795) İrinli proseslərdən hansının sərhədləri dəqiq, səthi məhdudlaşmış olur?
A) Abses
B) Limfadenit
C) Osteomielit
D) Periostit
E) Fleqmona
Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 58
796) Periostitin müalicəsi hansı yolla aparılır?
A) Pulpanın ekstirpasiyası
B) Pulpanın amputasiyası
C) İrinin təmizlənməsi
D) UFŞ
E) Cərrahi müdaxilə
Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 55
797) Osteomielitin formaları hansılardır?
A) Kəskin, xronik və xronik prosesin ağırlaşmış forması
B) Kəskin, xronik
C) Kəskin, xronik, ağır
D) Kəskin, ağır, yüngül
E) Yalnız xronik
Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 57
798) Dişin çıxarılması mərhələləri hansılardır?
A) Kəlbətinin diş üzərinə qoyulması, traksiya, rotasiya, dişin şıxarılması
B) Kəlbətinin diş boynu üzərinə qoyulması, diş ətinə yeridilməsi, fiksasiya, lüksasiya və rotasiya, traksiya
C) Fiksasiya, dişin çıxarılması, traksiya
D) Dişin laxladılması
E) Dişin laxladılması və çıxarılması
Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 37
Dostları ilə paylaş: |