"Elektron hökumət" portalına müraciət edənlərin sayı getdikcə artır. Rabitə vəİnformasiya Texnologiyaları Nazirliyinin məlumat hesablama mərkəzi tərəfindən hazırlanmış “elektron hökumət” bülletenlərində yer alan məlumatlara görə, 20.11.2012 - 20.12.2012-ci il tarixində “elektron hökumət” portalı vasitəsilə 28 dövlət qurumunun 174 xidmətindən 8 min nəfər istifadə etmişdisə, 2013-cü ilin iyul ayı ərzində 43 dövlət qurumunun 130 elektron xidmətindən yararlananların sayı 74 min nəfər olub.