Döş qəfəsində ağrının differensial diaqnostika üzrə klinik protokol


Ağ ciyər arteriyasının tromboemboliyası (AATE)



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1382
1   ...   16   17   18   19   20   21   22   23   ...   43
Ağ ciyər arteriyasının tromboemboliyası (AATE) 

Bu xəstələrin 80-90%-də AATE və  aşağı  ətrafların dərin 

venalarının trombozuna (DVT) meyllilik yaradan bir və ya bir neçə 

risk amilini (RA) aşkar etmək olur. RA aşkar olunması klinisistə 

diaqnozun qoyulmasında yardım edə bilər: xəstənin  

immobilizasiyası – yataq rejimi, ürək çatışmazlığı, çanaq 

orqanlarında, qarın boşluğu orqanlarında, aşağı  ətraflarda  cərrahi 

əməliyyat (bu zaman artıq çəki və yuxarı yaş riski artırır), aşağı ətraf 

sınıqları  və oynaqlarının iltihabı  xəstəlikləri, venaların varikoz 

genəlmələri, qarın boşluğu və kiçik çanaq orqanlarının bəd xassəli 

şişləri metastazlaşma dövründə, piylənmə, hamiləlik, erkən doğuşdan 

sonrakı dövr, əvvəllər obyektiv olaraq diaqnozu qoyulmuş DVT və 

ya keçirilmiş AATE, həmçinin kiçik risk amilləri (hava səyahətləri, 

hormonal kontrasepsiya), trombofiliyalar. 

Klinika xəstənin ilkin vəziyyəti və tromboemboliyanın həcmindən 

asılı olaraq müxtəlif ola bilər: massiv, xüsusən ağ ciyər kötüyü 

şaxələnməsi nahiyəsində baş verən tromboemboliyalar ağır, 

ildırımsürətli gedişə malikdir – tez bir zamanda şok, kəskin ağ ciyər-

ürək çatışmazlığı və ölümlə nəticələnir.  

Kəskin gedişdə  qəfildən döş sümüyü arxasında meydana çıxan 

“xəncər” ağrısı, kəskin təngnəfəslik, ölüm qorxusu, huşun itməsi, AT 

enməsi, sianoz (çuqun rəngi), boyun venalarının  şişməsi aşkar 

olunur. 


Kiçik və orta şaxələrin təkrar tromboemboliyalarında klinikada 

ağrı üstünlük təşkil edir: 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 18

 

döş sümüyünün arxasında, parasternal nahiyədə lokalizasiya 



edir, psevdokoronar xarakterli ola bilər 

 

kəskin meydana çıxır 



 

ağ ciyər infarktı  və plevranın zədələnməsi nəticəsində 

nəfəsalma aktı ilə əlaqədar olur 

 

təngnəfəslik, öskürək, qanhayxırma ilə müşayiət olunur 



 

Fizikal müayinə zamanı taxikardiya, taxipnoe, sianoz (bəzən kül 

rəngdə avazıma), AT-nin enməsi, kollaps 

 

Ağ ciyər arteriyası üzərində II tonun aksenti, sistolik küy 



 

Ağ ciyər infarktı inkişaf etdikdə ağ ciyərlər üzərində səs titrəməsi 



və bronxofoniya güclənmiş, perkutor səsin kütləşməsi, bronxial 

tənəffüs fonunda xırda kalibrli yaş  xırıltılar, infarkt nahiyəsində 

plevra zədələndikdə plevranın sürtünmə küyü 

 



Qara ciyərin böyüməsi 

 


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin