Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri


Bərabərsizlik sistemli bir təhdid kimi



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə7/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   2   3   4   5   6   7   8   9   10   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Bərabərsizlik sistemli bir təhdid kimi
Dördüncü sənaye inqilabı eyni dərəcədə böyük faydalar və bö-
yük təhdidlər yaradacaqdır. Əsas narahatlıq mənbələrindən biri 
kəskinləşən bərabərsizliklərdir. Artan bərabərsizliyin qarşımıza 
çıxaracağı təhdidləri tam şəkildə müəyyən etmək çətindir, çün-
ki əksəriyyətimiz istehsalçı olduğumuz qədər, həm də istehlakçı-
yıq. Buna görə də innovasiya və inqilabi dəyişikliklər bizim həyat 
standartlarımıza və rifahımıza müsbət və mənfi olmaqla, hər iki 
istiqamətdədə təsir göstərəcəkdir. 
Ən çox qazananların istehlakçılar olacağı ehtimal olunur. Dör-
düncü sənaye inqilabı, istehlakçı kimi sıfır xərclə şəxsi həyatımızın 
məhsuldarlığını artıra biləcəyimiz yeni məhsul və xidmətləri təq-
dim edir. Taksi çağırmaq, təyyarə bileti almaq, hər hansı bir məhsu-
lu sifariş etmək, ödəniş etmək, musiqi dinləmək və ya filmə baxmaq 
- bunların hamısı artıq uzaqdan həyata keçirilə bilir. İstehlakçılar 
olaraq bizim hamımız üçün texnologiyanın faydaları şübhə doğur-
mur. İnternet, ağıllı telefon və minlərlə tətbiqi proqram həyatımızı 
asanlaşdırır və bütövlükdə daha da məhsuldar edir. Oxumaq, inter-
netdə gəzmək və əlaqə qurmaq üçün istifadə etdiyimiz planşet kimi 
bir cihaz, 30 il əvvəlin 5000 fərdi kompüteri qədər hesablama gü-
cünə sahibdir. Öz növbəsində, informasiyanı saxlamanın xərci də 
sıfıra yaxınlaşır (1GB informasiyanı saxlamanın orta illik xərci 20 il 
öncə 10000 dollardan yüksək olduğu halda, hazırda 0,03 dollardan 
daha aşağıdır).


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
24
Dördüncü sənaye inqilabının yaratdığı təhdidlər daha çox təklif 
tərəfində - əmək və istehsal dünyasındadır. Son bir neçə il ərzində 
ən inkişaf etmiş ölkələrin böyük əksəriyyətində, eyni zamanda da 
Çin kimi bəzi sürətlə inkişaf etməkdə olan iqtisadiyyatlarda əməyin 
Ümum Daxili Məhsuldakı (ÜDM) faiz nisbəti ciddi şəkildə aşağı 
enmişdir. Bu enişin yarısı investisiya mallarının nisbi qiymətlərinin 
innovasiyadakı irəliləyişlər nəticəsində azalması ilə bağlıdır (bu da 
şirkətləri əməyi kapitalla əvəzləməyə məcbur edir)
5
.
Nəticədə dördüncü sənaye inqilabından ən böyük faydanı intel-
lektual və ya fiziki kapitalın təminatçıları – innovatorlar, investor-
lar və səhmdarlar – əldə edirlər. Bu, əmək sahibləri ilə kapital sahib-
ləri arasında getdikcə artan sərvət bərabərsizliyini də izah edir. Eyni 
zamanda bu, real gəlirlərinin həyatı boyunca artmayacağından və 
övladlarının özlərindən daha yaxşı bir həyat sürə bilməyəcəyindən 
əmin olan bir çox işçinin yaşadığı məyusluğun da səbəbidir. 
Artan bərabərsizlik və ədalətsizliklə bağlı güclənən narahat-
lıqlar da çox önəmli bir təhdid yaradır ki, bu mövzuya da kitabın 
üçüncü hissəsində xüsusi bir yer ayıracağam. Faydaların və dəyərin 
insanların çox kiçik bir hissəsinin əlində cəmləşməsi, eyni zamanda 
platforma eff ekti deyilən amilin – geniş çeşidli məhsul və xidmət 
növləri üzrə alıcılarla satıcıları görüşdürən şəbəkələr formalaşdıran 
rəqəmsal təşkilatların artan miqyas qazancları əldə etməsi – hesabı-
na daha da kəskinləşir. 
Platforma eff ektinin nəticəsi öz bazarlarında hakim olan az say-
da, ancaq güclü platformanın təmərküzləşməsidir. Faydalar aydın-
dır, xüsusilə də istehlakçılar yüksək dəyər və daha çox rahatlıq əldə 
edir və daha aşağı xərc çəkirlər. Ancaq sosial risklər də eyni dərə-
cədə aydındır. Belə ki, dəyər və gücün çox az sayda əldə təmərgüz-
ləşməsinin qarşısını almaq məqsədilə açıqlıq və əməkdaşlıq inno-
vasiyası üçün imkanlar yaradaraq rəqəmsal platformaların (sənaye 
platformaları da daxil olmaqla) fayda və risklərini tarazlaşdırmanın 
yollarını tapmalıyıq. 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI 
25
Bütün bunlar iqtisadi, sosial və siyasi sistemlərimizə təsir 
göstərən qarşısıalınmaz fundamental dəyişikliklərdir. Qloballaşma 
prosesinin özünün müəyyən şəkildə qarşısını almaq mümkün olsa 
belə, bu dəyişikliklərin qarşısında dayanmaq çətindir. İstisnasız ola-
raq bütün sektorlar və şirkətlərin özlərinə verməli olduğu “İnqilabi 
dəyişikliklər məni də əhatə edəcəkmi” sualı deyil, “İnqilabi dəyişik-
lik nə vaxt baş verəcək, hansı formada olacaq və mənə və qurumu-
ma necə təsir göstərəcək” sualıdır. 
İnqilabi dəyişikliyin reallığı və üzərimizdəki təsirinin qarşısı-
alın mazlığı ona münasibətdə çarəsiz və gücsüz olmamız mənasına 
gəlməməlidir. Siyasət seçimlərini istiqamətləndirəcək bir qrup or-
taq dəyərləri formalaşdırma və dördüncü sənaye inqilabını hər kəs 
üçün fürsətə çevirəcək dəyişiklikləri həyata keçirmə məsuliyyəti 
bizdədir. 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin