Xudu Məmmədov:Dünya şöhrətli Azərbaycanlı kristalloqraf, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun əsərlərindən Amerika , bütün dünyada istifadə olunur. Mərhum alim bəzi əsərlərini hətta özü ingilis dilində yazmışdı. İndi həmin nəzəriyyələr kristalloqrafiya elmi sahəsində əsas mayak rolunu oynayır.
Rafiq Əliyev :Hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınmışıdır. Onun ali riyaziyyat , süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb.
Sual:22. BMT-nin qətnamələri.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının daim diqqət mərkəzində olmuşdur. Münaqişəyə dair Təhlükəsizlik Şurasının qəbul etdiyi 1993-cü il 30 aprel tarixli 822 nömrəli, 1993-cü il 29 iyul tarixli 853 nömrəli, 1993-cü il 14 oktyabr tarixli 874 nömrəli, 1993-cü il 11 noyabr tarixli 884 nömrəli qətnamələrdə, Təhlükəsizlik Şurası Sədrinin 7 bəyanatında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, Dağlıq Qarabağ regionunun Azərbaycana mənsubluğu təsdiq edilmiş, ərazilərin ələ keçirilməsi üçün güc tətbiqinin yolverilməzliyi qeyd edilmiş, Azərbaycanın işğal edilmiş bütün rayonlarından işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərdsiz çıxarılması tələbi qoyulmuş, qaçqınların və məcburi köçkünlərin doğma yürd-yuvalarına qayıtması üçün şərait yaradılmasının zəruriliyi göstərilmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir. Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi və qaçqın və məcburi köçkünlərin sayının 1 milyondan keçdiyindən dərin narahatlıq hissi keçirərək, BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85 -ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” Qətnamə (A/RES/48/114) qəbul etmişdir.
Sual:23.Xocalı aeroportu.
Cavab: Xocali aeroportu Azerbaycan Respublikasi terefinden Beynelxalq Mülki Aviasiya Teşkilati (İCAO) nezdinde Azerbaycana aid bir hava limani kimi qeyde alinib. ICAO-nun siyahisinda Xocali aeroportu “UBES” kodu ile keçir ki, “UB” ile başlayan bütün aeroport kodlari onun Azerbaycana aid oldugunu gösterir. Misal üçün Baki hava limani UBBB olaraq qeyd olunub.Ona göre huquq normalarina göre bura Azerbaycan aeroportu sayilir ve diger teyyareleri xeberdarliq etdikden sonra xeberdarliga ehemiyyet verilmezse vura biler. 25.02.1992-ci ildə Xocalı işğal olunarkən ələ keçirilmiş bu aeroportun illər sonra açılması təyyarə uçuşlarını tənzimləyən Çikaqo Konvensiyasına da ziddir.
Sual:24. Azərbaycanın tarixi torpaqları
Cavab: Şimali Azerbaycan torpaqlar (i$gal altìnda olan torpaqlar(Qarabag torpagì),Daha önce i$gal olunan torpaqlar Zengezur,Göyçe ve s),Qerbi Azerbaycan (indiki Ermenistan),Dagìstanìn cenub rayonlarì (Zencandan Derbende qeder),Gürcüstanìn Alazan (Qanìx) vadisi,Kür-Araz çaylarì arasìndakì torpaqlar,Azerbaycanìn cenub torpaqlarì,Erdebil, Təbriz və s.
Sual:25. 2013-cü il, 2012-ci illər nə illəri elan olunmuşdur?
Cavab: 2011 Turuzim ili, 2012-ci il İdman, 2013-cü il İKT, 2014 sənaye ili, 2015 K\T ili
Sual:26. AXC-də ilk parlament və onun sədri
Cavab: 1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. "Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi.
Sual: 27.2-ci Dünya müharibəsi nə vaxt başlayıb və başa çatıb?
Cavab: 1939-45
Sual:28. Dünyada baş verən ən son hadisələr?
Cavab: İŞİD, Neftin qiymətinin ucuzlaşması,Paris hadisələri.
Sual: 29.31 mart soyqrımı.
Cavab: 1918-ci il 30 mart ve 3 aprel tarixleri arasinda Baki soveti ve daşnaq ermeni silahli desteleri azerbaycanlilara qarşi qirgin toretmişler. bolşevik-daşnaq birleşmeleri "Kaspi" metbeesini, " Aciq soz" qezetinin redaksiyasini, " Ismailiyye" binasini yandirmiş, "Tezepir" mescidinin minarelerini top ateşi ile zedelemişler. mart soyqirimi neticesinde tekce Bakida 12 minden cox azerbaycanli oldurulmuşdu. soyqirim tek Bakida deyil, Samaxi, Quba, Kurdemir, Salyan ve Lenkeranda da davam etdirilmişdi. umumilikde soyqirim zamani 50 mine yaxin azerbaycanli olduruldu. Soyqirim Azerbaycanin musteqilliyi ideyalarina zerbe vurmaq meqsedile teşkil olunmuşdur. lakin soyqirim akti Azerbaycan xalqi arasinda milli birlik ve musteqil dovletcilik ideyasini guclendirdi. Umumilli lider Heyder Eliyevin 26 mart 1998-ci il tarixli serencami ile 31 mart Azerbaycanlilarin soyqirim gunu elan olunmuşdur.
Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə cıxarmağı bacarsın.
Sual:30. Bu gün üçün ən son uğurumuz?
Cavab:
Sual:31. Dövlət rəmzləri və onların mənaları
Cavab: Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bayraq suverenliyin rəmzidir.1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.Bayraq hər biri digərinə bərabər endə və üfüqi vəziyyətdə əks olunmuş üç rəngli zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Mavi rəng türk (Azərbaycan) xalqına, qırmızı rəng azadlıq, demokratiya və insan hüquqları, yaşıl rəng isə İslam sivilizasiyasına məxsusluğun rəmzi mənalarını daşıyır. Qırmızı rəngli zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkiz guşəli ulduz təsvir olunmuşdur. Səkkiz guşəli ulduz türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir. Bayrağın eni və uzunluğu 1:2 nisbətindədir.
Dostları ilə paylaş: |