Dissertasiyanin təRTİBİ


 Dissertasiyanın əsas məzmunu (fəsil, paraqraf, bənd)



Yüklə 386,36 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix02.01.2022
ölçüsü386,36 Kb.
#46241
1   2   3   4   5   6   7   8   9   ...   20
Dissertasiyanın tərtib qaydası1

2.4. Dissertasiyanın əsas məzmunu (fəsil, paraqraf, bənd) 

2.4.1. Dissertasiyanın əsas məzmunu fəsillərə və paraqraflara bölünür. Dissertasi-

yanın paraqrafları bəndlərə də bölünə bilər. 

2.4.2. Dissertasiyanın hər bir fəsli rum rəqəmi ilə nömrələnir. Məsələn, I Fəsil; II Fəsil 

və s. 

2.4.3. Dissertasiyanın  fəsilləri yeni səhifədən başlanmalıdır. 



2.4.4.  Fəsillər  daxilində  paraqraflar  ardıcıl  olaraq  ərəb  rəqəmləri  ilə  nömrələnir. 

Paraqrafın nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin və paraqrafın nömrəsindən 

ibarətdir.  Nömrənin  sonunda  nöqtə  işarəsi  qoyulur.  Məsələn,  2.5.  –  yəni  ikinci 

fəslin beşinci paraqrafı. 

2.4.5.  Paraqraf  daxilində  bəndlər  olduqda  onlar  ardıcıl  olaraq  ərəb  rəqəmləri  ilə 

nömrələnir.  Bəndin  nömrəsi  bir-birindən  nöqtə  ilə  ayrılan  fəslin,  paraqafın  və 

bəndin nömrəsindən ibarətdir. Nömrənin sonunda nöqtə işarəsi qoyulur. Məsələn, 

2.5.1. – yəni ikinci fəslin beşinci paraqrafının birinci bəndi. 

2.4.6.  Fəsillərin  adları  mətndən  üç  intervalla,  paraqraf  adları  isə  mətndən  iki 

intervalla ayrılır. 

2.4.7. Fəsillərin adları mətnə simmetrik şəkildə, böyük hərflərlə, tünd qara rənglə, 

paraqrafların adları isə abzasdan sətri hərflərlə (birinci hərf istisna olmaqla) tünd 

qara rənglə yazılmalıdır.  

2.4.8.  Fəsillərin  adlarının  yazılışında  sözlərin  hecalara  bölünərək  sətirdən-sətrə 

keçirilməsinə yol verilmir. Fəsil və paraqrafların adlarının altından xətt çəkilmir və 

sonunda nöqtə qoyulmur.  

2.4.9.  Fəsil  və  paraqrafların  adları  iki  və  ya  daha  çox  сümlədən  ibarət  olduqda, 

onların arasında nöqtə qoyulur.  




Yüklə 386,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin