“Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25



Yüklə 50,98 Kb.
səhifə5/5
tarix20.11.2023
ölçüsü50,98 Kb.
#166049
növüQaydalar
1   2   3   4   5
208-IQ-“Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 7.5-ci yarımbəndindən “Dövlət Proqramına əsasən” sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:


7.5. Dövlət Proqramına əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır.



11 29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 7.6-cı yarımbəndlərindən “Dövlət Proqramına (həmin Proqramına 11 nömrəli Əlavə) əsasən” və “və yaxud qızıl səhm”in buraxılması formasında” sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:


7.6. Dövlət Proqramına (həmin Proqrama 11 saylı Əlavə) əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsinin sahə xüsusiyyətləri nəzərə alınaraq özəlləşdirilməyə məhdudiyyətlər yalnız adi (səs hüququ olan) səhmlərin nəzarət zərflərinin (51 %) və məhdudlaşdırıcı hissəsinin (25,5 %-dən az olmayan) dövlətin mülkiyyətində qalması yolu ilə və yaxud “qızıl səhm”in buraxılması formasında qoyula bilər.



12 29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 7.7-ci yarımbəndinin birinci abzasında “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə” sözləri ilə əvəz edilmişdir.



13 29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 7.8-ci yarımbəndindən (birinci halda) “Dövlət Proqramına əsasən” və (ikinci halda) “Dövlət Proqramına müvafiq olaraq” sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:


7.8. Dövlət Proqramına əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmdarlarının birinci ümumi yığıncağı keçirilənədək səhmdar cəmiyyətinin idarə heyətinin sədri Dövlət Proqramına müvafiq olaraq müəssisənin səhmdar cəmiyyətinə çevrilməsi haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.



14 29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 7.9-cu yarımbəndindən (birinci halda) “Dövlət Proqramına əsasən” sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:


7.9. Dövlət Proqramına əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmdarlarının birinci ümumi yığıncağı səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı gündən 12 (on iki) ay müddətindən gec olmayaraq keçirilir.



15 29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 7.10-cu yarımbəndindən (birinci halda) “Dövlət Proqramına əsasən” sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
7.10. Dövlət Proqramına əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin daimi idarəetmə orqanları bu Əsasnamənin 7.11-ci bəndində göstərilən hal istisna olmaqla səhmdarların birinci ümumi yığıncağında formalaşdırılır.



16 29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 8-ci bəndindən “Dövlət Proqramına əsasən” sözləri çıxarılmış və “Dövlət Proqramı ilə” sözləri “qanunvericiliklə” sözü ilə əvəz edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:


8. Dövlət Proqramına əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmlərinin (nizamnamə kapitalının hissələrinin) satışının başladığı anı, satışı qaydaları və üsulları, özəlləşdirmədə verilən güzəştlər və s. Dövlət Proqramı ilə müəyyən edilir.



17 29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 10-cu bəndindən “Dövlət Proqramına əsasən” sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:


10. Dövlət Proqramına əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmlərinin satışı Milli Depozit Sistemi tərəfindən aparılan səhmdarların reyestrində müvafiq dəyişikliklər etmək yolu ilə qeydiyyatdan keçirilir

11 noyabr 2016-cı il tarixli 392-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2016-cı il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2005) ilə 10-cu bəndinin birinci abzasında “Milli Depozit Sistemi” sözləri “Milli Depozit Mərkəzi” sözləri ilə əvəz edilmişdir.





18 11 noyabr 2016-cı il tarixli 392-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2016-cı il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2005) ilə 10-cu bəndinin ikinci abzasında səhmlərə dair şəhadətnamə (sertifikat)” sözləri “səhmlər üzrə depo hesabından çıxarış” sözləri ilə əvəz edilmişdir.



Yüklə 50,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin