Döş qəfəsində ağrının differensial diaqnostika üzrə klinik protokol



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1382
1   ...   25   26   27   28   29   30   31   32   ...   43
Mədə-bağırsaq xəstəlikləri 

Mədə-bağırsaq xəstəlikləri bəzən döş  qəfəsində  ağrıya səbəb ola 

bilər. Lakin anamnez toplanması  və fizikal müayinə ciddi 

qastrointestinal xəstəliklərin inkar və ya təsdiq edilməsi üçün qeyri-

dəqiq üsullardır, buna görə  də  ağrıya səbəb ola biləcək həyat üçün 

təhlükəli ÜD və ağ ciyər xəstəlikləri inkar olunmalıdır. 



Mədə və on iki barmaq bağırsağın xora xəstəliyi 

Əksərən anamnezində sinir-psixi gərginlik, tütünçəkmə, qeyri-

müntəzəm və qeyri-rasional qidalanma, alkoqol və tünd qəhvə qəbulu, 

irsi meyllilik olan nisbətən cavan yaşlı kişilərdə təsadüf olunur. Sorğu 

zamanı yanaşı gedən xəstəliklər, müxtəlif dərman preparatlarının 

(asetilsalisil turşusu, qlükokortikoid və s.) uzun müddət qəbulu faktı da 

nəzərə alınmalıdır. Xəstəliyin inkişafında və residivləşən gedişində 

Helicobacter pylori infeksiyasının da rolu isbat olunmuşdur. 

 

Xora xəstəliyinin klinikasında ağrı əsas simptomdur. 



 

Ritmikdir, qida qəbulu ilə  əlaqədardır (erkən, gecikmiş, 

acqarına və gecə ağrıları) 

 

Lokalizasiyası mədənin kardial şöbəsinin xorasında atipik olub, 



döş sümüyünün arxasında və ya ondan solda, kiçik əyriliyin 

xorasında – epiqastral nahiyədə, pilorik və duodenal xoralarda – 

epiqastaral nahiyədə orta xətdən sağda, postbulbar xoralarda – 

sağ kürəkaltı və kürəkarası nahiyədə 

 

Periodikdir (dövri xarakter daşıyır) – kəskinləşmə (bir neçə 



gündən 6-8 həftəyə qədər) və remissiya dövrləri (bir neçə aydan 

bir neçə ilə qədər) növbələşir: 

 

sutka ərzində dövrilik – ağrı günün ikinci yarısında güclənir,  



 

fəsli dövrilik – mövsümi xarakter daşıyır, payız-qış aylarında 

kəskinləşir 

 

Xarakteri və intensivliyi – küt, sızıldayan, yandırıcı, kəsici, sancı 



tutmaları şəklində, bəzən çox intensiv 

 

Ağrı sindromu ilə yanaşı qıcqırma, gəyirmə, ürəkbulanma, turş 



möhtəviyyatla qusma, iştahanın artması, bəzən azalması, 

sitofobiya, qəbizlik müşahidə edilir 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 25

Xora xəstəliyi bəzən atipik gedişə malik olub, ağırlaşmaların 

meydana çıxması ilə  təzahür edə bilər. Təcili diaqnostika və tibbi 

müdaxilə tələb edən ağırlaşma xoranın perforasiyasıdır. Bu zaman ağrı 

çox intensiv (“xəncər” ağrısı) olub, qusma, bəzən kollapsla müşayiət 

oluna bilər.  



Fizikal müayinə:  

 



Xəstənin məcburi vəziyyəti – önə  əyilmiş, böyrü üstə uzanmış,  

əlləri ilə epiqastral nahiyəni sıxır 

 

Palpasiyada epiqastral nahiyədə lokal ağrı, mötədil gərginlik 



aşkar olunur 

 



Perforasiya zamanı qarnın ön divarı  əzələlərinin kəskin gərginliyi 

(“taxtavari” qarın), peritonun qıcıqlanma simptomunun meydana 

çıxması, qara ciyər kütlüyünün itməsi təyin olunur 


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin