QURANIN TƏHRİF OLUNDUĞUNU
“İSBAT EDƏN” ŞİƏ KİTABLARI
Sünnilərin Qurana dair əqidələri, onların alimл-lərinin və böyük adamlarının bu sahədə dedikləri bunlardır. Bunun əksinə olaraq, şiələr təkcə öz imamlarından və məsumlarından buna zidd olan rəva-yətlər və hədislər misal gətirməklə kifayətlənmə-miş, həm də bütün əsrlərdə bu xüsusda "Qurandakı də-yişiklik və təhriflər" adlı müstəqil kitablar yaz-mış, onları bu xəbis əqidənin yayılmasına və özləri ilə olsa, onun dəlillərlə isbatına həsr etmişlər.
Məşhur şiə bioqrafı Tusinin "əl-Fihrist" kita-bında və Nəcaşinin öz kitablarında qeyd etdikləri kimi, şiələrin şeyxi, onlar arasında nüfuz sahibi olan Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi bu mövzuda "Kitab ət-təhrif" adlı kitab yazmışdır.
Nəcaşinin qeyd etdiyinə görə, onun atası Məhəmməd ibn Xalid Bərqi də "Kitab ət-tənzil və ət-təğyir" adlı kitab yazmışdır.
Nüfuzlu şeyx, onların dediyinə görə, hədisdə səhv etdiyinə təsadüf etmədikləri Əli ibn Həsən ibn Füzal bu məsələyə "Kitab ət-tənzil min əl-Quran və ət-təhrif" adlı kitab həsr etmişdir.
Tusinin "əl-Fihrist"də qeyd etdiyi kimi, Məhəmməd ibn Həsən Seyrəfi də bu mövzuda "Kitab ət-təhrif və ət-təbdil" adlı kitab yazmışdır.
Əhməd Məhəmməd ibn Səyyar "Kitab əl-qiraat" adlı kitab yazmışdır. O, "əl-Fihrist"də və Nəcaşinin "ər-Rical"ında qeyd edildiyinə görə, tanınmış şiə təfsirçisi Ibn Mahiyarın müəllimidir.
Həsən ibn Süleyman Hilli "ət-Tənzil və ət-təhrif" kitabını bu məsələyə həsr etmişdir.
Ibn Həccam kimi tanınmış məşhur şiə təfsir-çisi Məhəmməd ibn Əli ibn Mərvan Mahiyarın bu mövzuda "Kitab qiraət Əmirəlmöminin və qiraət Əhl əl-Beyt" adlı kitabı var.
Əbu Tahir Əbdülvahid ibn Ömər Qümminin bu möv-zuda "Qiraət Əmirəlmöminin" adlı kitabı var. Ibn Şəhraşub bu kitabın adını "Məalim əl-üləma"da çəkmişdir.
Onların böyük şeyxi Əli ibn Taus özünün "Səd əs-səud" kitabında bu mövzuda başqa kitabların da adla-rını çəkir. Onlardan bir neçəsi bunlardır: "Kitab təfsir əl-Quran və təvilih və tənzilih", "Qiraət ər-Rəsul və Əhl əl-Beyt", "Kitab ər-rədd əla əhl ət-təbdil" (Bu kitabı Şəhraşub öz "Mənaqib"ində xa-tırladır), "Kitab əs-səbara".315
Əvvəlki şiə alimləri kimi, sonrakı şiə alimləri də bu mövzuda əsərlər yazmışlar. Bunlardan hicri 1320-ci ildə vəfat etmiş Mirzə Hüseyn ibn Məhəmməd Təqi Nuri Təbərsinin məşhur "Fəsl əl-xitab fi is-bat təhrif kitab Rəbb əl-ərbab" kitabını göstərmək olar. Bu kitab şiə mühəddisinin Quranda təhriflərin olduğunu isbat etməyə dair və bunu inkar edən, yaxud özünü inkar edən kimi göstərən şiələrə cavab vermək məqsədilə geniş bəhs açdığı hərtərəfli, müfəssəl bir kitabdır. O, bu kitabdakı fikirlərini başqa bir kitabla tamamlamışdır ki, o kitab belə adlanır: "Li-rədd bəd əş-şübühat ən Fəsl əl-xitab".316
Hindistan yarımadasında da şiələr bu batil əqi-dənin isbatı və izharına dair çoxlu kitablar yaz-mışlar. Orada yaşayan şiə alimlərindən biri bir ki-tab yazıb onu "Katiblərin buraxdığı səhvlər və Ki-tabi-mübinin ayələrinin çatışmazlığı" ("Təshif katibin və nəqs Kitab mübin") adlandırmışdır. Müəl-lifin öz adı isə Mirzə Sultan Əhməd Dəhləvidir.
Bura Seyyid Məhəmməd Müctəhid Ləknəvinin "Zərbə Heydəriyyə" əsəri, fars, ərəb və urdu dillərində yazıl-mış digər kitablar da daxildir.
Ümumiyyətlə, onların hamısının razılaşdığı bu əqidənin izahına dair kitablar yazan çox adam göstər-mək olar. Onlardan Küleyninin müəllimi Əli Ibrahim Qümmini, sonra onların hədis üzrə ən böyük şeyxi Məhəmməd ibn Yəqub Küleynini, Seyyid Məhəmmədi göstərmək olar. Seyyid Məhəmməd Kazimi "Şərh əl-vafiyyə"də ("əl-Vafiyyə" qəsidəsinin şərhində) bu məsələdən bəhs edən fəsli "Quranı bütünlüklə imam-lardan başqa heç kimin toplamaması haqqında fəsil" adlandırmışdır. Şeyx Səffar özünün "əl-Bəsair" ki-tabında "Imamlarda Rəsulullaha nazil olmuş bütün Quranın olması haqqında" adlı fəsil verir. Səd ibn Abdulla özünün "Nasix əl-Quran və mənsuxühü" ("Qura-nı dəyişdirən və onun dəyişdirdiyi") kitabında "Ayə-lərdəki təhriflərə aid fəsil" adlı bir fəsil ver-mişdir və s. və i.a.
Onların hədis, təfsir, müxtəlif əqidələr, fiqh və qanunla bağlı kitablarından biri də Böyük Quranı biabır etmək cəhdindən xali deyil. Biz isə şiələrin bu etiqadda olduqlarını inkar edənləri çağırıb on-lardan soruşuruq: "Bir halda ki siz Allahın Kitabına heç nə artırılıb ondan heç nəyin əskildilmədiyini iddia edirsiniz, onda bəs bu cür etiqadda olan adama nə deyirsiniz?
Siz onları kafir adlandırırsınızmı? Çünki belə əqidədə olmaq kafir adlanmağa layiq bir işdir. Siz də Sünnə əhlinin alimləri və başçıları kimi onun ləkəsiz, hənif millətdən xaric olduğuna qərar verir-sinizmi? Elə isə gəlin onların təqiyyədən və müsəl-manları aldatmaq üsulundan nə dərəcədə sui-istifadə etdiklərinə baxaq.
Bu, bizim şiələrin bütünlükdə Islam tarixinin əsrlərindən hər birində bu etiqadda olduqları və indi də buna inandıqları haqqında geniş bəhsimizdə sübut etdiyimiz kimi, şübhə olunmayan bir işdir. Onların bunu inkar etdikləri doğruya və həqiqətə əsaslanmır. Bu inkar müsəlmanların iradlarından və tənə edənlərin tənələrindən qaçmaq cəhdindən, yaxud onların gizli sirrin üstünün açıldığını və üstünə pərdə çəkilmiş işin faş olmasını hiss etmə-lərindən başqa bir şey deyil.317 Yoxsa haqq iş aydınlaşar, həqiqət üzə çıxardı. Allah Müvəffəqiyyət verəndir, aləmlərin rəbbi Allaha həmd olsun...
Dostları ilə paylaş: |