Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri


Dəyişiklik 5. Hər yerdə kompüterdən istifadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə68/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   64   65   66   67   68   69   70   71   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

145
Dəyişiklik 5. Hər yerdə kompüterdən istifadə
Dönüş nöqtəsi: 
Əhalinin 90%-nin sistemli şəkildə internetə 
çıxışının olması
2025-ci ildə:
Sorğuda iştirak edənlərin 79%-nin fikrinə görə bu 
mümkün olacaqdır.
Kompüterdən istifadənin əlçatanlığı hər gün daha çox artır və 
fərdlər istər internetə qoşulmuş kompüter vasitəsilə, istərsə də hər 
hansı bir 3G/4G ağıllı telefon və ya bulud texnologiyası xidmətlə-
ri vasitəsilə hər zaman olduğundan daha yüksək informasiya emalı 
gücünə sahibdirlər. 
Hazırda, dünya əhalisinin 43%-nin internetə girişi var.
79
Təkcə 
2014-cü ildə 1,2 milyard ağıllı telefon satılıb.
80
2015-ci ildə planşet 
satışlarının fərdi kompüter satışılarını üstələyəcəyi və mobil telefon 
satışılarının (hamısı birlikdə) kompüter satışlarından 6 dəfə çox 
olacağı təxmin edilir.
81 
İnternət istifadə sürətinə görə bütün digər 
media vasitələrindən faha yüksək sürətlə yayılır və yalnız bir neçə il 
ərzində dünya əhalisinin dörddə üçünun sistemli olaraq internetə 
sahib olacağı gözlənilir. 
Gələcəkdə internet və informasiyaya sistemli çıxış yalnız in-
kişaf etmiş iqtisadiyyatlar üçün faydalı olmayacaq, həm də təmiz 
suya çıxış kimi fundamental bir hüquqa çevriləcəkdir. Kabelsiz tex-
nologiyaların bir çox başqa şəbəkələr ilə (elektrik, yollar, su və s.) 
müqayisədə daha az infrastruktura ehtiyacı olduğu üçün ehtimal ki, 
onlardan daha tez əlçatan hala gələcəkdir. Bu səbəbdən hər hansı 
bir ölkədən hər hansı bir şəxs dünyanın digər ucundakı informasiya 
ilə qarşılıqlı əlaqəyə girə biləcəkdir. Məzmunun yaradılması və ya-
yılması hər zamankından daha asan olacaqdır. 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
146
Müsbət təsirlər

Uzaq və zəif inkişaf etmiş bölgələrdə (“son mil”) yaşayan 
əhalinin iqtisadi iştirakçılıq səviyyəsinin yüksəlməsi;

Təhsilə, tibbi xidmətlərə və ictimai xidmətlərə çıxış;
- Mövcudluq 
(
ing. presence
);

Bacarıqlara çıxış, məşğulluğun yüksəlməsi, iş növlərində 
dəyişiklik;

Bazar həcminin/e-ticarətin genişlənməsi;

Daha çox informasiya;

Daha çox sivil iştirakçılıq;
- Demokratikləşmə/siyasi 
dəyişikliklər;

“Son mil”: manipulyasiyanın və exo otaqlarının artmasının 
qarşısında şəff afl ıq və iştirakçılıq səviyyələrinin yüksəlməsi.
Mənfi təsirlər

Manipulyasiyanın və exo otaqlarının artması;
- Siyasi 
parçalanma;

Bəzi bölgələrdə/ölkələrdə tam əlçatanlığa imkan verməyən 
divarlarla əhatələnmişbağlar (yalnız icazə verilən istifadə-
çilər üçün olan məhdudlaşdırılmış mühit).

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin