337) Engl qövsü təsirinə görə hansı aparatlara aiddir?
A) Passiv təsirli aparatlara aiddir
B) Mexaniki
C) Funksional
D) Kombinəedilmiş
E) Retensiyaedici
Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh 49
338) Uşaqlarda II azı dişləri nə zaman çıxır?
A) 16-20 ay
B) 8-12 ay
C) 6-8 ay
D) 20-30 ay
E) 12-14 ay
Ədəbiyyat: R.B.Mirzəyev .”Terapevtik Stomatologiya”. Bakı-1982”. Maarif” nəşriyyatı. səh 16
339) Engl qövsünün müalicə zamanı fəallaşdırılması necə aparılır?
A) Qövsün təyinatından asılı olaraq radiusu böyüdülür
B) Radiusu böyüdülür
C) Qövsün təyinatından asılı olaraq radiusu kiçirdilir
D) Qövsün təyinatından asılı olaraq radiusu böyüdülür və ya kiçirdilir
E) Radiusu kiçirdilir
Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh 48
340) Neçə istiqamətdə dişləm anomaliyaları mövcuddur?
A) 4
B) 3
C) 7
D) 5
E) 6
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 42-47
Dostları ilə paylaş: |