Qaşqaylar
4 ay qıĢlaqda
4 ay yolda
4 ay yaylaqda
Türkmənlər
mart-may ayları yazlaqda
iyun-dekabr ayları yaylaqda
dekabr-mart ayları qıĢlaqda
Qapalı köçdən fərqli olaraq, açıq köç davamlı yerdəyiĢmələrlə bir
otlaqdan baĢqasına fasiləsiz köç Ģəklində olur. Belə ki, donuzdan baĢqa,
müxtəlif heyvanlar saxlayan və «yurt» adlı ağ alaçıqlarda yaĢayan mon-
qol heyvandarlarının arabalarla daima yer dəyiĢməsi, bir örüĢdən baĢqa
örüĢə keçməsi haqqında ayrı-ayrı səyyahların qeydi vardır.
72
Türk boyları
yalnız olağanüstü durumda - böyük müharibələr Ģəraitində və ya iqlim
dəyiĢmələri ilə bağlı, məskunlaĢacağı yeni yurd yerinə çatana qədər açıq
köçlə hərəkət etmiĢlər. Bu baxımdan, saqa, massaget, hun, kuman, alan,
oğuz, qıpçaq boylarının güya fasiləsiz köçəri yaĢamı, əslində, adı çəkilən
boyların savaĢa cəlb olunduğu zamana aid olub, hərbi konfliktlərlə bağlı
yazılı qaynaqların verdiyi məlumatlara dayanır. Onların fasiləsiz açıq köç
hərəkətinin spesifik forması heyvandar köçərilərin təsərrüfat fəaliyəti ilə
yox, hərbi konfliktlərlə bağlıdır.
Köçərilik anlamı təkcə təsərrüfat növünü deyil, cəmiyətin sosial-
etnik xüsusiyətini də əhatə edir. Ovçu və yığıcı insanların ibtidai çağında
adambaĢına düĢən bəslənmə sahəsi geniĢ idi. Ġnsanların sürü saxlayıb,
əkinçiliklə məĢğul olduğu sonrakı çağlarda isə bəslənmə sahəsi daraldığı
üçün vaxtaĢırı qonĢu boylar arasında torpaq davası olurdu. Oturaq əkinçi
mühitdə qan qohumluğu get-gedə qonĢu ərazi birliyinə keçirdisə, köçəri
heyvandar yaĢamında uruq-boy (bəzən psevdoboy) iyerarxik qurumları
yaranırdı,
necə
ki,
türkmən obası köçdə
iĢtirak
edənlərin
qohum və
ya
qeyri-qohum birliyidir. Təkə boyu ilə vaxtaĢırı vuruĢan sarık boyu digər
türkmənlərə nisbətən daha çox
mal-heyvana
sahibdir
və
tərkibində az
çarva olan iqdır, arbaçı, göklen boylarından fərqlənir. Orta və Güney
Anadoluda yörüklər ailə-soy qrupları ilə ümumi örüĢlərdən istifadə edir.
73
Çin qaynaqlarında dun-xu (uxuan)
boylarının yüzdən minə qədər alaçığına
çincə bu
(monqolca
oymaq) deyildiyi,
hər oymağın kiçik baĢçısı olduğu,
baĢçıdan tutmuĢ, ən axırıncı adama qədər hər kəsin öz mal-heyvanını özü
otarıb saxlaması, baĢqasından kömək ummaması qeyd olunur.
74
72
Карпини, 28, 70; Рубрук, 91; Поло, 88; və b.
73
Еремеев, 1969, 98.
74
Бичурин, I, 142-143.
204
Etnik
atribut
kimi,
köçəri alaçıqları da rənginə, quruluĢuna və
yun,
keçə, həsir, çubuq kimi materialına görə xalqdan-xalqa fərqlənir. Belə
ki, tibet alaçığı monqol alaçığından, o da qazax-qırğız alaçığından, bu isə
ərəb alaçığından seçilir. Ġqlim, çevrə, sosial durum və varlanma, heyvan
artımı, mal dəyiĢmə kimi iqtisadi tələbat köçəri yaĢamına müxtəlif yön
verdiyi kimi, köçün növünə də təsir edir.
Azərbaycanın çeĢidli iqlimi, mülayim aran (qıĢlaq) və füsunkar dağ
(yaylaq) bölgələri vardır. Oğuz xan, Əmir Teymur kimi böyük türk fateh-
ləri Azərbaycanın qıĢlaq və yaylaqlarında dincəldiyi kimi, köçəri quĢlar
da Azərbaycanda qıĢlayır.
QıĢda və yayda insanların yerdəyiĢməsi sağlam-
lıq üçün böyük önəm daĢıyır. Təbiətlə uyğunlaĢmaq, təbiətə köklənmək
bir çox xəstəliyin də qarĢısını alır.
KeçmiĢdə vaxtaĢırı baĢ verən epidemi-
yalar Ģəhər və kəndlərdə sıx yaĢayan əhalinin daha çox, kiçik topalarla
dağlara və bozqırlara yayılan köçərilərin isə az qırılması ilə nəticələnirdi.
Köçəri süfrəsində yüksək kalorili ət-süd məhsulları olduğundan sağlam
qidalanma ilə artım köçərilər arasında daha çox olurdu.
Oturaq türklərə nisbətən, köçəri türk boyları təbiəti yaxĢı duyur,
onun «sirrini» daha yaxĢı bilirlər. Oynaq və diri hərəkətli köçəri boyu
daha çevik və təpərli olur. «Oğuznamə» (Yazıcıoğlu) abidəsində belə
deyilir: «Daima
köç
edələr,
oturaq
olmayalar, Kara Osman oğlanlarına
deyərmiĢ: olmasın ki, oturaq olasız, bəylik türkmənlik və yörüklük edən-
lərdə qalır - demiĢ».
75
L. N. Qumilov haqlı olaraq yazır ki, «bəĢər tari-
xində və mədəniyətində Böyük Çöl köçərilərinin rolu avropalı, misirli,
çinli, pers, astek və inklərdən az olmamıĢdır».
76
Son 10 min ilə qədər 2 milyon il davam edən yığıcılıq və ovçuluq
insanların yeganə yaĢam tərzi olmuĢdur. Neolit çağında yığımdan isteh-
sala
keçən uruqlarda məhsuldarlığın artımına maraq yaranmıĢdı,
gündəlik
ehtiyacı təmin etməklə yanaĢı, ehtiyat ərzaq tədarükü görülürdü. Əkinçi-
liyin
inkiĢafı və
mal-heyvanın artımı tədricən əkinçi-maldar təsərrüfatı
ağırlaĢdırdı, tam olmasa da, əiknçi və heyvandar təsərrüfatın bir-birindən
ayrılması
ilə nəticələndi.
Əkinçilik
təsərrüfatına
nisbətən,
heyvandarlığın
75
Türk toplumu içində etnoqrafik baxımdan bir-birndən azacıq da olsa, fərqlənən
kəndlər, hətta soylar arasında duzlu zarafatlar olduğu kimi, oturaq boylar zarafatla
köçərilərə yonulmamıĢ adam anlamında «dağ adamı», «tərəkəmə», «ayrım», «kürd»,
köçərilər də köç etməyən oturaq boylara yerindən tərpənməyən, tənbəl anlamlarında
«yatuq»//«yatıq», «tat» deyirlər.
76
Гумилев, 1971, 70.
205
ilk mərhələsində əlavə məhsul daha asan əldə olunurdu. Ġlk heyvandarlar
oturaq olub, mal-heyvanı yaĢayıĢ məskəni ətrafında otarırdı. Bu tip təsər-
rüfat ov,
əkin,
balıqçılıq kimi sahələri istisna etmir, kompleks təsərrüfatın
formalaĢmasına imkan verirdi. Heyvandarlığın artıb inkiĢaf etməsi köçə-
riliyi, əkinçiliyin inkiĢafı isə oturaqlığı artırır. Karpatdan Sakit okeana,
Orta Asiya səhralarından Sibir tayqalarına qədər böyük ərazidə köçərili-
yin intensivliyi saqa çağına aid edilir.
77
Ailə-soy və boylara məxsus mal-heyvanın artması və ya azalması
müxtəlif zaman ölçülü dövrlərə ayrılır. Metenin 300 min atlı döyüĢçüsü
vardı. Çinlilər hunlara hücum edib, təkcə Lulu bəyin örüĢündən 700 min
baĢ mal-heyvan aparmıĢdılar.
78
XIX əsrdə rus tədqiqatçısı A. Ġ. LevĢin 8
min atı
olan
bir
qazaxdan
soruĢur
ki, nə
üçün bunların bir qismini satmır,
qazax deyir ki, sandıqda saxlanan pulu heç kim görmür, mənə pul lazım
deyil, tabunu isə örüĢdə hər kəs görüb bilir ki, mənimdir və mən dövlətli-
yəm.
79
Ev heyvanının artımı daima yüksələn xətlə deyil, iqlim və otlaq
Ģəraitindən,
vaxtaĢırı
özünü göstərən xəstəlikdən asılı olaraq, azalan
və
yüksələn xətlə davam etmiĢdir.
80
Bu səbəbdən, mal-heyvanın əsrlərboyu
yüksələn xətlə artması ilə köçəriliyin yarandığını söyləyənlərin fikri
yanlıĢdır.
Köçərilikdə heyvan növlərinin seçimi də rol oynamıĢdır. Belə ki,
köçəri təsərrüfatı üçün donuz yaramır, uzaq məsafəli köçə çətin uyuĢan
inək-öküz kimi qaramaldan da az istifadə olunur. Markova görə, Qazaxıs-
tanda heyvandar təsərrüfata iribuynuzlu mal sonralar daxil edilmiĢdir və
vaxtilə bunun bir qismini qazaxlar Ġtil yaxasından Çinə köçən kalmık
boylarından yağmalamıĢ, bir qismini də Sırdərya yaxasındakı qazaxlar
qaraqalpaq boylarından mənimsəmiĢlər.
81
Davamlı hərəkətdə olan hey-
vandar saxa boyları isə maral sürüsü saxlayırlar.
82
77
Грязнов, 1978, 9.
78
Бичурин, I, 42, 82.
79
Марков, 1976, 168.
80
Örnəyin, 1803-də hər qazax alaçığına 400 baĢ mal-heyvan düĢdüyü halda, get-gedə
bu say azalmıĢdır: 1814-də 230, 1825-də 190, 1839-da 155 (Марков, 1976, 157).
81
Марков, 1976, 138.
82
Tibetdə evsəlləĢən yak buradan Pamir, Altay və Monqol elinə yayılıb. Əvvəllər bəzi
tədqiqatçılar maralın evsəlləĢməsini az qala, paleolit çağına aid edirdilər, lakin son
tədqiqatlar göstərir ki, Sayan bölgəsində maralın evsəlləĢməsi çox sonrakı olaydır və
bura gələn heyvandar boyların gətirdiyi təsərrüfatın təsiri ilə gerçəkləĢib. Tabun maral-
çılığı isə yalnız XVIII-XIX əsrlərdə ortaya çıxıb (Андрианов, 1985, 56-59).
206
Türklər köçəri təsərrüfatı üçün sərfəli olan qoyun, keçi, dəvə
və
at-
dan geniĢ yararlanmıĢlar,
lakin əksər türk boyları gələnəksəl olaraq, qoyun-
çuluğa üstünlük vermiĢlər. Tarixi bəlgələr göstərir ki, doğuya miqrasiya
etmiĢ türk boyları Azərbaycan və Türkmənistandan apardığı atçılıq gələ-
nəyini orada daha da inkiĢaf etdirib, böyük ilxılar saxlamıĢlar. Bozqırlarda
ilboyu at üçün yem vardır, qıĢda dırnağı ilə qar altından eĢib üstünü açdığı
otu atla yanaĢı qoyun sürüləri də otlayır.
Xəzərin güneyindəki dağ silsiləsi və Kopetdağdan Pamir, Tyan-
ġan və Altaya qədər 2 min km uzanan ərazi köçəri heyvandarlıq üçün
gözəl imkan yaradır. Çinin Sintszyan bölgəsində köçəriliklə məĢğul olan
monqol-tibet boyları ilə yanaĢı, uyğur (tağlığ), qırğız və qazax boyları da
vardır. Hər bölgə köçün növünə təsir edən heyvan növünün özəlliyi ilə
fərqləndiyi kimi,
cins
heyvanların yayılma dərəcəsi ilə də seçilir.
Belə ki,
Türkmənistan və Xorasanda karakul (qaragül), Kirmanda qəzilli keçi və
yunlu qoyun, Mazandaranda südlü inək cinsi üstünlük təĢkil edir.
Köçəriliyin yaranması səbəbləri sosial-iqtisadi faktor, təbii Ģərait,
və coğrafi mühit idisə, köçəriliyin növü kompleks təsərrüfatın bölünmə
dərəcəsindən, mal-heyvanın sayından asılı olaraq formalaĢırdı. Əkinçi-
maldar təsərrüfat kompleksi bölündükcə əkinçilər oturaq, maldarlar isə
köçəri və yarımköçəri yaĢam tərzinə keçirdilər. Son iki minillik tarixdə
oturaq
əkinçilərin
köçəriyə
çevrilməsi
faktı görünmür.
83
Köçərilərin əkin-
çiliyə
və
oturaq
yaĢama
keçməsi
olayı isə müxtəlif zamanlarda
olmuĢdur.
B.
V.
Andrianov «Dünyanın oturaq olmayan əhalisi» adlı əsərində
köçəri heyvandarlığın m.ö. III minil - II minilin əvvəlində yarandığını,
G.Y. Markov isə «Asiya köçəriləri» kitabında Ön Asiya, özəlliklə, Azər-
baycan üzrə tarixi qaynaqlara deyil, Ərəbistan yaylası, Orta Asiya, Altay
və Monqolustan qaynaqlarına güvənib yazır ki, köçərilik m.ö. II minilin
sonundan baĢlanır.
84
Məncə, hər iki yazar prototürk arxeoloji bəlgələrinə
diqqət vermədiyindən köçəriliyin yaranma tarixində yanılmıĢlar.
Azərbaycanda köçəriliyin ən qədim izləri m.ö. VII-VI minillərdə
750 m yüksəklikdə palıd meĢəliyi zolağında yaranmıĢ Carmo kulturunun
yayıldığı lokal variantları arasındakı arxeoloji fərqlərlə ortaya çıxır. Belə
83
Bəzi
yazarlara
görə
X-XII
əsrlərdə
bəzi meĢə monqolları imperiya çağında
heyvandar
olublar.
Əslində
,
bu
monqollar
Çingizxandan
minil
öncə
Hun
çağında köçəri
idilər,
çünki
«monqol heyvandarlıq terminlərinin əsasını türkizmlər təĢkil edir» (Щербак, 1966).
84
Андрианов,
1985, 25;
Марков, 1976, 18.
207
ki, Carmo yaĢayıĢ məskəninin özündə, dağətəyi Sincar ovasında, Zaqros
dağlarının
Ġraq
tərəfdəki
batı
(Tel-ġimĢara) və
Ġran tərəfdəki doğu yaxala-
rında (Tepe-Sorab, Tepe-Quran, Ali-KoĢ), GirmanĢah bölgəsində Gənci-
dərə
abidələrində yaylaq-qıĢlaq yaĢamını əks etdirən fərqli düĢərgələr
vardır. V. M. Masson qeyd edir ki, Carmo, Sincar və Luristandakı Tepe-
Quranda
daĢ özül üzərində gil-palçıq evli yaĢayıĢ məskənlərinin
qıĢlaq,
1260 m yüksəklikdəki alp çəmənliyində daimi yaĢayıĢ üçün palçıq evləri
olmayan Tepe-Sorab düĢərgəsinin isə çobanların yaylaq yeri olduğunu
göstərir.
85
Tarixboyu adı çəkilən ərazilərdə yaĢayan prototürk-protoazər
boyları içində yaranan və sonradan gələn baĢqa xalqların da mənimsədiyi
qoyunçuluq və köçərilik burada bugünə qədər davam edir.
Güney-Doğu
Anadoluda türkmən və kürd, Quzey Ġraqda türkman,
Orta Zaqrosda, ġuĢter-Ġsfahan arasında yaĢayan irandilli bəxtiyar boyları,
Ġranın
güney-doğu
bölgələrində çoxsaylı bəluclar,
Kerman əyalətində
xorasani, bayat, pıçaqçı, qaragözlü türk boyları və inanlu, baharlu boy-
larından
batıda
qaĢqaylar,
dağlıq bölgələrdə yaĢayan teymurtaĢ, qoudari,
Xamse bölgəsi və Urmu gölünün
quzey-batı
yaxalarında
avĢar
boylarının
bir
qismi köçəriliklə məĢğuldur. Köçdə 300-350 km yol keçən irandilli
basseri boyları kimi, Fars körfəzi
yaxalarında
Kara-Ağaç çayı ilə Firuza-
bad, FeraĢbənd, Atab və XineĢur
arasındakı
yaĢayıĢ
məskənlərində
qıĢla-
yan
qaĢqay
boyları daha
uzaq məsafəli
ġiraz-Ġsfahan
yolundan
batı yöndə
Zaqros
dağındakı
yaylaqlara köçürlər.
86
Yaylaq köçündə gündə
10-15 km yol keçən
qaĢqay
boyunun
yolbo-
yu
etnoqrafik
durumunu T.
Ə. Ġbrahimov geniĢ təsvir etmiĢdir.
87
Lazım
gələndə 60 min atlı döyüĢçü çıxarmağa qadir olub, gözəl atlar, dəvələr
saxlayan, qoyunçuluqla məĢğul olub, keçən əsrin ortalarına qədər Zaqrosu
aĢıb Ġraqa, oradan da Ġrana qayıdan yarımgöçəri qaĢqaylar üçün dövlət
sərhədi anlayıĢı yox idi.
Het yazılarında adı keçən qədim heyvandar qaĢqay boyları isə m.ö.II
minilboyu Anadoluda yaĢamıĢlar. Görünür, Het dövlətinin yıxılmasında
da iĢtirak edən qaĢqay adlı bu qədim türk boyları urmu, mitan, subar boy-
ları kimi zaman-zaman Aərbaycana qayıtmıĢdılar. Bu qaĢqaylar haqqında
sonrakı bitiklərdə geniĢ məlumat verilmiĢdir.
85
Массон, 1989, 41.
86
Андрианов, 1985, 150-151.
87
Ибращимов, 1988, 55-56.
208
AĢağıdakı
sxemlərdə
ayrı-ayrı
etnoqrafların
Antalya
(№1),
Güney-
Doğu
Anadolu
(№2), Ġran (№3-4), Qazaxıstan (№5) bölgələrində köçəri-
lərin qapalı köç yollarını belə vermiĢlər:
88
88
Planhol, 1965; Hütteroht, 1959; Barth, 1964; Андрианов, 1985; Johnson, 1969.
209
Eneolit və tunc çağını nəzərdə tutan G. Y. Markov yazır: «Maraqlı-
dır ki, əhatəsində olduqları ətraf sivilizasiyanın hərtərəfli güclü təsirinə
baxmayaraq, dağətəyi və bozqır əhalisi qədim Ģərq sivilizasiyası yaratmaq
yolu ilə deyil, özlərinə məxsus özəl yolla getdilər».
89
Köçərilik də əsasən,
bu özəl yaĢam yolunu tutanlar arasında yaranıb yayıldı.
Etnoqrafiyada bu da məlumdur ki, köhnə təsərrüfat növü o çağacan
saxlanır ki, onu saxlamaq mümkün olur. Bu baxımdan, oturaq yaĢamdan
köçəriliyə keçid, sıçrayıĢla deyil, ağrı-acılı keçidlə, yeni yaĢam tərzinə
tədricən alıĢıb uyğunlaĢma ilə gerçəkləĢir. Sosial qurum və təsərrüfatın
konservativliyi
köçəri
boylarda
daha güclü və davamlıdır. M.ö. III-II əsrdə
hunların siyasi-iqtisadi və ictimai durumu ilə XI-XII əsr monqol cəmiyəti-
nin durumunu eyni sayan S.
Y.
Tolıbekov yazır ki, Orta Asiya köçərilərinin
X əsrdəki durumu ilə XIX əsrdə Sırdərya vilayəti köçərilərinin durumu,
həyat tərzi və istehsal fəaliyəti bir-birindən fərqlənmir.
90
Baykalyanı
bölgədən Lena çayı boyunca quzeyə qalxan saxa boyları yeni yurdlarında
ildə iki dəfə köç gələnəyini saxlayaraq, yaylaq-qıĢlaq yaĢamını davam
etdirmiĢlər.
91
Osmanlı dövləti XIX əsrin ortalarında əkinçiliklə məĢğul
olmayan bədəvi (beduin) ərəblərin oturaq həyata keçməsi üçün onlara
kəndlər salıb, əkin-biçin üçün Ģərait yaratdı. Lakin bədəvilər heç cür əsl
yaĢamlarından əl çəkmək istəmirdilər.
Qədim çağlardan baĢlanan köçərilik günümüzə qədər davam edir.
Lakin köçəri yaĢamı kütləvi Ģəkildə XIX əsrin sonu XX əsrin əvvəlində
deformasiyaya uğradı.
Bəzi
Avropa ölkələrində mal-heyvan sürüləri artıq
qıĢlaq-yaylaq yolunu yük maĢını və dəmiryol vaqonlarında keçir,
ikiĢaf
etmiĢ bölgələrdə mal-heyvanı otlağa yox, otu mal-heyvana tərəf gətirir-
lər.
Oturaq sosial-iqtisadi qurumlara qoĢulub mahiyətini itirən köçərilik
bəzi periferiyalarda lokal Ģəkildə günümüzə qədər qala bilmiĢdir.
92
89
Марков, 1976, 25.
90
Толыбеков, 1971, 53, 220.
91
РИН, 1968, 202; Vedidə yaylaq-qıĢlaqla yaĢayanların sağlam ovqatı olardı. Vedi dağ-
larında, bir tərəfi Göycə gölünə açılan yaylaqlarda, Qaragöl təpəsi yaxalarında, Əyricə,
Cığın gölü, Məngük yaylaqlarında hər ailənin, soy və boyun özəl yaylaq yurdları vardı:
Ağasıbəyli yurdu, Dibyurd, Qırxbulaq, Qanlıyurd, Kərbəlayı Ġsmayılın yurdu, GümüĢün
yurdu, Dəvəli yurdu, Xudu bəyin yurdu, Məmməd bəyin yurdu, Adıyaman, Gözəldərə,
AĢağı//Yuxarı Qaranlıq, Alçalı, Qızıl xaraba, DəlikdaĢ Qızıl xaraba, ArxaĢan, KəsikbaĢ,
DikdaĢ (Bədir bəyin yurdu), AtdaĢı, Tikanlı (Usuboğlu Ġsmayılın yurdu), Taplar,
Aynalı,
Qanlıca
kimi
onlarla yaylaq yeri minillərlə
Vedibasar əhalisinin yupdları olmuĢdur.
92
Андрианов, 1985, 216.
210
4. TÜRKLƏRĠN ATAYURDU
Atayurdu deyimi dar mənada bir soyun, nəslin «ata ocağı», geniĢ
mənada boy, budun (xalq) və millətin «yarandığı bölgə» anlamında iĢlə-
nir. Tarixi-coğrafi kateqoriya olan Atayurdu anlamında tarixi xronologiya
və çoğrafi məkan ölçüləri birlikdə iĢtirak edir, bu ölçülər xalqın etnoqra-
fiyası,
mifologiyası
və dilində əks olunur.
Xalqın etnogenezi atayurdunun
etnik tarixi ilə üzvi Ģəkildə bağlı olub, bu yurdun tarixi demoqrafiyasından
və burada baĢqa etnoslarla təmasın dərəcəsindən asılıdır. Belə mürəkkəb
münasibətlər sistemində yer alan Atayurd probleminə iĢıq tuta bilən bəlgə-
lərin düzgün seçimi vacib Ģərtdir, çünki Urmu teoriyasından fərqli olaraq,
iki əsr öncə “Altay dil ailəsi” ehtimalı üzərində gündəmə gəlib türklərin
ilkin yurdunu doğuda “axtaran” Altay teoriyası hələ də axtarıĢdadı.
Türklərin Atayurdu problemindən danıĢan yazarların əksəri onun
tarixi-coğrafi anlam tutumunu bir kənara qoyub, «ilkin yurd» anlamının
tarix ölçüsünə istədikləri kimi yanaĢmıĢlar. K. Gürün qeyd edir ki, türk
tarixindən danıĢan yazarlar «ən qədim türk çağı» dedikdə m.ö. III, IV-V,
uzaqbaĢı,
XII-XV
əsrləri nəzərdə tuturlar.
93
Halbuki ilkin yurd anlamının
xronoloji ölçüsü protodilin yarandığı və dağılmağa baĢladığı zaman daxi-
lindəki dövrü əhatə edir. Hindavropa və bir sıra baĢqa xalqlarda olduğu
kimi, türklərin də ilkin Atayurdunun tarixi m.ö. IV minildə bitir. Göründü-
yü kimi, qədim türk tarixi və ya ilkin Atayurd məsələsindən danıĢanlar
zaman ölçülərini dolaĢıq salmıĢ, əsrlə minilliyi qarıĢdırmıĢlar.
Atayurdunun coğrafi ölçülərinə də yanlıĢ baxıĢlar vardır. Belə ki,
m.ö. IV minilə qədər bu yurdun coğrafi hüdudları bir-birindən çox uzaq
məsafədə ola bilməzdi, ən azı ona görə ki, hər hansı bir protodilin yaran-
ması
üçün
müəyyən
təmaslarda bulunan boyların eyni kultur yaĢamında,
həm də minillər boyu bəlli çoğrafi hüdud daxilində yaĢaması gərəkir. Böl-
gədə coğrafi durum və etnik kulturun yayılma imkanları Atayurd üçün
önəm daĢıyan faktorlardır. Bundan baĢqa, fərqli özəllikləri olan ilkin və
sonrakı yurd anlamlarını da fərqləndirmək lazım gəlir.
Hər hansı bir xalqın yaranma tarixinin düzgün yazılması Atayurd
probleminə fantastik meyarlarla deyil, gerçək durumu əks etdirə bilən
ölçülərlə yanaĢmağı tələb edir. Eyni kökdən olan xalqların bir qismi ilkin
Atayurddan uzaq yerlərdə də formalaĢa bilər. Bunun örnəyi çoxdur. Belə
93
Gürün, 1984, 19.
211
ki, macar, eston və fin boyları bir xalq kimi, ilkin Atayurdu olan Ural
yaxalarından uzaq Macarıstan, Estoniya və Finlandiyada formalaĢmıĢlar.
Yaxud,
Qaradənizin quzeyindən çıxan ari boyları Ġranda fars,
Hindistanda
hind xalqı kimi yaranıb ortaya çıxmıĢdır. Bu baxımdan, çağdaĢ türklərin
bir-birindən
uzaq
ayrı-ayrı bölgələrdə formalaĢması da istisna təĢkil etmir.
Eyni ocaqda bir atadan törəyən oğulların böyüyərək ayrı-ayrı ocaq qurub,
eyni soyadı ilə yanaĢı ayrı-ayrı ad daĢıdığı kimi, türk xalqları da ümumi
«türk» soyadı ilə bərabər, saxa, çuvaĢ, qazax, azər, tatar və baĢqa adlarla
tanınır.
94
Bütün bu xalqların ümumi etnik adı « Türk» olduğu kimi, danıĢ-
dıqları
dillər
də
« türk dilinin qolları»
olub,
ümumi-ortaq
dilin dialektləri
əsasında inkiĢaf etmiĢ, çoxu da artıq ədəbi dil səviyəsinə ucalmıĢdır.
Atayurddan danıĢarkən, ilkin və ikinci yurd anlamlarına aydınlıq
gətirmək
lazım gəlir.
Türklərin
ilkin
Atayurdu
m.ö. IV
minilin ortalarına
qədər
davam
edən prototürk çağına düĢür. Prototürk dilinin dağıldığı hə-
min çağ türk etnosunun ilk tarixi miqrasiyaları dövrüdür. Prototürk döv-
ründə türk etnosunun
formalaĢdığı ərazi prototürklərin İlkin Atayurdu, son-
ralar buradan köçən prototürk boylarının ayrı-ayrı bölgələrdə türk xalqı
kimi formalaĢdığı
ərazilər
isə
türklərin
Dostları ilə paylaş: |