“Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında


II. Dövlət müəssİsələrİnİn özəlləşdİrİlməsİ prosesİndə səhmdar cəmİyyətlərİnə çevrİlməsİ qaydaları



Yüklə 50,98 Kb.
səhifə2/5
tarix20.11.2023
ölçüsü50,98 Kb.
#166049
növüQaydalar
1   2   3   4   5
208-IQ-“Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında

II. Dövlət müəssİsələrİnİn özəlləşdİrİlməsİ prosesİndə səhmdar cəmİyyətlərİnə çevrİlməsİ qaydaları

7. Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərinə çevrilməsi aşağıdakı qaydada həyata keçirilir: 6


7.1. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi mövcud texnoloji və idarəçilik əlaqələrini nəzərə almaqla həyata keçirilir. Sərbəst təsərrüfat subyektlərinin səhmdar cəmiyyətlərinə çevrilməsi zamanı heç bir əlavə şərt və məhdudiyyətlər qoyulmur.
7.2. Müvafiq icra hakimiyyəti orqanı müəssisənin özəlləşdirmə planına uyğun olaraq səhmdar cəmiyyətini təsis edir və onun “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmasını təmin edir. Dövlət müəssisəsinin çevrilməsi nəticəsində təsis edilən səhmdar cəmiyyətinin dövlət qeydiyyatı qanunvericilikdə müəyyən edilmiş müddətdə həyata keçirilir. 7
(Çıxarılıb) 8
7.3. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin və digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır (səhmlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanılan hallar istisna edilməklə).
Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. 9
Səhmdar cəmiyyətinin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir.
7.4. Səhmdar cəmiyyətiin nizamnamə kapitalının həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş uyğun normativ-hüquqi aktına əsasən müəyyən edilir.
7.5. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır. 10
7.6. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin sahə xüsusiyyətləri nəzərə alınaraq özəlləşdirilməyə məhdudiyyətlər yalnız adi (səs hüququ olan) səhmlərin nəzarət zərflərinin (51 %) və məhdudlaşdırıcı hissəsinin (25,5 %-dən az olmayan) dövlətin mülkiyyətində qalması yolu ilə qoyula bilər. 11
7.7. Müvafiq icra hakimiyyəti orqanları dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətlərində, habelə həmin səhmdar cəmiyyətinin səhmlərinin nəzarət zərfləri və yaxud səhmlərin digər bir hissəsi dövlət mülkiyyətində qaldıqda dövlətin adından mülkiyyətçi kimi çıxış edir və öz nümayəndələri vasitəsi ilə səhmdarların ümumi yığıncağında və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq formalaşdırılan səhmdar cəmiyyətinin digər orqanlarında idarəçiliyi həyata keçirir. 12
Müvafiq icra hakimiyyəti orqanı həmin səhmdar cəmiyyətlərinin nizamnamə kapitalındakı dövlətin payı həcmində cəmiyyətin fəaliyyətinə görə cavabdehdir.
7.8. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmdarlarının birinci ümumi yığıncağı keçirilənədək səhmdar cəmiyyətinin idarə heyətinin sədri müəssisənin səhmdar cəmiyyətinə çevrilməsi haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.13
Səhmdar cəmiyyətinin idarə heyətinin üzvləri dövlət adından idarəçiliyi həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.
Bu dövrdə səhmdar cəmiyyətinin müşahidə şurasının səlahiyyətlərini onun nizamnaməsinə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanı yerinə yetirir.
7.9. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmdarlarının birinci ümumi yığıncağı səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı gündən 12 (on iki) ay müddətindən gec olmayaraq keçirilir. 14
7.10. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin daimi idarəetmə orqanları bu Əsasnamənin 7.11-ci bəndində göstərilən hal istisna olmaqla səhmdarların birinci ümumi yığıncağında formalaşdırılır. 15
7.11. Səhmdar cəmiyyətinin səhmlərinin bir hissəsi dövlətdə qaldıqda cəmiyyətin ümumi yığıncağında iştirak etmək üçün dövlətin mülkiyyətində qalan səhmlərin sayına uyğun olaraq dövlət orqanlarının nümayəndələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir.



Yüklə 50,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin