“Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında


QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



Yüklə 50,98 Kb.
səhifə4/5
tarix20.11.2023
ölçüsü50,98 Kb.
#166049
növüQaydalar
1   2   3   4   5
208-IQ-“Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



1 29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:


Bu Əsasnamə 1993-cü il 7 yanvar tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında”, 1994-cü il 12 iyul tarixli “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarına və 1995-ci il 29 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olmuş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na (bundan sonra — Dövlət Proqramı) uyğun olaraq tərtib olunmuş, Dövlət Proqramının həyata keçirilməsi məqsədini daşıyır və həmin Proqramda özəlləşdirilməsi nəzərdə tutulmuş müvafiq dövlət müəssisələrinin yuxarıda göstərilən qanunlar nəzərə alınmaqla səhmdar cəmiyyətlərinə çevrilməsinin qaydalarını müəyyən edir.



2 29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 3-cü bəndindən “Dövlət Proqramına əsasən” və “(Dövlət Proqramının 1 nömrəli Əlavəsinin 2-ci, 3-cü, 4-cü və 5-ci bölmələri)” sözləri çıxarılmışdır.
3. Dövlət Proqramına əsasən özəlləşdirməyə münasibətdə dövlət mülkiyyəti obyektlərinin təsnifatına uyğun olaraq müəssisənin səhmdar cəmiyyətinə çevrilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir (Dövlət Proqramının 1 saylı Əlavəsinin 2-ci, 3-cü, 4-cü, 5-ci bölmələri).



3 29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 4-cü bəndindən “Dövlət Proqramına müvafiq olaraq” sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:


4. Dövlət Proqramına müvafiq olaraq dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilməsi həmin müəssisələrdə yaradılmış özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş özəlləşdirmə planları əsasında həyata keçirilir.



4 29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 5-ci bəndindən “Dövlət Proqramına əsasən” sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:


5. Dövlət Proqramına əsasən dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilən dövlət müəssisələrinin dövlətin adından təsisçisi kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir.



5 29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 6-cı bəndindən “Dövlət Proqramına müvafiq olaraq” sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:


6. Dövlət Proqramına müvafiq olaraq dövlət müəssisəsinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətinə çevrilməsi əsasında yaradılmış səhmdar cəmiyyətinin fəaliyyəti bu Əsasnamədə müəyyən edilən xüsusiyyətlər nəzərə alınmaqla qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir.



6 29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 7-ci bəndindən “Dövlət Proqramına əsasən” sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:


7. Dövlət Proqramına əsasən dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərinə çevrilməsi aşağıdakı qaydada həyata keçirilir:



7 5 noyabr 2022-ci il tarixli 621-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1365) ilə “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin 7.2-ci bəndinin birinci cümlədə “təsis sənədlərini qüvvədə olan qanunvericiliyə əsasən dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edir” sözləri “onun “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmasını təmin edir” sözləri ilə əvəz edilmişdir və ikinci cümlə ləğv edilmişdir.

8 30 aprel 2004-ci il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, № 7, maddə 505) ilə 7.2-ci yarımbəndinin ikinci abzası çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:


Səhmdar cəmiyyətinin dövlət qeydiyyatına görə müvafiq icra hakimiyyəti orqanı dövlət rüsumu ödəməkdən azad olunur.



9 29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 7.3-cü yarımbəndinin birinci və ikinci abzaslarından “Dövlət Proqramına uyğun olaraq” sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:


7.3. Dövlət Proqramına uyğun olaraq dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin və digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır (səhmlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanılan hallar istisna edilməklə).
Dövlət Proqramına uyğun olaraq dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur.



10 29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (

Yüklə 50,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin