DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
10
Texnologiyaların siyasi, iqtisadi, sosial və mədəni kontekstlə-
ri yenidən necə formalaşdıracağı ilə bağlı əhatəli və qlobal baxışa
olan ehtiyacı təmin etmək məqsədilə yazılmış kitab, öz elmi məz-
munu və intellektual çalarları ilə bəşəriyyəti yeniliklərə hazırlayan,
bu sahədə hökumətlər tərəfindən zəruri tənzimləmə və idarəetmə
mexanizmlərinin yaradılmasının vacibliyini önə çəkən əvəzsiz bilik
mənbəyidir. Müəllif, bu əsərində həm öz təcrübəsini, həm də dün-
yanın aparıcı ekspertlərinin, böyük korporasiyaların liderlərinin iq-
tisadiyyat və texnologiyaların inkişafı barədə fikirlərini ümumiləş-
dirməklə bizi dördüncü sənaye inqilabını təcəssüm etdirən əsas
innovasiyalarla tanış edir və bu prosesin hökumətlərə, müəssisələrə,
sahibkarlara və vətəndaşlara potensial təsirlərini göstərir.
Kitabda cənab Şvabın dördüncü sənaye inqilabı ilə bağlı əsas na-
rahatlığı bu prosesin cəmiyyət tərəfindən nəzarət altına alınıb-alın-
mayacağı ilə bağlıdır. Müəllif göstərir ki, dördüncü sənaye inqilabı
dünyanı köklü şəkildə transformasiya etmək potensialına malik
olsa da, əldə olunacaq uğur, bilavasitə vətəndaşların, şirkətlərin və
dövlətlərin birgə fəaliyyətindən asılıdır.
Şirkətlər yeni sənaye normalarına adaptasiya ola bilmədiyi, hö-
kumətlər yeni texnologiyalardan yetərincə yararlanmadığı və bu
texnologiyalara nəzarəti təmin edə bilmədiyi halda, sivilizasiyanın
inkişafi tamamilə fərqli istiqamətlərə yönələ bilər. Buna görə də,
müəllif hər kəsi insanlara fokuslanmağa səsləyir, yeni texnologiyala-
rın insanlar tərəfindən məhz onların özləri üçün yaradılmış alətlər
olduğunu unutmamağa çağırır.
Sonda belə bir dəyərli əsərin Azərbaycan oxucularına ana dili-
mizdə təqdim edilməsində əməyi olan UNEC alimlərinə təşəkkür
edir və gələcək elmi fəaliyyətlərində uğurlar diləyirəm.
Dostları ilə paylaş: