Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə10/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   6   7   8   9   10   11   12   13   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Qabaqcıl robotlar 
Yaxın vaxtlara qədər robotlardan istifadə avtomobil sənayesi 
kimi müəyyən sektorlarda sıx nəzarət edilən işlər üzrə məhdudlaş-
dırılmışdı. Bu gün robotlar, getdikcə bütün sektorlarda və həssas 
kənd təsərrüfatından (
ing. precision agriculture
) tutmuş dayəliyə 
qədər müxtəlif işlərdə istifadə edilir. Robotlarda baş verən bu sürət-
li inkişaf tezliklə insanlarla maşınların əməkdaşlığını gündəlik ha-


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
30
disəyə çevirəcəkdir. Bundan başqa, digər texnoloji irəliləyişlər sayə-
sində robotlar daha da uyğunlaşa bilən və çevik xarakter almağa 
başlayır və onların struktur və funksional dizaynı mürəkkəb bioloji 
strukturlara oxşamağa çalışır (təbiətin model və strategiyalarının 
təqlid edildiyi “biomimikri” adlandırılan bir prosesin davamı ola-
raq).
Sensorlarda baş verən inkişaf prosesləri robotlara ətraf mühiti 
daha yaxşı anlama, reaksiya vermə və ev işləri kimi müxtəlif növ və-
zifələri icra etmə bacarıqları qazandırır. Əgər keçmişdə robotlar hər 
hansısa bir avtonom vahid tərəfindən proqramlaşdırılırdısa, hazır-
da onlar bulud texnologiyası vasitəsilə məlumatları uzaq məsafədən 
əldə edə bilir və eyni zamanda, digər robotlardan ibarət olan şə-
bəkələrə qoşulmağı bacarırlar. Yəqin ki, robotların növbəti nəsli in-
san-maşın əməkdaşlığını daha yüksək dərəcədə ortaya qoyacaqdır. 
Üçüncü hissədə, mən insan-maşın əlaqələrinin gündəmə gətirəcəyi 
etik və psixoloji problemləri təhlil edəcəm.
Yeni materiallar
Bir neçə il öncə xəyal edə bilmədiyimiz xüsusiyyətlərə malik 
materiallar artıq bazara daxil olmağa başlamışlar. Üstəlik hamısı da 
daha yüngül, möhkəm, təkrar istifadə edilə bilən və uyğunlaşa bilən 
materiallardır. Hazırda, özü-özünü bərpa edə bilən və ya təmiz-
ləyən ağıllı materiallar (
ing. smart materials
), orijinal formalarına 
qayıda bilən yaddaşlı metallar, təzyiqi enerjiyə çevirə bilən kerami-
ka və kristallar kimi yeni tətbiqi məhsullar mövcuddur.
Dördüncü sənaye inqilabının digər innovasiyaları kimi yeni ma-
terialların da bizi hara aparıb çıxaracağını söyləmək çətindir. Polad-
dan 200 dəfə daha möhkəm, insan saçından milyon dəfə daha incə və 
eff ektiv istilik və elektrik enerjisi ötürücüsü olan qrafen kimi nano-
materialları nəzərdən keçirək.
6
Qrafen rəqabətli qiymətə sahib oldu-
ğu zaman (hazırda dünyanın ən bahalı materiallardan biridir və bir 
mikrometr ölçüsündəki qrafen dənəciyinin qiyməti 1000 dollardan 
çoxdur) emal və infrastruktur sektorlarında inqilabi dəyişikliklərə gə-


H
Ə
R
Ə
K
Ə
TVER
İ
C
İ
QÜVV
Ə
L
Ə
R
31
tirib çıxaracaqdır.
7
Bu, eyni zamanda, iqtisadiyyatları əsasən müəyyən 
mallardan asılı olan ölkələrə də ciddi təsir göstərəcəkdir. 
Başqa yeni materiallar hazırda üzləşdiyimiz qlobal risklərin azal-
dılmasında mühüm rol oynaya bilərlər. Məsələn, termoset plastik 
maddələrində baş verən yeni innovasiyalar mobil telefonlardan 
sxem lövhələrinə və aviasiya sektorundakı müxtəlif hissələr də daxil 
olmaqla, bir çox sahədə istifadə edilən və yenidən istifadəsi müm-
künsüz olan bəzi materialları təkrar istifadəyə yararlı hala gətirə bi-
lir. Poliheksahidrotriazinlər (PHT-lər) olaraq adlandırılan təkrar 
istifadə edilə bilən termoset polimerlərin yaxın zamanlarda kəşf 
edilən yeni sinifl əri, özü-özünü yeniləyə bilən dizaynda olan və iq-
tisadi artımla resurs ehtiyacları arasındakı əlaqəni aradan qaldıran 
dövrəvi iqtisadiyyata (
ing. circular economy) 
keçid yolunda atılmış 
mühüm addımdır.
8

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin