Xüsusi qabiliyyət imtahanlarına qeydiyyat
10. Xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə təhsil almaq istəyən və imtahanda topladıqları ümumi
balları müvafiq müsabiqə şərtlərini (bax: səh. 14) ödəyən abituriyentlər imtahanların nəticəsi elan olunduqdan sonra
(ixtisas qrupları üzrə) DİM tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/qabiliyyet internet səhifəsinə
daxil olaraq seçdikləri XQTİ-nin aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün
abituriyent tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi
kabinetindəki hesabına əlavə etməlidir.
Elanın “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin cari ildə seçdikləri
(qeydiyyatdan keçdikləri) ilk komissiya üzrə, 4-cü bəndində göstərilən kateqoriyalardan olan abituriyentlərin isə
seçdikləri (qeydiyyatdan keçdikləri) bütün komissiyalar üzrə qabiliyyət imtahanlarında iştirakı dövlət büdcəsinin
vəsaiti hesabına həyata keçirilir.
təqdim etmirlər:
- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən abituriyentlər;
-
Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən abituriyentlər;
-
2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib, onu təsdiq etdirmiş abituriyentlər.
2
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 2 nömrəli əlavəni eservices.dim.gov.az/erizebak/erize
internet ünvanından əldə etmək olar.
3
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 3 nömrəli əlavəni eservices.dim.gov.az/erizebak/erize
internet ünvanından əldə etmək olar.
Qeydiyyatdan keçmiş abituriyentlər DİM tərəfindən elan olunacaq müddətdə qabiliyyət imtahanında iştirak edirlər.
Qabiliyyət imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir (“Abituriyent” jurnalının xüsusi buraxılışı
olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayı) və imtahanların nəticəsi balla və ya “məqbul/qeyri-
məqbul”la qiymətləndirilir. XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə
şərtlərini ödəyən abituriyentlər seçə bilərlər (bax: səh. 14-də “Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə
şərtləri” adlı cədvəl).
Dostları ilə paylaş: |