Dron blok proqlamlaşdırma platforması Giriş



Yüklə 1,54 Mb.
səhifə1/2
tarix04.04.2023
ölçüsü1,54 Mb.
#93364
növüDərs
  1   2
7-cı sinif (Həftə 22)-Dron blok proqlamlaşdırma platforması


Dron blok proqlamlaşdırma platforması
Giriş
Bildiyiniz kimi dronlar məsafədən idarəetmə vasitələri ilə yanaşı həm də proqramlaşdırılaraq müxtəlif tapşırıqları icra edə bilirlər.Dronlar onların xarakteristikalarına uyğun olaraq müxtəlif proqramlaşdırma dilləri ilə proqramlaşdırıla bilər.Bizim istifadə etdiyimiz Tello EDU təhsil dronu Pyhton,Swift proqramlaşdırma dilləri və bəzi Scratch kimi blok əsaslı proqramlaşdırma platformaları ilə proqramlaşdırıla bilər.Bir neçə sadə kod yazmaqla dronumuzu hərəkət etdirə bilərik.
Maraqlı faktlar:

  • Hərbi dronlar süni intellekt texnologiyasından istifadə edərək mərkəzi idarəetmə sistemlərindən tam müstəqil şəkildə hədəfləri müəyyən edib məhv edə bilir.

  • Dronlar sürü (swarm) halında müxtəlif hərəkətləri icra edə bilirlər.Bunun üçün dronlar öz aralarındakı məsafə ,hündürlük və s. kimi məlumatları analiz edib uyğun qərar verirlər.Bunlar hamısı dronların proqramlaşdırılması sayəsində mümkün olur.

  • Çinin “EHang Egret” şirkəti eyni anda havaya 1374 dron qaldıraraq Ginnesin rekordlar kitabına düşüb.

İzahlar:
Swarm ingilis dilindən tərcümədə sürü mənasını verir.Dronların sürü halında bir-biri ilə qarşılıqlı koordinasiyalı şəkildə hərəkət etməsini göstərən termindir.Swarm funksiyası bütün dronlarda yoxdur.
Süni intellekt-bir kompüterin və ya kompüter tərəfindən idarə olunan bir robotun və ya cihazın ağıllı canlılara bənzər müxtəlif fəaliyyətlər həyata keçirmə və qərar vermə qabiliyyətidir.

Alət və ləvazimatlar:
Tello EDU dronu 1 ədəd



Dərs fəaliyyəti:
1.Bu dərsdə ilk öncə Tello EDU dronumuzun Android və İOS platfromalarında işləyən tətbiqi ilə tanış olacağıq.Bu tətbiq bizə dronumuzu proqramlaşdıraraq sadə tapşırıqları yerinə yetirməyə imkan verəcək.Bundan əlavə olaraq DroneBlock paltforması ilə də dronumuzu proqramlaşdırmağı öyrənəcəyik.
2.Tello EDU tətbiqini həm Android həm də İOS sistemləri üçün endirib yükləyin.


13.Əvvəlki dərsimizdə olduğu kimi proqram yükləndikdən sonra dronu yandırın.Hər bir Tello EDU dronunun özünün adına uyğun Wi-Fi şəbəkəsi olur.Siz dronu yandırdıqda Wi-Fi şəbəkəsi aktivləşəcək .Wi-Fi bağlantısını açın və dronunuzun adına uyğun şəbəkəyə bağlanın. “Connected” yazıldıqda şəbəkəyə qoşulma tamamlanmış olur.


15.İndi isə Tello EDU proqramını açın.Sizin qarşınıza Şəkil 1-dəki kimi proqramın şərtlərini göstərən razılaşma mətni çıxacaq.Şərtləri qəbul edib “Agree” butonuna basın, qarşımızda Şəkil 2-dəki kimi proqramın əsas səhifəsi açılacaq.



Şəkil 1 Şəkil 2
16.Burda hər bölmənin xüsusi əmrləri və funksiyaları var.Bu bölmələrin qısa şəkildə üzərindən keçərək öyrənə bilərsiniz.Biz isə Şəkil 2-də üzərində oxla göstərilmiş bölməyə daxil olaraq orda dronu idarə etmək üçün olan əsas bloklar ilə tanış olaq.

Şəkil 3 Şəkil 4
Şəkil 2 də oxla göstərilmiş bölməyə daxil olduqdan sonra qarşımıza Şəkil 3-dəki bölmə açılacaq.Şəkilin üst sol tərəfində dronumuzun aldığı İP adresi ,sağ üst hissədə dronumuzun batareyasının göstəricisi,sol tərəfdə menyu başlıqları,sağ tərəfdə foto çəkiliş üçün işarə düyməsi və alt hissədə bəzi əlavə funksiyalar göstərilmişdir.Şəkil 3-də oxla göstərilən hissəyə basdığımzda Şəkil 4-də göstərilən dron simulatoru rejiminə keçid etmiş oluruq.Burda kodun icrası zamanı dronun addım- addım necə hərəkət etdiyini görə bilərsiniz.
17. Dronun idarə edilməsində istifadə edilən bir neçə əsas kod bloku ilə tanış olaq. Bunun üçün sol tərəfdəki “Motion” menyusuna daxil olun.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin