214) Ştamplanmış qapağın hazırlanmasının neçə kliniki mərhələsi var?
A) 5
B) 6
C) 2
D) 3
E) 4
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 137
215) Süni qapaq nəyə deyilir?
A) Dişdə sement vasitəsi ilə bərkidilən və onun anatomik formasını bərpa edən qapağa
B) Çıxmayan protezə
C) Taxmaya
D) Dişi zədələnmədən qoruyan qapağa
E) Bir neçə diş üzərinə hazırlanan çıxan protezə
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 136
216) Dayaq-tutucu klammerli körpüvari protez nəyə aiddir?
A) Çıxmayan körpüvari protezə
B) Çıxan körpüvari protezə
C) Çıxan hissəvi protezə
D) Konsol körpüvari protezə
E) Bügel protezinə
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 180-183
Dostları ilə paylaş: |