2.11. Formullar (tənliklər)
2.11.1.Dissertasiyanın mətnində formulların (tənliklərin) sayı birdən çox
olduqda ardıcıl nömrələnir.
2.11.2. Formulların (tənliklərin) nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin,
paraqrafın və formulun ardıcıl nömrələrindən ibarətdir.
2.11.3. Formulların (tənliklərin) nömrəsi onunla bir səviyyədə səhifənin sağ
tərəfində mötərizənin içində yazılır. Məsələn, (3.1.2) – yəni, üçüncü fəslinbirinci
paraqrafının ikinci formulu (tənliyi).
2.11.4. Formulda (tənlikdə) rast gəlinən simvolların mənası və ədədi əmsalların
izahı, onların formuldakı (tənlikdəki) yerləşmə ardıcıllığı nəzərə alınraq,
dissertasiyanın mətnində formuldan (tənlikdən) sonra və ya bilavasitə formulun
(tənliyin) altında verilir. İzahatın birinci sətri “burada” sözündən başlamalıdır.
Hər bir simvolun mənası və ədədi əmsalın izahı yeni sətirdə yerləşdirilir.
2.11.5. Formullar (tənliklər) mətndən intervalla ayrılır. Hər formulun üstündə və
altında bir, zəruri hallarda isə iki interval saxlanılır. Formul (tənlik) bir sətrə
yerləşmədikdə, onun ardı bərabərlik (=) və ya üstəgəl (+), çıxma (-), vurma (x),
bölmə (:) işarələrinin hər hansı birindən sonra yeni sətrə keçirilir. Bu halda
növbəti sətrin başlanğıcında müvafiq işarə təkrar yazılır.
Dostları ilə paylaş: |