müəssisələrinə qəbul üçün keçirilən müsabiqəyə buraxılmırlar.
Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2021-ci ildə bu
imtahandan “məqbul” alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.
Tədris dili və xarici dil imtahanları ilə
bağlı xüsusi hallar
8. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən və qəbul imtahanının I mərhələsinin
nəticəsi kimi buraxılış imtahanının nəticəsi əsas götürülən abituriyentlər aşağıdakı hallarda qəbul imtahanının I
mərhələsi üzrə 2 və 3 aprel 2022-ci il tarixlərində əlavə olaraq bəzi fənn və yaxud fənlərdən imtahan verirlər. Bu
zaman onlar hər əlavə imtahan üçün ödəniş edirlər. Ödəniş etmək üçün abituriyent tələb olunan məbləği şəxsi
kabinetindəki hesabına əlavə etməlidir.
-
Dostları ilə paylaş: |