5
2.5.3. Tətbiqi əhəmiyyəti olan dissertasiyada iddiaçının əldə etdiyi elmi nəticələrin
praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyəti olan dissertasiyada isə elmi
nəticələrdən istifadə ilə əlaqədar tövsiyələr göstərilməlidir.
2.6. İstifadə edilmiş ədəbiyyat siyahısı
2.6.1. İstifadə edilmiş ədəbiyyat siyahısında “İstifadə edilmiş ədəbiyyat siyahısı”
sözləri başlıq kimi göstərilir və nömrələnmir.
2.6.2. İstifadə edilmiş ədəbiyyat siyahısında əvvəlcə Azərbaycan dilində, sonra isə
türk, rus, ingilis, fransız, alman, ərəb və s. dillərdə olan mənbələr hər bir dilə
uyğun əlifba sırası ilə düzülür və ardıcıl olaraq nömrələnir.
2.6.3. İstifadə edilmiş ədəbiyyat siyahısında, əsasən son 10 ildə nəşr edilmiş
ədəbiyyatlar öz əksini tapmalıdır.
2.6.4. Biblioqrafik məlumatlar əlifba sırası ilə müəllifin soyadı, adı, atasının adı və
ya nəşrin adı ilə verilir.
2.6.5. Dissertasiyada istifadə olunan mənbələrin biblioqrafik təsvirində
aşağıdakı şərti işarələrdən istifadə edilir:
. nöqtə
, vergül
- defis
– tire
: qoşa nöqtə
/ çəpəki xətt
// qoşa çəpəki xətt
( ) mötərizə
[ ] kvadrat mötərizə
2.6.6. İstifadə edilmiş ədəbiyyat siyahısında ədəbiyyatın biblioqrafik təsviri bu
Qaydaya Əlavə 4.1 ilə nəzərdə tutulan nümunələrə uyğun tərtib edilir.
Dostları ilə paylaş: