Prototü rk
Atayu rdu
213
Göründüyü kimi, türklərin ilkin yurdu Mancuriyadan Ural dağına
qədər
müxtəlif
bölgələrdə
göstərilir.
Əlbəttə, bu qədər
tanınmıĢ yabançı
alimlərin təpkisi altında hər hansı bir türk aliminin, hətta azman alimin
Atayurd prbleminə baĢqa cür yanaĢmasını gözləmək çətindir. Ona görə
də ilkin türk yurdu kimi Orta Asiyanı görən ġ. Günaltayı və bu yurdun
Tyan-ġanla Aral gölü arası olduğunu güman edən Z.V.Toğanı və yaxud
Altay-Sayan dağlarının güney-batısı, yəni Minusinsk-Tuva-Abakan boz-
qırlarını sayan
Ġ. Kafesoğlunu çox qınamaq da olmur, baxmayaraq ki, ta-
rixçi olmasa da, Atatürk türklərin Anadoluda çox qədimdən var olduğunu
söyləyirdi. K. Gürün yazır ki, türklərin ilk yurdu məsələsinə gəlincə, ək-
sər tarixçilər bu bölgənin Orta Asiya olması fikrində həmrəydirlər, lakin
bölgənin hüdudlarını dar və geniĢ, daha batı və daha doğuda olduğunu
sayanlar vardır. Müəllif özü isə ilk Atayurdun hüdudlarını belə təsəvvür
edir: «Khinqan Dağlarının batısından baĢlayaraq, Baykal hövzəsi, Sayan-
Altay dağları boyunca BalxaĢ hövzəsinə gəlib, Tanrı dağları boyunca yeni-
dən doğuya yönələrək Qobu çölündən Khinqan dağlarına qovuĢan bir cizgi
içində qalan bölgə ilə Seyhun-Ceyhun çayları arasındakı Maverayünnəhr
dediyimiz bölgə».
95
Ancaq ilkin yurdun müxtəlif bölgələrdə göstərilmə-
sinin özü də göstərir ki, problemə yanaĢma metodu elmi
deyil,
çünki
ilkin
yurd
bir
bölgədə olur. Necə ki, monqollar üçün belə bölgə
Mərkəzi
Asiya,
dravidlər üçün Ġranın güneyi, finuqorlar üçün Ural,
hindavropalılar üçün
Qaradənizin quzeyi, samilər üçün Ərəbistan yarımadası olmuĢdur.
Ġlkin Atayurdu probleminin çözülməsi tarixi miqrasiyaların vaxtı və
yönünü müəyyən etməkdən çox asılıdır. Belə miqrasiyalardan danıĢarkən,
m.ö. IV-I minillər arasında Ön Asiyaya gələn etnosları sadalamıĢdıq. AĢa-
ğıdakı sxemdən
də
göründüyü
kimi,
Ġkiçayarasında
yaĢayan
subar-kəngər
boylarının ərazisinə IV
minildə gələn sumerlərdən sonra,
III-I minillər boyu
95
Gürün, 20, 40; Bu dolaĢıq sitatı gətirməmək də olardı, lakin türklərin ilkin Atayurdu
probleminə türk tarixçiləri üçün tipik olan bu yanaĢma tərzini son on ildə Türkiyədə ke-
çirilən qurultay və simpoziumlarda çox görmüĢəm. Həmin beynəlxalq elmi toplantılarda
belə yanaĢma metodunun yanlıĢ olduğunu dəfələrlə söyləmiĢəm. Osmanlı imperiyası kimi
qüdrətli bir dövlətin varisləri olan bu arkadaĢlar hələ də romantik «Altaydan gəlmə» ov-
qatından ayrıla bilmir. Yalnız qondarma «erməni soyqırımı» Avropa parlamentləri gündə-
minə gələndən sonra bir az ayıldılar. Türklərin Anadoluya Malazgird (1071) savaĢından
sonra yox, 4 minil öncə girdiyini vurğulayan prof. Ekrem MemiĢ yazır ki, gerçək tarixi
buraxıb da, elmdə köhnəlmiĢ sonradan gəlmə fikrindən yapıĢsaq, rumlar və ermənilər
baĢda olmaqla, bir çox türk düĢməni «madam ki, siz Anadoluya Türküstan//Orta Asiya-
dan gəldiniz, o halda gəldiyiniz yerə dəfolub gedin» deyə bilərlər (MemiĢ, 2002, 73).
214
bura güney və güney-batıdan bir-birinin ardınca sami boyları (akad, asur,
aramey, ərəb) gəlmiĢlər. Hatlar yaĢayan Orta Anadoluya quzey-batı yön-
dən het (II minilin baĢı), friq və haylar (VIII-VII əsrlər), Güney-Doğu
Anadoluya quzeydən qafqazdilli hurri (III minilin sonu), urartu (II minilin
sonu) boyları gəlib yerləĢmiĢdir. Elam ərazisinə isə Qaradəniz quzeyin-
dən qalxaraq, II minilin ortalarında Orta Asiyanı keçib Areya bölgəsində
oturan və VIII-VII əsrdən Bars (Fars) bölgəsinə keçib yerləĢəndən sonra
pers adlanan arilər gəl-
miĢdir. Təbii ki, hər tə-
rəfdən, özəlliklə güney-
batı bölgələrdə samidilli
boylar tərəfindən sıxıĢ-
dırılan prototürk boyları
zaman-zaman Atayurdu
tərk edib müxtəlif yön-
lərə miqrasiya etmiĢlər.
Belə köçlərin bir səbəbi
baĢqadilli etnosların re-
giona gəliĢilə bağlı idi-
sə, digər səbəbi iki bö-
yük köçlə nəticələnən
m.ö. IV
və
II
minillərin
ortalarında iqlim dəyiĢ-
məsilə baĢlanan quraq-
lıq idi. Həmin çağlarda
təkcə türklər deyil, dra-
viddilli boyların da ço-
xu Ön Asiyadan köçüb
Hindistana keçmiĢdi.
Ön Asiyaya gələn
və Ön Asiyadan gedən etnosları hər iki xəritədə müqayisə etdikdə, saqa
boylarının Azərbaycana qayıdıĢına qədər (m.ö.VIII-VII) Ön Asiyaya dı-
Ģarıdan, özəlliklə doğudan hər hansı bir türk boyunun gəlməsini göstərən
arxeoloji bəlgə yoxdur. Ön Asiyadan gedən boyların da dravid
və türklər-
dən baĢqa
etnosa
aid
olduğunu
sərgiləyən bəlgə yoxdur. Buradan batı və
quzey-batı yöndə gedən az boyları Skandinaviya qaynaqlarında, etrusk
boyları arxeoloji və antik çağ yazılı qaynaqlarında əks olunmuĢdur.
Onlar
yerli xalqların içində əriyib dilini itirsə də, yerli xalqların dilində həmin
215
türk
boylarından
alınma
sözlər
qalmıĢdır.
96
Quzey
və
doğuya böyük axın-
larla gedən türklər isə nəinki dilini itirməmiĢ, özləri ilə yeni yurdlara daĢı-
dığı dil-kultur gələnəklərini üstün mövqeyə çıxara bilmiĢlər. Bu olayları
sərgiləyən bəlgələrin bir qismini I Bitikdə (Tarixi qaynaqlar) və yuxarı-
dakı hər üç bölmədə vermiĢdik. Burada prinsipcə bir-birini tamamlayan
bəzi bəlgələri yalnız ümumi Ģəkildə qısaca sadalamaq kifayətdir:
Dostları ilə paylaş: |