12
GİRİŞ
Təhsilin idarə olunması ümumi
idarəetmə elmində for-
malaşdırılmış nəzəriyyələrdən faydalanaraq, təhsildə ida-
rə çilik fenomenlərini anlamağa və açıqlamağa çalışır. Bu
səbəbdən təhsilin idarə edilməsini anlamaq üçün, əvvəlcə
ümumi idarəetmə anlayışını bilmək lazımdır. İdarə olunma
və ya idarəetmə ifadəsi iki mənalıdır. Misal üçün, məktəb
idarəetməsi dedikdə, direktor və direktor muavini kimi ida-
rə çilik vəzifələri başa düşülür.
Belə ifadə statik, yəni durğun
ifadədir. Digər tərəfdən, idarəçilik işin yerinə yetirilməsində
doğruluğu vurğulamaqdadır ki, bu, proseslə bağlı anlayış-
dır. Bu səbəbdən proses anlayışı dinamik ifadədir. İdarəçi-
liyin əsas faktorları şəkil 1-də verilmişdir.
Şəkil 1. İdarəetmənin əsasları (Özdemir, 2018: 41).
İdarə olunma və ya idarəetmə konsepsiyası Simon,
Smith burg və Thomp son (1950) tərəfindən
“müştərək məq-
səd lərə çatmaq üçün əməkdaşlıq edən in sanların fəaliyyəti” kimi
izah olunur. Burada vurğulanan nöqtələr müştərək məqsəd
və əməkdaşlıqdır. Müştərək məqsəd, insanları bir
araya gə-
tirən əsas faktordur. Misal üçün, məktəblərdə eyni fənni
13
tədris edən müəllimlər tərəfindən qruplar formalaşdırılması
müştərək məqsədləri həyata keçirmək üçün bir yerdə olan
insanların bir araya gəlməsidir. Digər tərəfdən isə əməkdaş-
lıq müştərək məqsəd üçün bir yerdə olan şəxslərin məqsə-
din həyata keçməsinə töhfə vermələrinin
sintez şəklində
bütünləşdirilməsi mənasını daşıyır. Misal üçün, məktəbdə
təşkil olunan bir tədbir proqramında məsul şəxs, müəllim
və şagirdlər əməkdaşlıq edərək onu həyata keçirirlər.
Təhsilin idarə olunması isə bütün təhsil səviyyələrində və
xüsusən də məktəblərdə idarəetmə elminin ümumi prinsip-
lərinin tətbiqi prosesini əhatə edir.
Təhsilin idarə olunma-
sının əhatə etdiyi mövzular və hadisələr ümumilikdə təhsil
elmləri və xüsusən də məktəb idarəçiliy və təşkilatlanması
ilə əlaqədardır (Oplatka, 2010). Beləliklə, təhsilin idarə
olunması bir elm kimi effektiv təhsil proqramı hazırlamaq
və həyata keçirmək üçün məktəblə əlaqəli kadrların koor-
dinasiyası və liderliyini tələb edən, bir məktəb sistemində
təhsil siyasətinin həyata keçirilməsinə cavabdeh
olan bir
sahədir (Paulsen, 1957). Başqa sözlə, idarəetmə cəmiyyətin
təhsil ehtiyaclarını ödəmək üçün qurulan təhsil təşkilatı-
nın əvvəlcədən təyin olunmuş məqsədlərini reallaşdırmaq,
təhsil təşkilatlarını müəyyən edilən məqsədlərə çatmaq
üçün insan və maddi-texniki baza ilə təmin edərək onlar-
dan səmərəli istifadə etmək prosesidir (Başaran, 1996: 12;
Taymaz, 2011: 20).
Təhsilin idarə olunması tədqiqat və peşə praktikasını
əhatə edən bir sahədir. Tədqiqat sahəsi olaraq,
təşkilati qu-
ruluş, liderlik və qərar qəbuletmə kimi bir çox məsələlərə
14
diqqət yetirir. Praktika sahəsi olaraq, ibtidai məktəb, orta
məktəb, universitet və digər təhsil müəssisələrinin rəhbər-
ləri üçün inkişaf sahəsidir (Balmores, 1988).
Təhsilin idarə olunması üç idarəetmə və təşkilati düşün-
cə məktə bin dən təsirlənmişdir:
bunlar Max Weber, Frederi-
ck Taylor, Henri Fayol, Ulick və Gurwick əsərləri ilə
klassik
məktəb, Elton Mayo, Frederick Herzberg,
Douglas McGre-
gor, Chris Argyris, və Rensis Likertin fəaliyyətlərinin yer
araldığı
neoklassik və ya davranışçı məktəb və Amitai Etzioni,
Talcott Parsons, Robert Merton, David Easton, Getzels ve
Gubanın
işlərini əhatə edən
Dostları ilə paylaş: