171) Düzgün hazırlanmış süni qapağın uzunluğu haraya qədər olmalıdır?
A) Diş əti cibinə 1,0 mm daxil olmalıdır
B) Damaq səthi ilə eyni səviyyədə olmalıdır
C) Diş əti cibinə 0,2 mm daxil olmalıdır
D) Dişin ekvatoruna qədər olmalıdır
E) Damaq səthinə qədər çatmalıdır
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 141
172) Tacın tamlığının pozulmasında ştiftli dişlər nə zaman hazırlanmır?
A) Yalnız aşağı çənənin dişlərinə
B) Kiçik azı dişlərə
C) Aşağı mərkəzi və yan kəsici dişlərə
D) Yuxarı çənənin mərkəzi dişlərə
E) Köpək dişlərə
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 149
173) Aşağıda adları çəkilənlərdən hansı tökmə yolu ilə hazırlanmış güdüllü ştiftli taxmaların ştiftli dişlərdən üstünlüklərinə aid deyil?
A) Onları ön və yan dişlər qruplarının köklərinə fiksasiya etmək olar
B) İlkin konstruksiya söküldükdə yenidən istifadəsi mümkündür
C) Onları kökün divarları çox dağıldıqda hazırlamaq mümkün deyil
D) Patoloji sürtülmə zamanı diş taclarının hündürlüyünü onlarla bərpa etmək olar
E) Tam tökmə olduğundan onlar möhkəmdir və köklərin kanallarında daha yaxşı fiksasiya olunurlar
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 79,80,86
Dostları ilə paylaş: |