«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə118/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   114   115   116   117   118   119   120   121   ...   149
«Doqquz Bitik» s-ras-

turuklarla bağlı olduğu kimi, orada Su bəyliyinin yaranması da Azərbay-
canda özünü göstərən daha qədim sub (suv, su) boylarının Subar (Suv-bi, 
Su-bi)  adlı  bölgə-ölkə  və  bəyliklərinin  təkrarı  idi.  Beləliklə,  boya-cəhət 
və yön-cəhət sözləri aydın göstərir ki, Altay nəzəriyəsi
 
yanlıĢdır,
 
çünki
 
türklər
 
Azərbaycana
 
doğudan  gəlməmiĢlər,  əksinə,  onlar  Güney-Doğu 
Anadolu  və  Azərbaycandan  doğuya  getmiĢ,  çox  sonralar  isə  bəzi  türk 
boyları ilkin Atayurda qayıtmıĢlar. 
Göründüyü kimi, bəzi bölgədə türk boyları minillər boyu yaĢasa da, 
həmin bölgənin Atayurda çevrilməsi üçün müəyyən tarixi Ģərait olmalıdır. 
Atayurdun  yaranması  yuxarıda sadalanan tarixi  köç,  münasib  etnokultur 
və demoqrafik durum, dil imkanı və siyasi qurum kimi Ģərtlərdən asılıdır. 
Bəzən ikinci Atayurdda formalaĢan  xalq müəyyən səbəbdən oranı tərk 
etməli olur, necə ki, xakas-saqay boylarından ayrılıb Baykal yaxasında 
formalaĢan  saxa  xalqı  sonralar  quzey-doğuya  köçmüĢ,  Azaq  dənizi  ilə 
Quzey Qafqaz arasında ardıcıl olaraq, m.ö.VI - m.s. XII əsrlər boyu döv-
lətlər  quran  saqa,  bulqar,  xəzər  boylarının  bir  qismi  buradan  müxtəlif 
yönlərə
 
çəkilmiĢ,
 
bir
 
qismi
 
Avropa
 
xalqları
 
içində,
 
bir
 
qismi də rus-ukrayna 
(kazak)  xalqlarının  içində  ərimiĢ,  kiçik  bir  qismi  isə  (qaraçay-balkar, 
kumuq) uzun müddət «milli dövləti» olamyan xalq durumuna düĢmüĢdür.  
Tarixi miqrasiyaları əks etdirən arxeoloji və onomastik material da 
ilkin yurddan gedən və sonra bura qayıdan boylar haqqında aydın təsəvvür 
yaradır. Ġlkin prototürk Atayurdu ilə sonrakı Atayurdların müqayisəsi isə 
bir daha aydın göstərir ki, türk etnosu doğudan Ön Asiyaya deyil, buradan 
doğuya miqrasiya etmiĢdir, bu baxıĢ isə Urmu teoriyasının özülü sayılır.  
 
 
 


 
231 
5. ETNĠK COĞRAFĠYA 
 
Dövlət sınırlarını içinə alan siyasi coğrafiyadan fərqli olaraq, etnik 
coğrafiya daha davamlı olur. Belə ki, müəyyən regionda ayrı-ayrı dövlət-
lərin qurulub dağılması ilə zaman-zaman siyasi sınır dəyiĢmələri baĢ verir, 
lakin etnik sınırlar yalnız əhalinin yerdəyiĢməsi və ya gəlmə xalqın içində 
əriməsi nəticəsində dəyiĢir.
 
Yuxarıda əhalinin yerdəyiĢməsindən,
 
miqrasi-
yaların səbəb və növündən bəhs etmiĢ, məcburi və könüllü, yaxın və uzaq 
köçlərdən, həmçinin demoqrafiyanın özəlliklərindən söhbət açmıĢdıq.  
O ki qaldı hər hansı bir xalqın baĢqa dilli xalqın tərkibində dilini 
itirib  assimilyasiyaya  uğraması  məsələsinə,  bu  da  prinsipcə  etnoqraf  və 
dilçilərin  tədqiqatlarında  aydın  Ģərh  oluna  bilən  olaydır.  Belə  ki,  Azər-
baycanın  etnik  demoqrafiyasında  bir-iki  epizodik  olay  istisna  olmaqla, 
türk  uruq  və  boylarının  assimilyasiyası  olmamıĢdır.  Azərbaycana  gələn 
azsaylı ərəb tayfaları istisna olmaqla,  baĢqa xalqların assimilyasiyası da 
görünmür, çünki gəlib Azərbaycanda məskunlaĢan baĢqa dilli xalqlar mi-
nillər  boyu  ikidilli  (bilinqvizm)  durumda  yaĢamaq  imkanından  məhrum 
olmamıĢlar. Ümumiyətlə, hər hansı bir xalqın baĢqa dilli xalqın içində əri-
məsi tarixboyu davam edən bir prosesdir. Vaxtilə sumer, elam, het, hurri, 
urartu, kassi, etrusk xalqları bu və ya digər xalqın içində ərimiĢ və dilini 
itirərək  «ölü dillər»  siyahısına düĢmüĢlər. Türk  xalqlarından bu duruma 
düĢən Dunay bulqarlarının taleyi əriyib itmə olayının klassik örnəyidir. 
Quzey
 
Qafqazdan gedib bugünkü
 
Bolqarıstanda dövlət quran bulqar 
türkləri xristianlığı qəbul etmiĢ və bir neçə əsrdən sonra dillərini itirərək 
yerli  slav  boylarının  içində  əriyib  getmiĢlər.
 
Bulqarların
 
qurduğu dövlətin 
adı  isə  baĢqa  etnik  xalqa  məxsus  ölkənin  və  dövlətin  adında  bugünəcən 
qalmaqdadır.  
Baxmayaraq ki, bulqar xanı Kurum özündən üç minil əvvəl Qut çarı 
olmuĢ (m.ö. 2141-2140) Kurumun adını daĢıyır, onun xələfləri isə tədri-
cən türk adlarını da dəyiĢmiĢlər. Belə ki, Kurum xanın (803-814) soyundan 
olanlar Omurtaq (819-831) və Malamirdən (831-836) sonra I Boris (BarıĢ) 
Mixail (852-889), I Simon Veliki (893-927), Anna, Piotr və Roman kimi 
adlar daĢıyırlar.
116
 
Tarixboyu yad mühitə düĢən türk boylarının bu cür əri-
yib itməsinə dair onlarla ibrətamiz örnək vermək olar, lakin baĢqa dilli xal-
qın türk etnik coğrafiyasında əriməsi nadir hallarda görünür. 
                                                 
116
 HB, 1988, 290. 


 
232 
Arxeoloji,  antropoloji,  onomastik  və  qlottogenez  bəlgələrinə  görə 
m. ö. IV minilin ortalarında prototürk boylarının Ön Asiyadan doğu və 
quzey  yöndə  ilk  böyük  köçü  prototürk  dilinin  parçalanmasına  səbəb  ol-
muĢ, m. ö. II minilin ortalarında baĢ verən ikinci böyük köç isə burada 
prototürk  dövrünün  sona  çatması  ilə  nəticələnmiĢdir.
 
Ġlkin  Atayurddan 
dıĢarıya olan bu böyük miqrasiyalar Azərbaycanda qalan protoazər boyla-
rının sayca azalmasına səbəb olsa da,
 
bəzi türk boylarının sonrakı qayıtma-
ları bu boĢluğu doldurmuĢdur. Vaxtilə prototürk Atayurdunun bir parçası 
olmuĢ Azərbaycanda qalan prototürk boyları artıq m. ö. II minilin ortala-
rından sonra protoazər boyları kimi formalaĢma mərhələsini yaĢamıĢlar.  
Son tunc çağında protoazər boylarının bir neçə lokal arxeoloji kul-
turu  görünür  ki,  bu  da  ayrı-ayrı  dialektlərin  mövcud  olmasından  xəbər 
verir.  Belə  ki,  Kür  çayının  sağ  yaxaları  ilə  Gəncə-Qarabağ  bölgələrini 
əhatə  edən  Xocalı-Gədəbəy  kulturu,  ġəki-Zaqatala  zonasında  Qayakənd 

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin