Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında



Yüklə 14,86 Kb.
tarix31.01.2017
ölçüsü14,86 Kb.
#6795
Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 


"Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:[1]

1. "Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısı" təsdiq edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 17 oktyabr 2002-ci il



                        № 161

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 17 oktyabr  tarixli, 161 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR


 

Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin

SİYAHISI

 

1. Üzvi, o cümlədən simptomatik psixi pozuntular.



2. Şizofreniya, şizotip və sayıqlamalar.

3. Əhval-ruhiyyənin (affektiv) pozuntuları.

4. Təşviş, qorxu (fobiyalar).

5. Digər təşvişli pozuntular.

6. Obsessiv – kompulsiv pozuntular.

7. Dissosiativ (konversion) pozuntular.

8. Doğuşdan sonrakı psixoz.

9. Yetkin yaşlarda kamil şəxsiyyət və davranış pozuntuları.

10. Kəmağıllıq.

11. Psixoloji inkişafın pozuntuları.

12. Adәtәn uşaq və yeniyetmə yaşlarında başlayan davranış və emosiya pozuntuları.

13. Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları.

14. Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları.

15. Kannabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları.

16. Sedativ və yuxugətirici maddələrin qəbulu nəticəsində psixi və davranış pozuntuları.

17. Kokain qəbulu nəticəsində psixi və davranış pozuntuları.

18. Kofein daxil olmaqla digər stimulyatorların qəbulu nəticəsində psixi və davranış pozuntuları.

19. Hallüsinogenlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları.

20. Tütündən istifadə nəticəsində psixi və davranış pozuntuları.

21. Uçucu həlledicilərin qəbulu nəticəsində psixi və davranış pozuntuları.

22. Narkotiklərdən və digər psixoaktiv maddələrdən birlikdə istifadə nəticəsində psixi və davranış pozuntuları.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 


  1. 3 fevral 2005-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 122)

  2. 20 oktyabr 2015-ci il tarixli 331 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230)

 
Yüklə 14,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin