SÜNNİLƏRİN ƏSHABƏLƏRƏ MÜNASIBƏTİ
Yuxarıda göstərilənlər şiələrin Rəsulullah səlləllahü əleyhi və səlləmin risalətini bütün dünyaya təbliğ etmiş, onun ağırlığını öz çiyinlərində daşımış, onu adamlara eşitdikləri kimi çatdırmış böyük əshabələri haqqında fikirləridir. Onlar o adamlar idilər ki, Allah onların əli ilə Rum və Şam diyarlarını, bu məlunların və xəbislərin ölkələrini, Yəmən, Fars ölkələrini fəth etmişdir. Əgər onlar olmasaydı, Islamın bizə məlum olan dövləti və səltənəti olmazdı. Onlar Qüdrət və Cəlal sahibi Allahın bu sözünün təsdiqi olmuşlar: "Allah sizlərdən iman gətirənlərə və xeyir işlər görənlərə vəd etmişdir ki, onları onlardan əvvəlkiləri etdiyi kimi, yer üzündə Öz xələfləri etsin və onlar üçün Özünün qəbul etdiyi dinə imkan yaratsın, onların qorxularını əmin-amanlıqla əvəz etsin".90
Rəsulullah əleyhissəlam onlar haqqında demişdir: "Əshabələrimi söyməyin. Sizin biriniz Ühüd dağı boyda qızıl da xərcləsə, bu nə onların etdiyinə, nə də onların etdiyinin yarısına bərabər ola bilər".91
Əleyhissəlam daha sonra demişdir: "Ulduzlar səmanın təhlükəsizliyinə zəmanətdir, əgər ulduzlar olmasa, səmaya onun üçün təhlükəli olan şey gələr; mən əshabələrimin təhlükəsizliyinin təminatçısıyam, mən olmasam, onlara təhlükə üz verər; əshabələrim ümmətimin təhlükəsizliyinin təminatçısıdır, onlar olmasa, ümmətimə təhlükə üz verər".92
Əleyhissəlam onların fəzilət və şərəfini belə bəyan etmişdir: "Mənim əshabələrim arasında elə birisi yoxdur ki, Qiyamət günü dirilib öldüyü torpağa nur və başçı olmasın".93
Səlləllahü əleyhi və səlləm həmçinin demişdir: "Əshabələrimi söyən adamları görəndə deyin ki, sizin şərinizə Allah lənət etsin!".94
Əleyhissəlam, Əbu Bəkr (Allah ondan razı olsun!) haqqında demişdir: "Öz dostluğu və malı ilə mənə ən çox xeyirxahlıq edən adamlardan biri də Əbu Bəkrdir".95
Səlləllahü əleyhi və səlləm, Ömər (Allah ondan razı olsun!) haqqında demişdir: "Allah, haqqı Ömərin dilinə və qəlbinə tutub biçmişdir".96
O, onların ikisi barədə demişdir: "Əbu Bəkr və Ömər, peyğəmbərlər və mürsəllərdən sonra, Cənnət əhlinin əvvəlkilərinin və sonrakılarının böyüklərinin iki ağasıdır".97
Əleyhissəlam, Osman (Allah ondan razı olsun!) haqqında demişdir: "Hər bir peyğəmbərin bir yoldaşı olur, mənim yoldaşım, yəni Cənnətdə yoldaşım Osman olacaq".98
Əbdülmüttəlib ibn Rəbiədən rəvayət olunur: "Bir dəfə Abbas qəzəbli halda Rəsulullah səlləllahü əleyhi və səlləmin yanına girdi. Mən də orada idim. Rəsulullah soruşdu ki, niyə qəzəblisən, o dedi: — Ey Rəsulullah, bizimlə Qüreyş camaatı arasında nə baş verib ki, onlar bir-birini görəndə üzləri gülür, bizi görəndə bunun əksi olur? Rəsulullah səlləllahü əleyhi və səlləm elə qəzəbləndi ki, üzü qızardı, sonra dedi: — Ay camaat, əmimi incidən məni incitmiş kimidir, çünki adamın əmisi onun atasının əvəzidir".99
Əleyhissəlam ona və onun oğluna xeyir-dua verib demişdir: "Ay Allah, Abbasın və onun oğlunun zahirdə və batində olan günahlarını sonuncuyadək bağışla! Ay Allah, onu və oğlunu hifz elə!".100
Əbdülmüttəlib ibn Rəbiədən daha bir rəvayət: "Mən Əleyhissəlamdan soruşdum: — Sənin üçün ən sevimli adam kimdir? Dedi: — Aişə. Dedim: — Bəs kişilərdən? Dedi: — Onun atası”.101
Səlləllahü əleyhi və səlləm, Xalid ibn Vəlid (Allah ondan razı olsun!) haqqında deyib: "Xalid Qüdrət və Cəlal sahibi Allahın qılınclarından biri, qəbilənin ən yaxşı gəncidir".102
O, Məhəmməd ibn Məsləmə haqqında demişdir ki, mən heç kəsin fitnəyə düşməsindən Məhəmməd ibn Məsləmənin fitnəyə düşəcəyi qədər qorxmuram... O, Məhəmməd ibn Məsləməyə belə xeyir-dua vermişdir: "Səni görüm fitnədən zərər çəkməyəsən".103
Səlləllahü əleyhi və səlləm, Müaviyə (Allah ondan razı olsun!) haqqında belə söyləmişdir: "Ay Allah, onu insanlara rəhbər edib, özün ona rəhbər ol, onu adamlara nümunə et".104
Əleyhissəlam, Bərra ibn Azib haqqında demişdir: "O qədər dağınıq saçını toz basmış, cındır geymiş adam var ki, Allaha and içsəydi, Allah na bəraət qazandırardı. Onlardan biri də Bərra ibn Azibdir".105
Əleyhissəlam, Abdulla ibn Ömər haqqında deyib: "Abdulla əməlisaleh adamdır".106
Bunlar və başqaları Rəsulullah səlləllahü əleyhi və səlləmin Allahın Öz Kitabında mədh etdiyi əshabələridir. Vəhylə danışan, boş yerə bir söz deməyən Peyğəmbər onları mədh etmiş, onlara həmd-səna etmiş, onların bağışlanmalarına dua etmişdir. Bu, tək-tək adamlara, yaxud bir qrup adama gələn vəhydir. Onların Allah yolunda gördükləri böyük işlərə görə onlara qarşı qəlblərində nifrət, qəzəb və həsəd gizlədən münafiq yəhudilərdən və atəşpərəstlərdən başqa Allahın məsləkində olan və Onun yolunu izləyən hər bir adam da onları mədh edir və onlara həmd-səna edir. Kafirlərin Kitaba və Sünnəyə əməl edən bu mücahidlərə, xüsusən zəfər ordularına sərkərdəlik edib qələbə döyüşçülərini hazırlayan Əbu Bəkrə, Ömərə və Osmana qarşı qəzəbinin həqiqi səbəbi bu idi. Yəhudilər müsəlmanların əlindən xüsusən ona görə yanıqlı idilər ki, müsəlmanlar Peyğəmbər əleyhissəlamın bayrağı altında onların bünövrələrini sarsıtmış, köklərini kəsmiş, rişələrini çıxarıb atmışlar. Bu onların Bəni Qeynüqa, Bəni Nəzir və Bəni Qüreyzədən olan sələflərinin Mədinədə yaşadıqları zaman olmuşdur. Kəramətli Peyğəmbər əleyhissəlamdan sonra isə Ömər Faruq (Allah ondan razı olsun!) zamanında Ömər Rəsulullah səlləllahü əleyhi və səlləmin yəhudilər haqqındakı vəsiyyətini həyata keçirərkən bu, davam etmişdir. Peyğəmbərin vəsiyyəti belə idi: "Yəhudiləri Ərəbistan yarımadasından çıxarın!".107
Ömər Ərəbistan yarımadasını onların çirkabından və hiylələrindən təmizlədi, Rəsulullah səlləllahü əleyhi və səlləmin əmrinə müvafiq olaraq, yəhudilərdən heç birinin Ərəbistan yarımadasında yaşamasına imkan vermədi.
Dostları ilə paylaş: |