Elektron hökumət - dövlət qurumlarının vətəndaşlara və biznes qurumlarına informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə xidmət göstərməsidir. Başlıca məqsəd dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, operativliyin yüksəldilməsi və vətəndaşlarla, biznes qurumları ilə, həmçinin öz aralarındakı münasibətlərin daha asan, sadə və şəffaf formada həyata keçirilməsinə nail olmaqdır. Başqa sözlə, müasir dövrdə "elektron hökumət" idarəetmə sisteminin təkmilləşməsinin ən etibarlı üsüludur. «Elektron hökumət» şəffaflıq, dövlət büdcəsinin qorunması və korrupsiyaya qarşı ən effektiv mübarizə vasitəsidir