5. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərdə dəyişikliklər edilməsi
5.1. Qiymətlər dərman vasitələrinin hər bir dozası və ticarət qablaşdırılması üzrə ayrı-ayrılıqda tənzimlənir.
5.2. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və ya həmin qiymətlərdə dəyişikliklər edilməsi məsələsinə Şura tərəfindən rübdə bir dəfə baxılır. Şuranın öz təşəbbüsü ilə və ya bu Qaydada nəzərdə tutulmuş hallarda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsinə Şura tərəfindən növbədənkənar qaydada baxılır.
5.3. Dərman vasitələrinin tənzimlənmiş qiymətləri və tətbiqi tarixi barədə məlumat 2 (iki) iş günü müddətində Şuranın rəsmi internet saytında yerləşdirilir.
5.4. Şura tərəfindən təsdiq edilmiş qiymətlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən dərman vasitələri haqqında məlumatlarda əks olunur.
5.5. Milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsində 5 (beş) faizdən artıq dəyişmələr olduqda və bu hal 2 (iki) aydan artıq müddətdə davam etdikdə, bu Qaydanın 5.2-ci bəndinin tələbinə uyğun olaraq Şuranın təşəbbüsü ilə qiymətlərə növbədənkənar qaydada yenidən baxılır.
5.6. Bazis qiymətin və ya istinad ölkəsinin dəyişilməsi ilə bağlı topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətində 5 (beş) faizdən artıq azalma olduqda, qiymətlərdə müvafiq dəyişiklik edilməsi üçün istehsalçılar bu barədə 3 (üç) ay müddətində Katibliyə yenidən bəyannamə təqdim edirlər.
5.7. Dərman vasitələri üzrə təsdiq edilən qiymətlər Şuranın qərarı ilə müəyyən edilən tarixdən qüvvəyə minir.
5.8. Dövlət satınalmaları zamanı tənzimlənən topdansatış qiymətlərindən aşağı qiymət təklif oluna bilər.
Dostları ilə paylaş: |