6. Dərman vasitələrinin qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsi
6.1. Aptek təşkilatlarında satılan dərman vasitələrinin üzərində dövlət tərəfindən tənzimlənmiş qiymətlər göstərilməlidir.
6.2. Dərman vasitələrinin üzərində pərakəndə satış qiymətlərinin göstərilməsi istehsalçılar tərəfindən təmin edilir. Dərman vasitələrinin ƏDV daxil olmaqla, təsdiq edilmiş pərakəndə satış qiymətləri onların qablaşdırmalarının üzərində mətbəə qaydasında çap edilir. Qiymətin qablaşdırmanın üzərində çap edilməsi mümkün olmadıqda, dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müəyyən edilmiş digər üsullarla göstərilir.
6.3. Dərman vasitələrinin satışında qiymət intizamına, o cümlədən dərman vasitələrinin qiymətlərinin bu Qaydanın 6.2-ci bəndinə uyğun olaraq göstərilməsinə nəzarəti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir.
6.4. Nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
7. Yekun müddəalar
7.1. Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən və ölkədə istehsal edilməyən və ya idxalı səmərəli olmayan, həkim resepti olmadan buraxılan dərman vasitələrinin bazis qiymətlərinin müəyyənləşdirilməsi Şura tərəfindən müəyyən edilən xüsusi şərtlər əsasında həyata keçirilir.
7.2. İstehsalçıların əsaslandırılmış müraciətinə əsasən tənzimlənmiş qiymətlərdə texniki xətalarla bağlı Şura tərəfindən düzəlişlər edilir. Bu düzəlişlər dərman vasitəsinin qiymətinin yenidən tənzimlənməsi kimi qəbul edilmir.
Dostları ilə paylaş: |