MSO-
nın effektivliyi necə ölçülməlidir
?
Ümumiyyətlə, mərkəzləşmiş satınalma
va
sitəsilə əldə edilmiş qənaətləri qiymətləndirmək çətindir. Bunun üçün fundamental
səbəb ondan ibarətdir ki, mal
-
material və ya xidmətlərin mərkəzləşmiş satın
alınmasının kontrafaktiki nəticələrini və alternativ satınalma metodunun yaratdığı
müxtəlif qiymətləri və digər şərtləri müşahidə etmək mümkün deyildir. Bu o deməkdir ki,
alternativ nəticə hansı isə bir yolla yaradılmalıdır.
Universitetlərlə əməkdaşlıq zamanı müxtəlif MSO effektivliyi ölçmək üçün metodlar
işləyib hazırlamışlar. Bu qiymətləndirmələr fəaliyyətlə bağlı, xüsusilə də bu fəaliyyətlər
müntəzəm olaraq müəyyən bir müddət ərzində tendensiya və modellərin müşahidə
edilməsi üçün həyata keçirilirsə, dəyərli məlumatlar təmin edir. Bu qiymətləndirmələr,
həmçinin MSO
-
na müəyyən gərginlik yaratmaqla mühüm funksiyanı icra edir ki, bu
zaman MSO öz fəaliyyətlərinin nəzarətdə olmasını bilirlər. Effektivliyin ölçülməsinə dair
daha geniş məlumat üçün bax: Satınalma İcmalı 21
–
Effektivliyin Ölçülməsi
.
Dostları ilə paylaş: |