231) Tam qapağın hazırlanmasında buraxıla bilən səhvlərə nə aid deyil ?
A) Qapaqların əks çənənin dişləri və qonşu dişlərlə normal qarşılıqlı təmasda olması
B) Qapağın diş əti cibinə 0,3-0,5 mm-dən çox keçməsi və eləcə də ona çatmaması
C) Qapağın dişləmi qaldırması
D) Qapağın estetik təlabata cavab verməməsi
E) Qapağın qabarlarının kəskin modelləşdirilməsi
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 125
232) Hansı variant çıxmayan protez hazırlanmasının laborator mərhələsinə aid deyil?
A) Cilalama
B) Okklüziyanın təyini
C) Qaynaq
D) Polimerləşdirmə
E) Ştamplama
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 138
Dostları ilə paylaş: |