“Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında
Azərbaycan RESPUBLİKASININ Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə” təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 29 noyabr 1996-cı il
№ 208-IQ
|
Azərbaycan Respublikasının
1996-cı il 29 noyabr tarixli 208-1 Q saylı Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında
Əsasnamə
I. ÜMUMİ MÜDDƏALAR
1. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsinin qaydalarını müəyyən edir. 1
2. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi və onların özəlləşdirilməsi zamanı həmin müəssisələrdə çalışan işçilərin hüquqları, habelə əhalinin sosial müdafiəsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq təmin edilir.
3. Özəlləşdirməyə münasibətdə dövlət mülkiyyəti obyektlərinin təsnifatına uyğun olaraq müəssisənin səhmdar cəmiyyətinə çevrilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. 2
4. Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilməsi həmin müəssisələrdə yaradılmış özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş özəlləşdirmə planları əsasında həyata keçirilir. 3
5. Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilən dövlət müəssisələrinin dövlətin adından təsisçisi kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. 4
6. Dövlət müəssisəsinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətinə çevrilməsi əsasında yaradılmış səhmdar cəmiyyətinin fəaliyyəti bu Əsasnamədə müəyyən edilən xüsusiyyətlər nəzərə alınmaqla qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir. 5
Dostları ilə paylaş: |