Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə81/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   77   78   79   80   81   82   83   84   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
132 
 
 
 
 
QADASIN ALDIĞIM  
 
Səhər səhər əsən yellər, 
Əsmə, qadasın aldığım. 
Əl mənimdir, ətək sənin, 
Kəsmə, qadasın aldığım. 
 
Səhərin əsən yelləri, 
Yana dağıdır telləri, 
Dəstində qızıl gülləri, 
Məsmə qadasın aldığım. 
 
Alt yanımız bağça-bağdı, 
Üst yanımız qarlı dağdı, 
Nəcəfin də ərki vardı, 
Küsmə, qadasın aldığım. 
 
        


 
 
133 
 
 
 
AY GÖZƏL-GÖZƏL 
 
Yer var ki, yol düşüb, karvan işləməz,  
Dost dərməz güllərin, ay gözəl-gözəl.  
Meylim səndən qeyri yarı istəməz, 
Sevmişəm xalların, ay gözəl-gözəl.  
 
Aşıq, cananına xanə sin də bax, 
Zər-ziba qumaşa xanəsində bax, 
Əcayib əyləşmiş xanəsində, bax, 
Darayıb tellərin, ay gözəl-gözəl.  
 
Seyraqubun əli yardan boş qala, 
Divansız eşq görməmişəm, boş qala. 
İnsafdırmı, sən gedəsən, boş qala. 
Sonalı göllərin, ay gözəl-gözəl.  
 
Nəcəf deyər, gözüm ay rövşən olsun. 
Gün doğub aləmə ay rövşən olsun. 
Sən bizə gələndə Ay rövşən olsun, 
O cada yolların, ay gözəl-gözəl. 
 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin