Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə5/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   2   3   4   5   6   7   8   9   ...   66
Direktorun el kitabi A5 21 04 2021

 sistem məktəbidir.
Hər şeydən əvvəl Taylorun elmi idarəetmə hərəka-
tı, Fayolun “ümumi idarəetmə prinsipləri” və Weberin 
“bürokratiya” tədqiqatları təhsilin idarə olunmasına təsir 
etdi və təhsildən kənarda inkişaf etdirilən bu nəzəriyyələr 
məktəblərə və universitetlərə tətbiq edildi (Bush, 2011). 
Elmi idarəetmə hərəkatı, əsasən pozitivist paradiqmanın 
təşkilata, rəhbərliyə, insanlara və işə əks olunmasıdır (Şim-
şek, 1997). Rasionallığı və səmərəliliyi vurğulayan elmi 
idarəetmə hərəkatının məktəblərə təsiri ilə uşaqlar “xam-
mal” və “məhsul”, müəllimlər “işçilər”, məktəblər fabriklər, 
məktəb direktorları məhsuldarlıq mütəxəssisi kimi qəbul 
olunmağa başladılar (Harkin və Elliot, 1972; Bursalıoğ-
lu, 2005). 1930-cu illərdə qeyri-rəsmi münasibətlər insan 
münasibətləri yanaşması ilə nəzərdən keçirildi və işçilərin 
sosial və psixoloji davranışları təhlil edildi. Sosioloq Mayo-
nun rəhbərliyi ilə başlayan bu tendensiya ilə təhsilin idarə 
olunmasında “demokratik liderlik”, “qeyri-rəsmi təşkilat” 


15
və “ünsiyyət” kimi terminlər yer almağa başladı (Harkin 
və Elliot, 1972).
Tarixi inkişaf yolunda elmləşmə prosesini davam etdirən 
təhsilin idarə olunmasının müasir dövrdə dörd əsas özünə 
xas sahəsi vardır. Bunlar siyasət, tədqiqat, tətbiqetmə (prak-
tika) və nəzəriyyədir. Bir elm sahəsinin əsas vəzifəsi bu sahə-
dəki hadisələri izah etməyə xidmət edəcək nəzəriyyələr or-
taya qoymaqdır. Nəzəriyyəsiz elm ola bilməz. Nəzəriyyələr 
təsadüfi ümumiləşdirmələr deyil, məntiqi cəhətdən tutarlı, 
səbəb-nəticə əlaqələrini təfərrüatı ilə müəyyən edən və əqli 
proseslər tərəfindən təsdiqlənə bilən ümumiləşdirmələrdir. 
Eyni zamanda, nəzəriyyələr hadisələrin zahiri görünüşünü 
və asılılığını aydınlaşdırmaqla yanaşı, hələ məlum olmayan 
gələcək hadisələrin elmi proqnozlarını verməyə də imkan 
yaradır (İslamoğlu, 2009). Digər vacib bir konsepsiya olan 
tədqiqat müəyyən bir problemə etibarlı həll yolları axtarmaq 
üçün məlumatların planlı və sistemli şəkildə toplanması, 
təhlili, təfsiri və hesabatıdır (Karasar, 2009). Təhsilin idarə 
olunmasının digər vacib tərəfi olan tətbiqetmə hər hansı bir 
sahədə nəzəri bilik, prinsip və ya ideyaların həyata keçiril-
məsidir. Beləliklə, təhsildə 
nəzəri bilikləri formalaşdıraraq, 
bu nəzəri biliklər əsasında
 tədqiqat apararaq, əldə edilən nə-
ticələri
 tətbiq edərək təhsil siyasəti müəyyənləşdirilir.
Hər bir tətbiqi sahədə olduğu kimi təhsilin idarə olun-
masında da etik və əxlaqi mövzular vacibdir. Burada nəzər-
dən keçirilməli olan ən vacib məqam etik nəzəriyyə qurmaq 
deyil, nəzəriyyəçilər tərəfindən çoxölçülü strukturlarda in-
kişaf etdirilmiş etik kodları praktikada rəhbərlərin işlərini 


16
və iş mühitlərini etik baxımdan yerinə yetirmələrinə kömək 
edəcək şəkildə vurğulamaqdır. Bu nöqtədə bir-biri ilə sıx 
əlaqədə olan və məktəblərdə etik və əxlaqi dəyərlər çərçi-
vəsində əlaqələri qurmaq üçün vacib bir standartı təqdim 
edən üç anlayışa yer verilmişdir:
TƏNQİDİ ETİKA
Cəmiyyətdəki müxtəlif fərdlərin və qrupların ehtiyacları 
ziddiyyət təşkil etdiyindən tənqidi etika yanaşması sosial 
həyata yönəlib. Tənqidi etika yanaşmasına təhsil tərəfindən 
baxanda məktəblər etik olmayan nəticələrin mənbəyidir. 
Təhsil idarəçiləri məktəblərdə bərabərsizliklə qarşılaşdıq-
da etik sərhədləri/maneələri tanımalıdırlar. Çünki var olan 
sərhədlər haqsızlıqları üzə çıxarır və bəzi qruplara daha çox 
üstünlük verir.
ƏDALƏT ETİKASI
Məktəblərin həm ictimai rifaha, həm də məktəb daxilin-
dəki şəxslərin hüquqlarına xidmət etməsinin lazım olduğu-
nu vurğulayır. Həm fərdin, həm də cəmiyyətin üstünlük-
lərini anlamaq praktikada ədalətin bütün aspektlərini başa 
düşmək üçün vacibdir.
ƏHƏMİYYƏT ETİKASI
Bu etik yanaşma insanlara sadiq olmağı tələb edir. 
Bu, hüquqlarını qəbul etməyi, onlara hər cəhətdən açıq 
olmağı, hörmət etməyi və təsirli ünsiyyət sayəsində qarşı 
tərəfi şəxsiy yətyönlü fərqliliklərini rahat şəkildə göstərməyə 
təşviq etməyi əhatə edir.


17
İfadə edilən etik yanaşmalar, təhsilin idarə olunması-
nın effektivliyi, davamlılığı və keyfiyyətliliyi üçün vacib-
dir. Belə ki, insanın fiziki və zehni formalaşmasının əsası 
məktəblərdə reallaşdırılır. Bu etik çərçivələr əsasında onlara 
qarşı olan yanaşma cəmiyyətin iqtisadi və sosial inkişafında 
davamlılığa müsbət töhfə verir (Starratt, 1991). 
Muasir dövrdə təhsilin idarə olunması sahəsində əsas və-
zifə məktəb direktor larının öz məsuliyyətlərini bilməsidir. 
Bu məsuliyyətləri icra etmək üçün məktəb direktorlarına 
lazım olan məlumat və bacarıqlar yeddi başlıq altında verilə 
bilər:
1. Təhsilə sosial və mədəni təsirləri analiz etmək və bil-
mək bacarığı;
2. Müəllim profili və təlim prosesini bilmək;
3. Təşkilati işlər;
4. Liderlik və idarəetmə prosesləri;
5. Təhsil siyasəti;
6. Təhsilin hüquqi və etik tərəfləri;
7. Təhsilin iqtisadi və maliyyə tərəfləri (Hoy, 1994).
Məktəb kontekstində təhsil idarəçilərinə yüklənmiş mə-
suliyyətlər ölkələrə və məktəblərin səviyyələrinə görə də-
yişir. Azərbaycan Respublikasında xüsusilə təhsil siyasəti 
və təhsilin iqtisadi tərəfləri mərkəzləşmiş qərarvermə əsaslı 
olduğundan məktəb kontekstində təhsilin idarə olunması 
daha çox təşkilati işlər, məktəbin maraqlı tərəfdaşları ilə 
əlaqələr, etik tərəflər və təhsilalanların bilik və bacarıqla-


18
rına təsir edən amillərə mikro səviyyəyə uyğun liderlik və 
idarəetmə prosesləridir.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin