağan etdi.327

305- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Allah-Təala mənə belə vəhy etdi: Ey peyğəmbərlərin və xalqa xəbərdarlıq edənlərin qardaşı! Ümmətinə xəbərdarlıq et! Onlardan hər kimsə, mənim bəndələrimdən birinin haqqı boynunda olduğu halda mənim evlərimdən (məscidlərdən) heç birinə daxil olmasın. Çünki ona qarşımda namaz qıldığı halda da olsa, nə qədər ki, mənim bəndəmin haqqını qaytarmayıb, nifrin (qarğış, bəddua) edərəm. Amma bəndəmin haqqını ödəsə, onun eşıdən qulqları, görən gözləri olaram. O, mənim dostlarım və seçilmiş yaxınlarımdan birinə çevrilər. Və behiştdə peyğəmbərlər, siddiqlər (düzgün əməlli və doğru danışan, sədaqətli insanlar), şəhidlər və saleh əməlli insanlarla birgə mənim qonşum olar.328

306- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Allah-Təala peyğəmbərlərin-dən birinə belə vəhy etdi: Nə üçün bəndələrim günahkar qəlbləri, pak olmayan əlləri ilə mənim evlərimə (məscidlərə) daxil olurlar. Mənə lovğalıqmı edirlər? Yoxsa məni aldatmaqmı istəyirlər? İzzət və şərəfimə and olsun, onları elə bir bəlaya mübtəla edərəm ki, dözümlü və səbirli şəxs belə ona tab gətirə bilməz. Belə insanların arasından yalnız qərq olduğu zaman dua edən (tövbə edən) kəslər qurtular və nicat tapar.329

307- İmam Əli (əleyhis-səlam): Allah-Təala Məsih İsa ibn Məryəmə belə vəhy etdi: Bəni-İsrail zadəganlarına de: Mənim evlərimə (məscidlərə) yalnız təmiz qəlblər, məsum baxışlar və günaha bulaşmamış, pak əllərlə daxil olun. Onlara de: Mən bəndələrimdən birinin haqqını tapdalayan heç bir kəsin duasını (nə qədər ki onun haqqını əta etməyib,) qəbul etməyəcəyəm.330

C- Məciddə haram olan əməllər



24/8

Məscidi murdarlamaq


308- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Məscidlərinizi hər cür natəmizlikdən uzaq saxlayın.331

309- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Agah olun! Məscidlər nəcis və murdara uyğun deyildir. Məscidlər yalnız Allahı yada salmaq, namaz və Quran oxumaq üçündür.332

25/8

Cənabətli və heyzli şəxsin məsciddə dayanması


Qurani-Kərim: Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cünub olduğunuz zaman -yol ötən müsafirlər müstəsnadır- qüsl edənədək namaza (namaz qılınan yerlərə) yaxınlaşmayın.333
310- İmam Əli (əleyhis-səlam): Yol ötən müsafirlər müstəsnadır” ayəsini şərh edərkən; ) məqsəd budur ki; cənabətli şəxs məsciddən keçib-gedə bilər, amma orada otura bilməz.334

311- İmam Baqir (əleyhis-səlam): (Həmin ayənin şərhi zamanı) Məqsəd budur ki; cənabətli olan halda namaz qılınan yerlərə (məscidlərə) yalnız keçib-getmək surətilə daxil olun.335

312- İləlüş-şəraye: Zürarə və Məhəmməd ibn Müslim belə rəvayət edir: İmam Baqirə (əleyhis-səlam) dedim: Heyzli və cənabətli şəxs məscidə daxil ola bilərmi?

Buyurdu (əleyhis-səlam): Heyzli və cənabətli şəxs, keçib-getmək məqsədi istisna olmaqla, başqa heç bir niyyətlə məscidə daxil ola bilməz. Allah-Təala buyurur: Cünub olduğunuz zaman -yol ötən müsafirlər müstəsnadır- qüsl edənədək namaza (namaz qılınan yerlərə) yaxınlaşmayın.336



313- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Heç bir cənabətli və heyzli şəxsə məscidə daxil olmaq olmaz.337

314- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Allah-Təala mənim üçün üç xüsusiyyəti bəyənilməmiş saydı. Mən də, övladlarımın arasında olacaq özümdən sonrakı canişinlərimə və onların ardıcıllarına bu xüsusiyyətləri bəyənilməmiş sayıram ... (onlardan biri də,) məscidə cənabətli halda daxil olmaqdır.338

315- İmam Bqair (əleyhis-səlam): Cənabətli və heyzli şəxs ... keçib-getmək məqsədilə məscidə daxil ola bilər. Lakin orada otura bilməz. Və iki daha əzəmətli, hörmətli məscidlərə yaxınlaşmamalıdır.339

316- İmam Baqir (əleyhis-səlam): Hər kim Məscidül-həramda və ya Məscidün-Nəbidə yata və yuxuda ikən boynuna cənabət qüslü gələ, təyəmmüm etməlidir. O, məscidi tərk edərək qüsl almadan, orada təyəmmümsüz hərəkət edə bilməz. Heyzli qadın da, belə etməlidir. Başqa məscidlərdə isə orada oturmasalar, kecib gedə bilərlər.340

317- İmam Sadiq (əleyhis-səlam): Boynunda cənabət qüslü olan şəxs, bütün məscidlərdən (orada oturmamaq şərtilə) keçib-gedə bilər. Lakin Məscidül-həram və Məscidün-Nəbidə isə buna icazə verilmir.341
26/8

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin