Dövri qanun


Kimyəvi elementlərin dövri sistemi



Yüklə 36,82 Kb.
səhifə3/4
tarix19.11.2022
ölçüsü36,82 Kb.
#69916
1   2   3   4
Mendeleyevin dövri qanunu və elementlərin dövri sistemi

Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu.
Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi.
Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
Dövri cədvəl indi kimya elminin (təbiət elmləri də demək olar) hüdudlarında hər yerdə işlədilir. Kimyəvi elementlərin dövri cədvəlindən istifadə edərək, hər element haqqında müəyyən məlumatlar əldə edə bilərik. Məsələn, 1 kiloqramlıq bir karbon blokunda neçə karbon atomu olduğunu təyin etmək üçün, karbon atomunun nisbi atom kütləsini istifadə etməmiz kifayətdir.
Nisbi Atom Kütləsi: Bir elementin atom kütlə vahidi (Atomic Mass Units: amu) cinsindən ortalama kütləsini ifadə edir. Bu rəqəm, sıxlıqla elementin izotopların da ortalama kütləsini ifadə etdiyi üçün, onluqlu bir sayıdır. Bir elementin nisbi atom kütləsindən atom nömrəsinin (proton sayının) çıxarılması ilə, o elementin neytron sayı tapıla bilər.
Atom Nömrəsi: Bir atomda olan proton sayı, elementi müəyyənləşdirir və atom nömrəsi olaraq adlandırılar. Atomda olan proton sayı eyni zamanda, elementin kimyəvi xarakteri haqqında da məlumat verir.
Elektron Düzülüşü: Xəbərdar edilməmiş bir atomdakı elektronların mövqelərini göstərir. Kimyaçılar, təməl fizika məlumatlarına əsaslanaraq, atomların elektron düzülüşlərinə görə necə hərəkət edə biləcəkləri mövzusunda fikir söyləyə bilərlər. Elektron düzülüşü, bir atomun dayanıqlılıq, qaynama nöqtəsi və keçiricilik kimi xüsusiyyətləri haqqında məlumat verir. Atomların son enerji səviyyələrinə (ən xarici orbitlərinə) "valentlik səviyyəsi", burada olan elektronlara da "valent elektronlar" adı verilir. Kimyəvi reaksiyalarda birinci dərəcədə əhəmiyyət daşıyan elektronlar, valent elektronlardır.
Bir elementin dövri cədvəldəki yerinə baxaraq, o elementin elektron düzülüşü də müəyyən oluna bilər. Eyni qrupda (şaquli sırada) olan elementlərin elektron düzülüşləri böyük bənzərlik göstərir və bu səbəblə də kimyəvi reaksiyalarda bənzər şəkildə davranırlar.
Kimyəvi elementlərin qohumluğunu göstərmək üçün atılmış ilk cəhdlər elementlərin atom kütləsi sırası ilə düzülməsinə görə qəlizləşdirilmişdir. Mendeleyevin uzaqgörənliyi elementlərin kimyəvi xassələrinin dəyişməsini tapmaqda oldu və o, bundan istifadə edib elementləri kimyəvi xassələrinə görə düzüb ilk sadə cədvəli yaratdı. Burada bəzi hallarda atom kütlələrinin artması sırası pozulmuşdu. Mendeleyev kimyəvi xassələrinə görə elementlərin dövri cədvəlini yaradanda bir çox elementlər məlum deyildi. Buna görə də o, tapılmayan elementlər üçün boş yer də buraxmışdı. Sonradan bu elementlər tapılmış və dövri sistemdə öz yerini tutmuşdur. Henri Mozli atom quruluşu haqqındakı nəzəriyyəsini inkişaf etdirməklə Mendeleyevin elementləri atom kütləsinin artması sırası ilə də düzdüyünü aşkar etmişdir.
Mendeleyev öz cədvəlində dövrlər və qruplar yaratmaqla cədvəlin istifadəsini asanlaşdırdı. Kvant mexanikasının inkişafı dövrlərdə elektronların artması və energetik səviyyələrin ardıcıl dolmasını üzə çıxartdı. Mendeleyevin öz cədvəlində hər dövr eyni uzunluqda idi. Lakin müasir cədvəllərdə elementlər həmçinin s-, p-, d- və f-qruplarına görə qruplaşdırılmışdır. Ona görə dövrlər müxtəlif uzunluqda olur.
Dövri cədvəl adətən elementin simvolu və atom kütləsi nömrəsi informasiyaları özündə əks etdirir. Lakin indi bunlarla yanaşı elementin atom kütləsi, elektron konfiqurasiyası və valentliyi yazılır. Elementlərin 117-dən 90-ı Yerdə təbii halda tapılıb (əksərən birləşmə şəklində), qalanları isə süni üsullarla alınıb. Lakin onların arasında Yerdə az da olsa olan elementlər də var.
Kimyəvi xassələrin dövriliyi Dövri cədvəlin əsas üstünlüyü elementin yerləşməsinə görə onun xassələrinin təyin edliməsidir. Qeyd olunmalıdır ki, xassələr dövrlər və qruplar üzrə hərəkət etdikcə dəyişir.
Qrup elementlərin şaquli sütunda yerləşməsidir. Qruplar elementlərin sistemləşdirilməsində çox böyük rol oynayır. Bir çox qruplarda elementlərin oxşar xassələri var. Qruplara qeyri-elmi adlar da verilib; qələvi metallar, qələvi-torpaq metallar, hallogenlər, xalkogenlər, təsirsiz qazlar.
Standart dövri cədvəldə 18 qrup var.
Elelementlərin qruplarda yerləşmələrinin müasir izahı onların xarici energetik səviyyələrində eyni sayda atomun olmasıdır. Qrupların nömrələnməsində ərəb və rum rəqəmlərindən istifadə edirlər.
Dövri cədvəlin qrupları aşağıdakılardır:

  • Qrup 1-Qələvi metallar və ya Litium ailəsi

  • Qrup 2-Qələvi torpaq metallar və ya Berillium ailəsi

  • Qrup 3-Skandium ailəsi

  • Qrup 4-Titan ailəsi

  • Qrup 5-Vanadium ailəsi

  • Qrup 6-Xrom ailəsi

  • Qrup 7-Manqan ailəsi

  • Qrup 8-Dəmir ailəsi

  • Qrup 9-Kobalt ailəsi

  • Qrup 10-Nikel ailəsi

  • Qrup 11-Mis ailəsi

  • Qrup 12-Sink ailəsi

  • Qrup 13-Bor ailəsi

  • Qrup 14-Karbon ailəsi

  • Qrup 15-Azot ailəsi

  • Qrup 16-Xalkogenlər və ya Oksigen ailəsi

  • Qrup 17-Hallogenlər və ya Flüor ailəsi

  • Qrup 18-Təsirsiz(nəcib) qazlar və ya Neon ailəsi

Dövr elementlərin üfüqi istiqamətdə dövri sistemdə yerləşməsidir.
Dövrü cədvəldə eyni dövrdə soldan sağa doğru getdikcə elementlərin əsasən;

  • Atomun nömrəsi artar

  • Kütlü nömrəsi ve atom kütləsi artar

  • Valent elektronlarının sayı artar

  • Qeyri metallıq artar

  • Elektron alma qabiliyyəti (elektromənfiliyi) artar

  • Elektrona hərislik artar

  • İonlaşma enerjisi artar

  • Metalların ərimə,qaynama nöqtələri və sərtlikləri artar

  • Oksidlərinin turşuluq xassəsi artar

  • Oksidlərinin əsaslıq xassəsi azalır

  • Metallıq özelliği azalır

  • İstilik və elektrik keçiriciliyi azalır

  • Elektron vermə (elektropozitifliği) azalır

  • Atom ölçüsü ve həcmi kiçilir

  • Energetik səviyyələrin sayı dəyişmir

Dövrü cədvəldə eyni qrupda yuxarıdan aşağıya doğru enildikcə elementlərin əsasən;

  • Atom nömrəsi artar

  • Kütlə nömrəsi ve atom kütləsi artar

  • Metallıq xüsusiyyəti yaradır

  • Elektropozitifliyi artar

  • Energetik səviyyənin sayı artar

  • Atom ölçüsü və həcmi böyüyər

  • Qeyri metalların ərimə və qaynama temperaturu artar

  • Oksidlərinin əsaslığı artar

  • Oksidlərinin turşuluğu azalar

  • Elektromənfiliyi azalar

  • Elektrona hərislik azalar

  • İyonlaşma enerjiləri azalar

  • Metalların ərimə ve qaynama temperaturu enər

  • Valent elektron sayıları dəyişməz

Baxmayaraq ki, qrup — elementləri sistemləşdirməyin ən yaxşı üsuludur, bəzi hallarda dövrlərdə sistemləşdirmə də istifadə oluna bilər; xüsusilə d-, f- qrup elementlərin və aktinoid və lantanoidlərin sistemləşdirilməsində istifadə olunur.

Yüklə 36,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin