İBTİDAİ araşdirma məRHƏLƏSİNİn anlayişi və VƏZİFƏLƏRİ. TƏHQİqat cinayət prosesiNDƏ İBTİDAİ araşdirma nöVÜ KİMİ



Yüklə 41,05 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü41,05 Kb.
#37171
  1   2
referat 5563

I FƏSlL


İBTİDAİ ARAŞDIRMA MƏRHƏLƏSİNİN ANLAYIŞI VƏ VƏZİFƏLƏRİ.TƏHQİQAT CİNAYƏT PROSESİNDƏ İBTİDAİ ARAŞDIRMA NÖVÜ KİMİ.
İbtidai araşdırma cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraatdır (AR CPM-in 7.0.22-ci maddəsi). İbtidai araşdırmanın həyata ke­çirilməsində əsas məqsəd sübut edilməli olan halların müəy­yən edilməsinə xidmət edən sübut bazasının formalaşdırıl­ması, başqa sözlə işin məhkəməyə göndərilməsi üçün hazır­lanmasıdır.

İbtidai araşdırma cinayət prosesinin ikinci müstəqil mərhələsidir. Cinayət prosesinin mərhələləri sistemində ibti­dai araşdırma mərhələsinin yerini onun aşağıdakı əlamətləri müəyyən edir:

1. İbtidai araşdırma, ilk növbədə, müstəqil prosessual mər­hələ kimi çıxış edir. Bu əlamətin əhəmiyyəti ondadır ki, o, ibtidai araşdırmaya hər bir müstəqil mərhələnin malik ol­duğu zəruri elementlərin xas olduğuna işarə edir. Belə ki, hər bir prosessual mərhələnin özünəməxsus davam etmə müddəti, yəni başlanma və bitmə anları olmalıdır. İbtidai araşdırmanın formasından asılı olaraq bu spesifik müddətlər (ibtidai istintaq və təhqiqat müddətləri) qanunla müəyyən edilmişdir.1 Hər bir mərhələnin xüsusi subyekt dairəsi olma­lıdır - ibtidai araşdırmada şübhəli və ya təqsirləndirilən şəxs (bir qayda olaraq, cinayət törədən şəxs, təqsirləndirilən şəxs statusunu ibtidai araşdırmada əldə edir, lakin nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs məhkəmə mərhələlərinin də subyektidir), ibtidai araşdırmaya prosessual rəhbərliyi həya­ta keçirən prokuror, müstəntiq, təhqiqatçı kimi spesifik subyektlər mövcud olur. Hər bir mərhələnin spesifik yekun prosessual qərarı (prosessual aktı) olmalıdır - məsələn, itti­ham aktı yalnız ibtidai araşdırma mərhələsində tərtib edilə bilən prosessual akt kimi çıxış edir;

2. İbtidai araşdırma mərhələsində cinayət-prosessual fəa­liyyətin əsas lıissəsi səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilir. Bu əlamət ibtidai araşdırmanı həyata ke­çirmək hüququ olan subyektlərin dairəsini müəyyən edir. İbtidai araşdırma təhqiqatçı, müstəntiq və ibtidai araşdır­maya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfin­dən realizə edilir;

3. İbtidai araşdırma mərhələsində həyata keçirilən cinayət-prosessual fəaliyyət qanunla ciddi şəkildə tənzimlənir. Bu əlamət ibtidai araşdırmanın normativ bazasına və leqallıq kriteriyalarına işarə edir. AR CPM-in həm Ümumi, həm də Xüsusi hissəsinin normalarının əhəmiyyətli hissəsi ibtidai araşdırma mərhələsinin hüquqi tənzimlənməsinə yönəlmiş­dir. Xüsusilə, AR CPM-in XXVl - XXXIX fəsilləri ibtidai araşdırma mərhələsinin ayrı-ayrı məsələlərinə həsr edilmiş­dir;

4. İbtidai araşdırmanın spesifik təyinatı cinayət mühakimə icraatının ümumi təyinatı ilə uzlaşır. Bu əlamət ibtidai araş­dırmanın cinayət prosesinin mərhələləri sistemində harmo­nik element kimi çıxış etməsinə işarə edir.1 Əgər ibtidai araş­dırma mərhələsində cinayətdən zərər çəkmiş şəxslərin pozulmuş hüquqları və qanuni maraqları bərpa edilməzsə və ya onların bərpa edilməsi üçün zəruri zəmin yaranmazsa (məsələn, şəxs zərər çəkmiş şəxs qismində tanınmazsa və ya cinayət məsuliyyətinə cəlb edilməli olan şəxs müəyyən edil­məzsə), eləcə də təqsirsiz şəxslər cinayət təqibinə məruz qa­larsa (məsələn, şəxs barəsində qanunsuz olaraq təqsirləndiri­lən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərsə), cinayət mühakimə icraatının məqsədinə nail olmadan söhbət gedə bilməz.

Hər bir mərhələdə olduğu kimi, ibtidai araşdırma mərhələsinin də qarşısında həll edilməli olan vəzifələr vardır. Onlara aşağıdakıları aid etmək olar:

1. işin həll edilməsi üçün əhəmiyyət kəsb edən sübutla­rın toplanması və onların mühafizə edilməsi;

2. cinayətin üstünün açılması, cinayət törətmiş şəxsin (şəxslərin) ifşa edilməsi;

3. ittihamın formalaşdırılması, təqsirləndirilən şəxsə elan edilməsi və formulə edilərək məhkəməyə təqdim edilməsi;

4. cinayətin törədilməsinə aidiyyəti olmayan şəxslərin qa­nunsuz və əsassız olaraq cinayət təqibindən qorunması, ib­tidai araşdırmaya cəlb olunmuş şəxslərin hüquqlarının və qanuni maraqlarının təmin edilməsi;

5. cinayət nəticəsində dəymiş zərərin ödənilməsinin təmin edilməsi, cinayətin qurbanlarının və zərər çəkmiş şəxslərin hüquqlarının müdafiə edilməsi;

6. cinayətin törədilməsinə imkan yaradan səbəb və şərai­tin müəyyən edilməsi, onların qarşısının alınması və profi­laktikası.

AR CPM-in XXVI fəsli «İbtidai araşdırmanın ümumi şərtləri»nə həsr edilmişdir. Yeni CPM qəbul edilənə qədər «ibtidai araşdırma» kateqoriyasından qanunvericilik sə­viyyəsində istifadə edilmirdi. Bu səbəbdən də, nəzəriyyədə ibtidai araşdırmanın deyil, ibtidai istintaqın aparılmasının ümumi şərtlərindən bəhs olunurdu.

Prof. C.H. Mövsümov qeyd edirdi ki, «ibtidai istin­taqın qarşısında duran vəzifələrin müvəffəqiyyətlə başa çat­dırılmasını təmin etmək üçün qanun istintaqın aparılması zamanı müəyyən edilmiş ümumi şərtlərə əməl edilməsini tə­ləb edir ... həmin şərtlər hər hansı cinayətin istintaqı zamanı müstəntiq tərəfindən rəhbər tutulmalı və danışıqsız yerinə yetirilməlidir».1

Maraqlıdır ki, artıq yeni CPM-in qəbul edilməsindən sonra prof. M.Ə. Cəfərquliyev tərəfindən hazırlanmış dərs­likdə də «cinayət işləri üzrə ibtidai istintaqın aparılmasının ümumi şərtləri» ifadəsindən istifadə edilməsinə üstünlük ve­rilmişdir: «ibtidai istintaqın tam, obyektiv və hərtərəfli apa­rılması, onun qarşısında duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün konkret şərait yaradılmalıdır ... bu şəraiti təmin etmək məqsədi ilə qanun ibtidai istintaqın aparılması zamanı cinayət-prosessual qanunvericilik tərəfindən müəyyən edilmiş ümumi şərtlərə əməl edilməsini tələb edir». Prof. M.Ə. Cəfərquliyev həmin ümumi şərtləri hüquqi tələb­lər kimi xarakterizə edir və qeyd edir ki, onlar bütün işlər üzrə ibtidai araşdırmanın həyata keçirilməsinin vahid və məcburi prosessual qaydasını təşkil edir.2

İbtidai araşdırmanın ümumi şərtlərindən danışarkən bilmək lazımdır ki, onlar cinayət prosesinin prinsiplərinin ib­tidai araşdırma mərhələsində realizə edilməsi üçün zəruri şə­rait yaradan və həmin prinsiplərin realizə edilməsi xüsusiyyət­lərini müəyyən edən, ibtidai araşdırma mərhələsi üçün məcbu­ri olan göstərişlərdir. İbtidai araşdırmanın ümumi şərtlərini müasir dövrdə yalnız ibtidai istintaqın ümumi şərtləri kimi nəzərdən keçirmək doğru deyildir. Artıq qeyd edildiyi kimi, ibtidai araşdırma cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraat olduğundan, ibtidai araşdırmanın ümumi şərtləri həm ibtidai istintaqa, həm də təhqiqata aid olan məcburi göstərişlərdir.

AR CPM-in XXVI fəslinin sistemi əsas götürüldük­də, ibtidai araşdırmanın ümumi şərtləri aşağıdakılardır:



  1. cinayət işləri üzrə təhqiqatın aparılması;

  2. cinayət işləri üzrə ibtidai istintaqın aparılması;

  3. ibtidai araşdırmanın aparıldığı yer;

  4. ibtidai araşdırmanın başlanması;

  5. ibtidai araşdırmanın müddətləri:

  6. ibtidai araşdırmanın qurtarması;

  7. cinayət prosesi iştirakçılarının hüquqlarının izahının təmin edilməsinin və vəsatətlərinə baxılmasının məcburiliyi;

  8. cinayətin törədilməsinə şərait paradan halların müəy­yən edilməsi və aradan qaldırılması vəzifəsi;

  9. ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi.

Nəzəriyyədə, bu şərtlərin bəziləri birləşdirilərək vahid ümumi şərt kimi də nəzərdən keçirilir. Məsələn, yuxarıda sadalanan ilk üç ümumi şərtin bir sıra müddəalarını ibtidai araşdırma aidiyyəti kimi vahid şərt formasında da nəzərdən keçirmək olar.1

Dərsliyin bu fəslinin sonrakı hissələrində yuxanda sadalanan ümumi şərtlərin əksəriyyətindən ibtidai istintaqın və təhqiqatın prosessual xarakteristikasının verilməsi zama­nı istifadə ediləcəyi üçün bu paraqrafda aşağıdakı üç ümumi şərtin izahının verilməsini məqsədəuyğun hesab edirik.

Cinayət prosesi iştirakçılarının hüquqlarının izahının təmin edilməsinin və vəsatətlərinə baxılmasının məcburiliyi. İbtidai araşdırmanın aparılması zamanı müstəntiq və ya təhqiqatçı şübhəli təqsirləndirilən şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə, istintaq hərə­kətlərinin aparılmasında iştirak edən digər şəxslərə onların hüquq və vəzifələrini, habelə üzərlərinə qoyulmuş vəzifələrin icra edilməməsinin nəticələrini izah etməlidir.

Hüquq və vəzifələrin, eləcə də məsuliyyətin izah edil­məsi formal xarakter daşımamalı, hüquq və vəzifələri izah edilən tərəf üçün aydın və anlaşıqlı olmalıdır. Bəzi sub­yektlər (şübhəli və təqsirləndirilən şəxs) üçün bu izahatla ya­naşı, hüquq və vəzifələrin sistemini əks etdirən yaddaş vərə­qəsinin verilməsi qaydası da qanunda təsbit edilmişdir. İzah alan tərəf öz hüququnun mahiyyətini başa düşmədikdə, izah verəndən bu barədə aydınlaşdırma aparmasını xahiş etməkdə haqlıdır. İzah verən isə, belə xahişi rədd etməməli və müvafiq izahları qarşı tərəfin anlayacağı tərzdə ona başa salmalıdır.

Hüquq və vəzifələrin, ən əsası məsuliyyətin izah edilməsinin effektivliyi və qanuniliyi üçün belə izahlar hər hansı prosessual hərəkətin başlanğıc anında, prosessual hə­rəkətdə iştirak edəcək şəxslərin işlə bağlı hər hansı bir möv­qe bildirməsindən əvvəl verilməlidir.

İbtidai araşdırmanın aparılması zamanı müstəntiq və ya təhqiqatçı cinayət prosesi iştirakçılarının qaldırdığı bütün vəsatətlərə - istər bu və ya digər prosessual hərəkətin həyata keçirilməsi zamanı bildirilmiş şifahi formada vəsatətlərə, istərsə də səlahiyyətli dövlət orqanlarına ünvanlanmış yazılı formada vəsatətlərə baxmalıdır. Vəsatətlərə ağlabatan müd­dətlərdə mümkün qədər tez, hər bir halda onların daxil olduğu vaxtdan beş gündən gec olmayaraq baxılmalıdır.

Vəsatətə baxma – onda ifadə olunmuş xahişin əsaslı olub-olmamasının yoxlanmasını, xahişin təmin edilməsinin cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb edib-etməmə­sinin dəyərləndirilməsini və nəticədə vəsatətin tam təmin edilməsi, qismən təmin edilməsi (təmin edilməsinin qismən rədd edilməsi) və ya təmin edilməsinin rədd edilməsi haq­qında əsaslandırılmış qərarın çıxarılmasını və bu barədə və­satət vermiş şəxsin məlumatlandırılmasını (qəbul edilmiş qərarın surətinin dərhal göndərilinəsi yolu ilə) ehtiva edir. Vəsatətin rədd edilməsindən şikayət verilməsi cinayət-pro­sessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Lakin vəsatətin rədd edilməsi onun cinayət prosesinin sonrakı mərhələ­lərində və ya cinayət prosesini həyata keçirən digər orqana vəsatətlə təkrar müraciətinə mane olmur.1

Cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb etdikdə istintaq hərəkətlərinin aparılması haqqında yazılı vəsatətlə­rin təmin edilməsinin əsassız rədd edilməsinə yol verilmir.

Cinayətin törədilməsinə şərait yaradan halların müəy­yən edilməsi və aradan qaldırılması vəzifəsi. İbtidai araşdır­manın bu ümumi şərtinin böyük profilaktik əhəmiyyəti var­dır. Cinayətin törədilməsinə şərait yaradan hallar dedikdə, ayrı-ayrı hüquqi və ya vəzifəli şəxsin cinayət məsuliyyətinə səbəb olmayan etinasızlığı və s. formada təzahür olunan diqqətsizliyi nəticəsində cinayətin törədilməsi üçün əlverişli şərait yaradan vəziyyətin yaranmasına səbəb olan hallar ba­şa düşülməlidir. Qüvvədə olan cinayət-prosessual qanunve­riciliyin məzmunundan aydın olur ki, cinayətin törədilməsi­nə imkan yaradan hallar özündə cinayətin səbəblərini və şə­raitini ehtiva edir. İbtidai araşdırmanın aparılması zamanı cinayətin törədilməsinə imkan yaradan halların - cinayətin səbəb və şəraitinin müəyyən edilməsi müstəntiqin vəzifəsidir. Müstəntiq belə halların aşkar edilməsi ilə kifayətlənməməli, onların aradan qaldırılmasını təmin etmək məqsədilə müva­fiq hüquqi və ya vəzifəli şəxsin ünvanına cinayətin törədil­məsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərməlidir.2 Qanuna əsasən, müstəntiqin belə bir təqdimatına baxılması məcburi­dir, lakin müstəntiq öz təqdimatında hüquqi və ya vəzifəli şəxsə konkret tədbirlərin görülməsi barədə məcburi göstəriş verə bilməz. Hüquqi və ya vəzifəli şəxs müstəntiqin ünvanladığı təqdimata mütləq baxmalı və nəticəsi barədə müddətində müstəntiqə yazılı məlumat verilməlidir.

Göstərilənlərlə yanaşı, “Prokurorluq haqqında” qa­nuna əsasən, ibtidai araşdırmaya prosessual rəhbərliyi hə­yata keçirən prokuror qanun pozuntularının, onları doğu­ran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə təqdimat verə, eləcə də, qanun pozuntularından çəkindirmək məqsədi ilə vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edə bilər.

İbtidai araşdırma məlumatlarının yayılmasının yolve­rilməzliyi. İbtidai araşdırma məlumatlarının yayılmasının qarşısının alınması ibtidai araşdırma sirrinin qorunmasına yönəlmişdir. İbtidai araşdırma sirri-cinayət və cinayət-prosessual qanunvericiliklə qorunan cinayət işinin təhqiqatı və istintaqı ilə bağlı olan,yayılması və ya qeyri-qanuni isti­fadəsi təhqiqatın və istintaqın və ya onun iştirakçılarının qanuni maraqlarına ziyan vura bilən konfidensial məlu­matdır. İbtidai araşdırmanın heç də bütün məlumatları yayılma qadağası altında deyildir. Cinayət işi üzrə məhkəmə baxışınadək ibtidai araşdırma məlumatları yalnız ibtidai araşdırmanın maraqlarına zidd olmayan, habelə cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelə­rini pozmayan həcmdə yayıla bilər. Başqa sözlə, ibtidai araşdırma məlumatları ibtidai araşdırma sirrini təşkil etmə­diyi hallarda yayıla bilər. İbtidai araşdırma sirrini təşkil edən məlumatlar dedikdə, cinayət və cinayət-prosessual qanunvericiliklə qorunan, ibtidai araşdırmanın maraqlarını əks etdirən, konfidensiallığı təhqiqatçı, müstəntiq, yaxud ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən müəyyən edilən və ibtidai araşdırmanın maraqlarına real və potensial təhlükənin qarşısının alınması məqsədilə yayılmasına qadağa qoyulan məlumatlar başa düşülür.

İbtidai araşdırma məlumatlarının yayılmasının yol­verilməzliyi barədə tələbə riayət edilməsinin təmin edilməsi məqsədilə müstəntiq və ya təhqiqatçı şahidə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya və mülki cavabdehə, onların nüma­yəndələrinə, mütəxəssislərə, ekspertlərə, tərcüməçilərə, hal şahidlərinə, müdafiəçilərə və digər şəxslərə onların razılığı olmadan ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi barədə yazılı xəbərdarlıq edir.1

AR CPM-in 222.2-ci maddəsinə əsasən, ibtidai araş­dırma məlumatlarının yayılmasına yalnız ibtidai araş­dırmanı aparan şəxsin ibtidai araşdırmaya prosessual rəh­bərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə yol verilir. İbtidai araşdırma məlumatları yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya pro­sessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə, ibtidai araşdırmanın maraqlarına zidd ol­madığı və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmadığı halda cinayət prosesinin işti­rakçıları və jurnalistlər tərəfindən yayıla bilər.

Qanunla müəyyən edilmiş qaydada yayılmaması barə­də xəbərdarlıq edilmiş şəxs tərəfindən cinayət prosesini həyata keçirən (həmçinin, məhkəmə nəzarətini həyata keçirən məh­kəmənin) orqanın icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılması maraqlı şəxsə mənəvi və ya maddi zi­yan vurulmasına səbəb olarsa, təqsirli şəxslər AR CM-in 300-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunurlar.

II FƏSİL

TƏHQİQATIN PROSESSUAL XARAKTERİSTİKASI. TƏHQİQATIN NÖVLƏRİ:




  1. İbtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı şəklində təhqiqat.

  2. Böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə məhkəməyədək saələşdirilmiş icraat şəklində təhqiqat.

Cinayət prosesində ibtidai araşdırmanın növü kimi təhqiqat iki formada aparılır:

a) İbtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirə­salınmaz istintaq hərəkətlərinin icraatı şəklində təhqiqat (təh­qiqatın bu formada aparılması zamanı tahqiqatçı cinayət işi başlayır və ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə 10 gündən artıq olmayan müddətə təxirəsalınmaz istintaq hərəkətləri aparır və cinayət işini istintaq orqanına göndə­rir);1

b) Böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat (təhqiqatın bu formada aparılması zamanı cinayət işi baş­lanmır, sadələşdirilmiş icraat açılır, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə təhqiqat şikayətin təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 gün müddətində, CPM -in 295.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 20 gün müddətində aparılır, nəticədə yekun protokol tərtib edilir).

Cinayət işləri üzrə təhqiqat AR CPM-in 214.2-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqan­larının təhqiqatçıları və qanunla səlahiyyət verilmiş şəxslər tərəfindən aparılır.

AR CPM-in 214.2.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının təhqiqatçılan dedik­də, Azərbaycan Respublikasının daxili işlər, milli təhlü­kəsizlik, sərhəd xidməti, fövqəladə hallar, vergi və gömrük orqanlarının (təhqiqat orqanlarının) təhqiqatçılan başa dü­şülür, yəni adı çəkilən orqanların müstəntiqlərinin səlahiy­yətlərinə aid edilmiş cinayətlər üzrə həmin orqanların təhqiqalçıları səlahiyyətləri daxilində təhqiqat aparırlar.


AR CPM-in 214.2.2-ci maddəsinə əsasən isə rəhbərlik etdikləri hərbi hissələrin, hərbi idarələrin (müvafiq icra ha­kimiyyəti orqanına aid hərbi hissələr və hərbi idarələr istisna olmaqla - burada müvafiq icra hakimiyyəti orqanı dedikdə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutu­lur), cəzaçəkmə müəssisələrinin, həbs yerlərinin, dəniz gəmi­lərinin yerləşdiyi ərazidə (ərazi üzrə) törədilmiş cinayətlərə dair cinayət işləri üzrə - müvafiq olaraq təhqiqatçı səlahiyyətlərini həyata keçirən hərbi hissə komandirləri, hərbi idarə rəisləri, cəzaçəkmə müəssisələrinin və ya həbs yerlərinin rəis­ləri, dəniz gəmilərinin kapitanları və digər müvəkkil edilmiş şəxslər; əks-kəşfiyyat fəaliyyətinin təminatı həyata keçirilən hərbi hissələrdə, hərbi idarələrdə təhlükəsizlik orqanlarının səlahiyyətlərinə aid olan işlər üzrə - Milli Təhlükəsizlik Na­zirliyinin təhqiqatçıları, AR CPM-in 214.2.3-cü maddəsində nəzərdə tutulan Müdafiə Nazirliyinə aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə isə müvafiq icra hakimiyəti orqanının, yəni AR Müdafiə Na­zirliyinin təhqiqatçıları tərəfindən təhqiqat aparılır.1
İbtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirə­salınmaz istintaq bərəkətlərinin icraatı şəklində təhqiqat ci­nayətin izlərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi məq­sədilə aparılır. İbtidai araşdırmanın bu növündə təhqiqat zamanı təhqiqatçı öz səlahiyyətləri daxilində törədilmiş və ya hazırlanan cinayət barədə ona daxil olmuş ərizə və digər məlumata baxır, cinayət təqibini istisna edən hallar yoxdur­sa, kifayət qədər səbəblər və əsaslar vardırsa cinayət işi baş­layır və bu barədə dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir. İbtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istin­taq hərəkətlərinin icraatı şəklində təhqiqat 10 gündən artıq olmayan müddətə aparılır. Bu şəkildə olan təhqiqat dövrü ərzində təhqiqatçı şübhəli şəxsi tuta və təxirəsalınmaz istin­taq hərəkətləri həyata keçirə bilər. AR CPM-də təxirəsalınmaz istintaq hərəkətinə şübhəli şəxsin, zərər çəkmiş şəxsin, şahidin, mülki iddiaçının, mülki cavabdehin, şahidlərin din­dirilməsi, axtarış, müayinə (şəxsi müayinə) və götürmə kimi istintaq hərəkətləri aid edilmişdir. Təhqiqatçı bu şəkildə təhqiqatı həyata keçirərkən cinayət işinin başlanmasından sonra 10 gündən gec olmayaraq sonrakı araşdırmanın apa­rılması üçün cinayət işini istintaq orqanına göndərməlidir.
CPM-nin 86.5-ci maddəsinə uyğun olaraq, təhqiqat zamanı təhqiqatçı öz icraatında olan işlə əlaqədar qeyri-aş­kar üsullarla əməliyyat-axtarış tədbirləri keçirməyə haqlı deyildir.
Cinayət işi müstəntiqə göndərildikdə təhqiqatçının icraatından çıxmış sayılır və bundan sonra təhqiqatçı yalnız müstəntiq və ya ibtidai araşdırmam həyata keçirən prokuro­run tapşırığı ilə ayrı-ayrı istintaq hərəkətlərini apara və ya əməliyyat-axtarış tədbirlərini həyata keçirə bilər. Bununla yanaşı, cinayət işinin başlanılmasından 10 gün keçdikdən sonra cinayət açılmamış qalarsa, təhqiqatçı cinayət törətmiş şəxsin müəyyən və aşkar edilməsi, tutulması və müstəntiqə təhvil verilməsinə dair tədbirlər görməlidir.
Böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat AR CM-in böyük ictimai təhlükə törətməyən cinayətlər nə­zərdə tutan bütün normaları ilə deyil, yalnız qanunvericinin konkretləşdirdiyi - AR CPM-in 214.4-cü maddəsində göstə­rilən AR CM-in 127.1, 128-131, 174-176, 177.1, 185.1, 187.1, 187.2, 188, 197.1, 200.1, 201.1, 221.1, 256.1, 258.1, 258.2, 259.1, 263.1 və 326-cı maddələrində nəzərdə tutulmuş böyük icimai təhlükə törətməyən aşkar cinayətlər üzrə aparılır.

Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək icraat şəklində tədqiqat CPM-da nəzərdə tutulmuş xüsusiləşdirilmiş (sadələşdirilmiş) prosessual qaydada apanlır. Belə ki, AR CPM-in 293.1-ci maddəsinə əsasən AR CPM-in 214.4-cü maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən təhqiqatçıya, müstəntiqə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilir. Bu şikayət həm yazılı, həm də şifahi formada ola bilər. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror şikayəti dər­hal qeydə alıb, ona baxarkən cinayət təqibinin həyata keçi­rilməsi üçün səbəb və əsasların olması qənaətinə gəldikdə, yazılı şikayətə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokola dərkənar qoymaqla şikayətin daxil olduğu vax­tdan 24 saatdan gec olmayaraq cinayət təqibi üzrə məh­kəməyədək sadələşdirilmiş icraat açır. Səlahiyyətli sub­yektlər cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasların olmaması qənaətinə gəldikdə, şikayətin daxil ol­duğu vaxtdan 24 saatdan gec olmayaraq qəbul edilmiş qəra­rın əsaslarını göstərməklə cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmasından imtina barədə qərar çı­xarmalıdır. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət­lər üzrə şikayətə baxarkən və ya böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdiril­miş icraat şəklində təhqiqatın gedişində məhkəməyədək sa­dələşdirilmiş prosedur daxilində aparılması mümkün ol­mayan istintaq hərəkətlərinin aparılması zərurəti yarandı­qda, təhqiqatçının və ya müstəntiqin vəsatəti, yaxud öz tə­şəbbüsü ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanması haqqında qərar qəbul etmək və ibtidai istintaqın aparılmasını müvafiq istin­taq orqanına tapşırmaq hüququna malikdir. Məhkəməyə­dək sadələşdirilmiş icraat şəklində təhqiqat böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayətin təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəh­bərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 (on) gün müddətində aparılır.1 Bu zaman təhqiqatçı məhkə­mə baxışının hərtərəfli, tanı və obyektiv aparılmasını təmin etmək üçün zərər çəkmiş şəxsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, şahidləri və digər şəxsləri din­dirməklə, habelə zəruri arayışlar tələb etməklə cinayət qa­nunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi hallarım, onu törədənin şəxsiyyətini və zəruri olan digər halları müəyyən edir. Bu hallar məhkəmə baxışının aparılması üçün kifayət etmədikdə, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat zamanı zəruri sübutların toplanılması məqsədilə təhqiqatçı şikayətin daxil olduğu vaxtdan, 20 (iyirmi) gün müddətində CPM-in 86.4.2-ci maddəsində göstərilən şübhəli şəxsi tutmaq, onu, zərər çəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyin etmək, ta­nınmaya təqdim etmək, baxış, axtarış, götürmə, müayinə (SSKSİ müayinə), üzləşdirmə, istintaq eksperimenti kimi təxirəsalınmaz istintaq hərəkətlərini apara bilər. Belə sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair təhqiqatçı ye­kun protokol tərtib edir.2 Yekun protokolunda aşağıdakılar göstərilir:

1) protokolun tərtib edildiyi tarix, vaxt və yer;

2) protokolu tərtib etmiş təhqiqatçının soyadı, adı və atasının adı, vəzifəsi;

3) böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət vermiş şəxsin soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, ailə vəziyyəti, iş yeri və vəzifəsi, qeydiyyat­da olduğu və faktiki yaşadığı yer;

4) cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, ailə vəziyyəti, iş yeri və vəzifəsi, qeydiyyatda olduğu və faktiki yaşadığı yer;

5) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, onun vaxtı, üsulu, motivi, nəticələri və digər mühüm halları haqqında məlumat;

6) cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsirliliyini təsdiq edən sübutlar;

7) cinayət qanununun maddəsi göstərilməklə əməli tö­rətmiş şəxsin hərəkətlərinin tövsifı;



8) məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı.
Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu imzaladıqdan sonra təhqiqatçı AR CPM 296.3-cü maddəsində nəzərdə tutulmuş subyektlərin sadələşdirilmiş icraatın materialları ilə tanış olmalarını təmin edir və bundan sonra yekun protokolu təsdiq üçün məhkə­məyədək sadələşdirilmiş icraatın bütün materialları ilə bir­likdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçi­rən prokurora göndərilir.1


Yüklə 41,05 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin