Oronimlər
151
ğuya uzanan silsilə dağların quzey yamaclarından Tovuzçay, Zeqəmçay,
ġamxorçay
,
Gəncəçay
,
Kürəkçay
,
Ġncəçay
baĢlanır. Xaçınçayın baĢından
Araz yaxasınacan Qarabağ sıradağları uzanır və onun güney yamacların-
dan Xaçınçay, Qarqarçay, Köndələnçay baĢlanır, batı ətəyi boyunca isə
Həkəri
çayı
Araza
axır.
Naxçıvan bölgəsinin quzeyindən baĢlanan Dərələyəz sıradağlarını
güneyə doğru Zəngəzur sıradağları Araza qədər davam etdirir. Zəngəzur
dağlarından doğuya ayrılan iki qol BərgüĢat və Meğri sıradağlarıdır. Si-
sian, Gorus,
Qafan dağlıq bölgələri Zəngəzur vilayətində yerləĢir. Gorus-
Sisian arasından Göycə gölünə tərəf indiki Ermənistan-Azərbaycan sını-
rında yuxarı uzanan Qarabağ dağlarının quzey yamacından Tərtər, güney
yamacından Bazarçay (BərgüĢat) baĢlanır.
Göycə gölün güneyində Araza qədər Geğam sıradağlarıdır. Gölün
quzey-batısından
üzüyuxarı
Gögər
(Quqar)
sıradağları, batı yaxasından isə
Pəmbək sıradağları uzanır. Pəmbək dağlarından quzeydə ona paralel Ba-
zum
sıradağları,
Bazumdan
sonra üzüyuxarı Cavax sıradağları gəlir.
Bu
dağlardan
batıda
yuxarıdan
aĢağı Böyük Ağbaba dağına qədər Qaragüney,
BaĢgüney, Ġkiqat, Keçəldağ, Qısırdağ, Göydağ, Tayaqaya kimi dağları
əhatə edən Ağbaba dağ silsiləsi uzanır. Bundan sonra Arpaçay boyunca
batıda Qars dağları, doğuda Ələyəz dağı yerləĢir.
Arazdan aĢağıda da xeyli dağlıq bölgələr vardır. Ağrı və Aladağdan
sonra baĢlanan Qotur-Musalan silsiləsini Urmu gölünün batısı boyu Zaq-
rosa qədər uzanan Qut, Hamrin dağları və Urmunun quzeyində doğu
yöndə BozquĢ sıradağları davam etdirir.
Arazboyu Qaradağ silsiləsi, Qarasu çayından doğu yönə isə TalıĢ
(Tolıs) dağları uzanır. Bağrudağa qədər davam edən BozquĢ sıradağla-
rından quzeydə Savalan, güney-batıda isə Səhənd
dağları yerləĢir.
Gü-
neydə Həmədan bölgəsindəki Əlvənd dağları, batıda
Qızıl-üzənin
orta
və
aĢağı
axarı boyunca,
Xəzərin güneyində Elbars silsilə dağları vardır. Urmu
gölünün digər hövzələri kimi, güney hövzəsi də dağlıq bölgələrlə əhatə
olunmuĢdur.
Göründüyü kimi, Azərbaycanın coğrafi durumunda silsilə dağlar
zəngindir.
Qədim
dağadları
təhlilinə
keçməzdən
əvvəl
,
türk
dilində oronim
yaradan sözlərə diqqəti çəkək. Belə apelyativ sözlərin hamısından bəhs
etməyə imkan yoxdur, yalnız bir-birindən çox uzaqda olan azər və qırğız
dilləri üzrə bir neçə oronim yaradan apelyativi sadalayaq:
152
Azər dili
adır
ard
aĢırım
bel
daban
dağ
təpə
dərə
Qırğız dili
adır
art
aĢuu
bel
daban
too
döbö/töbö
törö
Azər dili
yalın
yaman
yarğan
qır
qaya
kurqan
daĢ
takır
Qırğız dili
calanqan
jaman
car
kır
kıya
korqon
taĢ
tektır
Bu apelyativlərin əksəri hər iki dildə eyni anlamda iĢlənir, yalnız
ard sözünün «arxa» anlamı qırğız oronimlərində qalsa da, çağdaĢ qırğız
dilində arxaik apelyativə çevrilmiĢdir; daban sözü isə azər dilindən fərqli
olaraq, qırğız
dilində dağ keçidlərinin adında «aĢırım»
anlamında iĢlənir
(Jaman-daban «Yaman-aĢırım»), bel sözündə də bu anlam vardır; qırğızca
tektır sözü dağdakı ovalıq, düz yerləri bildirir.
Digər apelyativlərdə isə
fonetik fərqlər nəzərə alınmasa, elə bir fərq yoxdur.
Deməli, müqayisə
olunan sözlərin çoxdan bir-birindən ayrı düĢmüĢ iki qardaĢ xalqın dilində
eyni anlam daĢıması onu göstərir ki, bu oronim
yaradan sözlər prototürk
dövründən qalmadır.
Ona
görə də
qədim oronimlərdə rast gəldiyimiz
apelyativlər
inamla türk sözü sayıla bilər
.
Məsələn, m.ö.VIII əsrdə asur
qaynağı Van gölünün güney yaxasında Ayadu bölgəsində II Sarqonun
Saru-ardi (
URU
Saruardi) qalasını tutması və qalanın «böyük dağın çıxın-
tısında» yerləĢməsi göstərilmiĢdir.
256
Burada ard apelyativi «arxa» yox,
türk ellərində geniĢ yayılmıĢ Semis-art, Muz-ardı, TaĢtık-art, Toruğ-ard
oronimlərində olduğu kimi «keçid, dolama, dağın beli» anlamını daĢıyır,
birinci hissə də «sarı»
apelyatividir
və
qədim
Saru-ardi
«sarı-ard»
modelli
oronimdir.
257
Və ya
türk
dillərində «or», «beĢik» və «bel» apelyativləri ilə
Qara-dənizin quzeyində yaranan müasir BeĢik-dağ oronimini Herodotun
m.ö.V əsrdə Orbel
dağı kimi qələmə
alması
aydın
göstərir ki
,
həmin
dağın
qədim
adı da
türkcə
olmuĢdur.
258
Çünki buradakı
«bel»
apelyativi türk oro-
nimlərində geniĢ iĢlənir, «or» isə Oğuz xanın yurdundakı Ordağ oroni-
mində vardır.
259
256
АВИИУ, 49 (280); ТУ, 167.
257
Asur yazıları burada Ardi-unak, yaxın bölgədə Ard-uba (Arxa oba) kəndlərini və Ar-
ardi dağını qeyd edir (ТУ,31-34); Vedi-ġərur yolunda Ard-Araz təpəliyi vardır, Vedinin
dağ yolu Sarı-dolama adlı təpədən baĢlanır.
258
Геродот, В, 16; və indeks, 580.
259
Ряшидяддин,14; Özbək elində isə BeĢik-tepa oronimi vardır.
153
Türk boylarının böyük miqrasiyası təkcə dağ, təpə, daĢ, baba, Ģat,
kap sözlərilə iĢlənən oronimləri
bütöv
Avrasiyaya yaymıĢdır. Altında qə-
dim türk arxeoloji kulturu yatan yerlərin təpə və kurqan sözlərilə bəlgə-
lənməsi də Avrasiya məkanında yayğın gələnəkdir. Bu gələnəyin kökü
qədim Ön Asiya qaynaqlarında aydın əks olunmuĢdur. Deyilənləri nəzərə
alıb, bir neçə qədim oronimi və onların sonrakı paralellərini apelyativlər
üzrə gözdən keçirək:
Dostları ilə paylaş: |