332) Konstruksiyasına görə ortodontik aparatın neçə növü var?
A) Ağızdaxili, ağızdankənar, qarışıq
B) Kappa, lövhəli, karkaslı, qövslü
C) Çıxan, çıxmayan, qarışıq
D) Çıxmayan, mexaniki, qarışıq
E) Mexaniki, funksional, qarışıq
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 314
333) Engl stasionar qövsünün müalicə zamanı fəallaşması necə gedir?
A) Rezin dartılar dəyişdirilir
B) Boşaldılır
C) Sıxılır
D) Vintlər sıxılır
E) Qövs dəyişdirilir
Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh 48
334) Südəmər dövr hansı yaşə əhatə edir?
A) 10 ayına qədər
B) 8 ayına qədər
C) 6 ayına qədər
D) 2,5-3,5 həftəyə qədər
E) 1 yaşına qədər
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 15
335) İnsanda ilk süd dişlərinin çıxması neçə aylıqda baş verir?
A) 7-8 ay
B) 8-10 ay
C) 1 yaş
D) 6-8 ay
E) 20-30 ay
Ədəbiyyat: R.B.Mirzəyev .”Terapevtik Stomatologiya”.Bakı-1982”Maarif” nəşriyyatı.səh 16
336) Süd dişlərinin çıxması 6-8 aylıqda başlayır. Bu proses hansı yaşda başa çatır?
A) 2,5-3 yaş
B) 3-6 yaş
C) 3,5-4 yaş
D) 1,5-2 yaş
E) 2-3 yaş
Ədəbiyyat: R.B.Mirzəyev .”Terapevtik Stomatologiya”. Bakı-1982. ”Maarif” nəşriyyatı.səh 15
Dostları ilə paylaş: |